Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 22 Noyabr 2019, Cümə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Mütaliəsizlik, qeyri peşəkarlıq, məsuliyyətsizlik
Mütaliəsizlik, qeyri peşəkarlıq, məsuliyyətsizlik
Əkrəm Bəydəmirli
14.08.14.

Əslində  peşəkarlıq problem media üçün hər zaman aktual məsələ olub.  Təbii ki, KİV sahəsində peşəkarlığın aşağı düşməsinə təsir göstərən kifayət qədər səbəblər var.  Bu səbəbləri yenidən sadalamağa ehtiyac yoxdur.  Birbaşa müharibə şəraitində media məsələlərinə keçək. Son dövrlər cəbhə bölgəsində yaranan gərginlikdən sonra Azərbaycanın media sahəsində, bəzi internet resurslarında peşəkarlıq probleminin nə qədər dərin olduğu  bir daha üzə çıxdı.

Bəzən  təəccüb edirəm Füzuli rayonu, mühit  və  s. sözləri düzgün yaza bilməyən, ən elementar orfoqrafik qayadalara riayət etməyən  şəxs necə  jurnalist olur. Hər kəsin, hamının  jurnalist olmaq  istəyi,  necə gəldi yazmaq istəyi və nəhayət  jurnalist təhsili almaması, ümumiyyətlə, mütaliəsizlik son anda belə acınacaqlı durumun yaranmasına gətirib çıxarır.

Bu gün mütaliəsizlik  bir çox sahələrdə  acınacaqlı nəticələrini göstərir. Əvvəllər  ictimai nəqliyyatda müxtəlif insanların geniş mütaliyəyə yer  verməsi faktı ilə tez-tez raslaşardıq. Nəhayət  bu yaxınlarda metrodan istifadə edərkən  qatarda bir qrup şəxsin kitab oxuduğunu görüb ürəkdən sevindim.  Diqqət yetirəndə  mütaliə ilə məşğul olan şəxslərin hamısının  xarici qonaqlar olduğu bəlli oldu. Bizim hörmətli  Bakı sakinləri isə  elə həmin vaqonda müxtəlif markalı mobil telefonların oyunları ilə məşğul olurdu.

Mütaliəsizlik daha çox təhsilin birinci mərhələsi sayılan orta məktəblərdən qaynaqlanır.  Şagirdlər təhsil aldıqları dövrdə özlərinə lazım olan kitabları, fənnləri müəllim yanına gedib ali məktəblərə daxil olmaq üçün əzbərləyirlər. Bununla da bir çox məsələlər bitir. Bəs, kitabdan, mütalidən bu qədər qaçmağın səbəbi nədir?

Yaxşı kitab yoxdur, yoxsa  kitab oxuyanlar dəyərdən, hörmətdən  düşüb?

Gerçəkdən  kitab  bilərəkdən və bilməyərəkdən gözdən  düşüb. Kimin  imkanı var özü haqqında, yaxınları haqqında  kitab yazdırdı.  Kimin əli qələm tutur  kitab yazıb borc-xərc edib,  kənddə ailəsinin  çörək ağacı  olan bir mal-qarası varsa onu satıb kitab çap etdirdi.  Bir sözlə qalaq-qalaq kitablar meydana gəldi. Ancaq bu kitablar oxunaqlı olmadı.

Düzdür, bütün bunların ədəbiyyata dəxli olmasa da ancaq öz mənfi təsirini göstərdi. Belə çap məhsulları  mütaliənin aşağı düşməsinə təsir göstərən səbəblərdən yalnız  biridir. Digər tərəfdən orta məktəb təhsilində müəyyən dövr yaşanan problemlər, bir sözlə təhsilsizlik mütaliə mədəniyyətinə böyük zərbə vurdu.

 Əgər  dindar şəxsin elmi yoxdursa sonda bu din mövhumat, cahillik çevrəsinə yuvarlanır. Təəssüf  ki, son dövlər belə  halları tez-tez müşahidə edirik. Digər sahələrdə eyni fəsadlar baş verir. Jurnalistində, müəllimində, digər peşə sahiblərinində əgər elmi, təhsili yoxdursa sonda  qeyri peşəkarlıq,  məsuliyyətsizlik, daha nələr, nələr  yaradır.

 Böğazdan yuxarı,  kampanyaçı, növbətçi  vətənpərvərliklərin dövlət üçün, millət üçün  faydası  o qədər olmur. Mənim düşüncəmə görə  hər kəs öz sahəsinin peşəkarıdırsa və həmin intellekti cəmiyyətin inkişafına səmimi olaraq həsr edirsə  vətənpərvərlik elə budur. Əgər  həkim ləyaqətlə  insanların sağlamlığının keşiyində durursa, müəllim təmiz vicdanla millətin övladlarına təhsil  verirsə,  digər idarəetmə sahəsində çalışan şəxslər ləyaqətlə, çirkaba batmadan millətin, dövlətin xidmətində durursa,  bu, özü əsl vətənpərvərlikdir.

Təəssüf ki,  teleməkanda belə problemlər daha çox  yaşanır. Kobud çıxmasın ayını da  bir-iki ilə əhliləşdirmək mümkündür. Ancaq bəzi tv-lərdəki  şou aparıcılar var  onlar  uzun illərdir  aparıcılıq etsələrdə  özlərində  elementar efir mədəniyyəti formalaşdıra bilmirlər.  Ən qəribəsi odur ki,  belə şəxslərin verilişləri  böyük auditoriya toplaya bilir. Həmin auditoriyanın  tamaşaçı kütləsi  getdikcə  marginallaşmaya döğru gedir.  Təəssüf ki,  telekanal rəhbərliyi belə verilişlərin  reytinqinə və cəlb olunan reklamlara görə həmin şəxslərin fəaliyyətinə  yaşıl işıq yandırır.

Mən heçdə şou proqramların əleyhinə deyiləm. Əslində belə verilişlərdə məqsəd cəmiyyətə informasiya vermək, maarifləndirmək və həmçinin bütün bunlarla bərabər əyləndirmək funksiyası əsas hədəfdir. Tamaşaçını əndazəni gözləmək şərtilə əyləndirmək və informasiya vermək şou proqramın vacib istiqaməti olmalıdır. Bu çox normal haldır.  Xoşa gəlməyən  hal odur ki, bu verilişlərin bəzi aparıcılarında mütaliəsizlik kəskin şəkildə özünü göstərir.

Əlqərəz, cəmiyyətin inkişafında yaxşı təhsillə bərabər maarifləndirici tv verilişləri, analitik proqramlar zəruridir. Normal təhsili olan şəxs istənilən sahədə  fayda verər.  Keyfiyyətli təhsilin verilməsi, əxlaqlı münasibətin tətbiqi  və nəhayət hər kəsin öz intellektual potensialına güvənib irəliləməsi üçün şəraitin yaradılması bu günün  peyvəndi ola bilər.

1 ... 91 92 93 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007436

 

Site by Webcoder