Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 12 Avqust 2020, Çərşənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Münaqişələrin həllinə mane olan faktorlar
Münaqişələrin həllinə mane olan faktorlar
 Əkrəm Bəydəmirli
19.09.14.

 Hazırda dünyada mövcud olan beynəlxalq münasibətlər sistemi,  dövlətlərarası münasibətlərin tənzimlənməsi məsələsi politologiyada, elmi nəzəriyyələrdə aydın şəkildə göstərilir. Beynəlxalq hüquqa əsaslanan bu metodologiyalar yalnız kağız  üzərində, kitablarda, imzalanan sənədlərdə  qorunub saxlanılır.

 Təəssüf ki, real siyasətdə,  praktikada vəziyyət fərqlidir.  Siyasi  və hegemon maraqlara əsaslanan  oyun qaydaları dünyada geosiyasi prosesləri xeyli kəskinləşdirib. İkili standartlar  və  ikiüzlü siyasət bir sıra regionlarda, o cümlədən  Dağlıq Qarabağda  separatizmə böyük  dəstək olur. Bu gün dünyada  gerçəkləşən siyasət, mövcud standartlar nəinki münaqişələrin həllinə müsbət təsir etmir, əksinə daha yeni konfliklərin yaranmasına gətirib çıxarır. Hətta separatizm meyllərinin güclənməsinə, separatçıların ruhlanmasına təkan verir.  

 ABŞ-ın Kaliforniya ştatının  senatorları qondarma Dağlıq Qarabağdakı separatçı qurumu  tanıması ilə bağlı qərar qəbul etməsi dünyada mövcud olan ikili standartlarının acınacaqlı nəticələrindən biridir. Bir tərəfdən  ABŞ  ATƏT-in Minsk qrupuna həmsədrlik edir,  münaqişənin həllinə cəhd  göstərir, digər  tərəfdən belə səfeh addımlar atılır. Dağlıq Qarabağ münaqişəsinin ilk yaradıcılarından olan Rusiya da  həmçinin eyni siyasəti başqa formada təkrar edir. Rusiya  ATƏT-in Minsk qrupuna həmsədrlik etməsinə baxmayaraq ki, erməniləri hərbi cəhətdən təlimatlandırır, onlara  dəstək olur. Belə ziddiyyətli siyasətin fəsadları göz önündədir.

 Bu gün Ukraynada Rusiyanın dəstəyi ilə baş qaldıran separatizmə münasibət fərqlidir. ABŞ, Avropa ölkələri  birmənalı olaraq  Ukraynanın ərazi bütövlüyünü  dəstəkləyirlər və həmin dövlətə bütün sahələrdə dəstək olurlar.  Qərbin bu cür reaksiyası Ukraynada separatizmin qarşısını almaq niyyətindən xəbər verir. Hətta  NATO rəsmiləri ən yüksək  səviyyədə separatçılara qarşı mübarizə aparılacağını, separatçıların  məhv ediləcəyini birmənalı şəkildə bəyan edirlər.  Ümumilikdə, separatizmə qarşı belə  mübarizə metodologiyası,  bu məsələyə  dəstək olmaq çox normal haldır. Hər zaman belə olsaydı konfliktlərin həllində vəziyyət daha yaxşı olardı.

 Bəs, bu metodoliogiya niyə görə, Dağlıq Qarabağdakı  separatçılara qarşı  tətbiq olunmasın?

 Cənubi Qafqaz bölgəsində  sabitliyi pozan  həmin ermənilərə qarşı  antiterror əməliyyatı niyə aparılmasın? Niyə görə dünyanın bəzi aparıcı dövlətləri  Dağlıq Qarabağla bağlı tərəddüdlü mövqe nümayiş etdirsin? Axı zamanından, məkandan asılı olaraq terror, separatizm eyni mahiyyətlidir. Təbii ki, burada  dünyanın ikili standartları,  dini qütbləşmə, Qarabağ həqiqətlərini qəbul etməmək  məsələləsi  və digər məqamlar var.

 Bu münaqişədə ən ciddi problemlərdən biri odur ki, Qərb  Dağlıq Qarabağla bağlı həqiqəti qəbul etmək istəmir. Bununda mahiyyəti ondan ibarətdir ki, təcavüzkarla təcavüzə məruz qalana qarşı eyni münasibət olmamalıdır. Politologiyada, elmi nəzəriyyələrdə göstərilən  metodologiyalar, Qərbin əlində bayraq etdiyi beynəlxalq hüquq nağılı kağız, üzərində, kitablarda qalır.

 Təbii ki, ikili standartlardan, separatizmə dəstəkdən uduzan isə qlobal geosiyasətdir. İkili standartlar tədricən beynəlxalq hüquq sistemini iflic vəziyyətinə salır. Şübhə yoxdur ki, bundan sonra da meydana paradoksal geosiyasi situasiyalar çıxacaq. Bu  da münaqişələrin həllinə əngəl olacağı fikrini bir daha təsdiqləyir.

 Nəhayət, böyük dövlətlər bunun fərqində olmalıdırlar. Çünki  vaxtılə ABŞ-ın xeyir-duası ilə yaranan bəzi təşkilatlar sonradan Amerikanın özünün əleyhinə çevrildi. Dünya üçün potensial təhlükə mənbəy oldu. Onu da unutmaq olmaz ki,  Rusiyanın dəstək verdiyi  keçmiş SSRİ məkanında  formalaşan separatçı qruplar  nə zamansa elə Rusiyanın özünün başağrısına çevriləcək.

 Bir sözlə separatizm tələsinə Rusiyanın, digər ölkələrin düşmə ehtimalı çox böyükdür. Bu bəlkədə separatizm deyil başqa formada  zühur edəcəyi gözləniləndir. Bu da  hal-hazırda dünyada mövcud olan  60-dan artıq münaqişə ocağına daha yenilərinin əlavə olunması və mürəkkəb geosiyasi proseslərin daha da  kəskinləşməsi deməkdir.

 Sonda bu qənaətə gəlmək olar ki, münaqişələrin həllinə mane olan faktorlar  münaqişə tərəflərinin maraqlarından  daha çox separatizmə dəstək verən, bu prosesləri idarə edən  böyük qüvvələrin strateji maraqlarıdır. Bir sözlə  hazırkı  məqamda Qarabağda və digər ərazilərdə  separatçılara dəstək verən qüvvələr bu dəstəkdən imtina etsələr bir çox  münaqişələrin çozülməsi xeyli tezləşər.

1 ... 98 99 100 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.0059940000000001

 

Site by Webcoder