Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 13 Avqust 2020, Cümə axşamı                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Qarabağa yol Ağdamdan keçir
Qarabağa yol Ağdamdan keçir
Vüqar Tofiqli
06.08.14.

Bu ildə Ağdama getmək istəyim baş tutmadı. Doğmaşəhərimə uzaqdan, lap uzaqdan boylansamda görə bilmirəm...
Yuxularda gedə bilməyimə bəzən şükür edirəm. Yuxuların çinolmasını isə hamımız ürəkdən istəyirik...
Hər bayramda və anım tədbirlərində dediyimiz fikirləri bu il söyləmədik. Bu dəfə “inşallah növbəti ildəki bayramı doğmayurd-yuvamızda keçirək”, deməyə üzümüz gəlmədi. Dahaözümüzü aldatmaq istəmirik deyəsən...
Amma inamımızı da itirmirik...
Ağdamsızlığımızın iyirmi birinci ili tamam oldu. 23 iyultarixində Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı iləpaytaxtımızda anım mərasimi keçirildi. Yüksək təşkilatçılığıilə seçilən tədbirlərə mən də dəvətliydim...
Yolumu Şəhidlər Xiyabanına salanda gördüyüm mənzərəmənə doğma torpaqlara qayıtmaq eşqimi bir qədər də artırdı. On minə yaxın insanın qatıldığı mərasim bir daha təsdiq etdi ki,hamı vətənə qayıdacağımız günü səbrsizliklə gözləyir. Və bəzən ictimaiyyətdə səslənən “heç bir məcburi köçkün öz rayonunaqayıtmaq niyyəti yoxdur” fikrinin puç və əsassız olduğunu isbatladı.
Deməliyəm ki, yüzlərlə insanın gözündə işıq var idi...
Ağdam RİH-i tərəfindən Gənc Tamaşaçılar Teatrında ciddi hazırlıq görülmüşdü. Sərgidə elm və mədəniyyət xadimlərimiz, əməkqəhrəmanlarımız, Milli Qəhrəmanlarımız haqqında geniş məlumat əldə etmək olardı...
Maraqlı məqamlardan bir rayonun yetişdirdiyi 20 əmək qəhrəmanı və 16 milli qəhrəman haqqında bilgilərin sərgilənməsi idi.
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxışında rayonun siyasi-iqtisadi durumu barədə geniş nitq söylədi.Fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. İcra başçısının çıxışında ən maraqlı məqam Quzanlı qəsəbəsində Ağdamın simvollarındanolan “Çay evi”nin binasının tikintisi ilə bağlıydı...
Bu arada xəyallarım məni ötən əsrə,1989-cu ilin yayına apardı...
Respublikada siyasi proseslər yenidən gərginləşmişdi. Münaqişə getdikcə siyasi müstəviyə keçirdi.
Bu məqamda Raqub Məmmədov Ağdam komsomoluna birinci katib seçildi. Komsomol komitəsi o zaman Ağdam RPK-nınköhnə binasının birinci mərtəbəsində yerləşirdi. Təxminən iki ilə yaxın idi ki, Ağdam RPK şəhərin mərkəzi meydanına yaxın olanNizami küçəsindəki əzəmətli binaya köçmüşdü. Köhnə binada rayon Xalq nəzarəti komitəsi, “Lenin Yolu” qəzetinin redaksiyası vərayon komsomol təşkilatı fəaliyyət göstərirdi.
88-ci illərin sonlarından “Lenin yolu ” qəzetiylə əməkdaşlığa başladığım vaxtda iş elə gətirdi ki, yolumu redaksiyaya salarkənyaxın qohumum Eldar Hümmətov məni komsomol komitəsinə yeni təyin edilən həmkəndlisi və qonşusu Raqub Məmmədovlatanış etdi. “Sizin sözünüz yaxşı tutacaq”- deyib işinə gedəsi oldu...
Söhbətimiz alındı...Beləcə, hər dəfə redaksiyaya gələrkən “komsomol” tərəfə salam verməmiş qayıtmırdım...
Sonradan regiondakı siyasi vəziyyət bir qədərdə gərginləşdi. Gərgin döyüşlər başladı. Eldar Hümmətov “Fərrux dağı” uğrundagedən döyüşlərin birində həlak oldu. E. Hümmətov 1994-cü ildə ölümündən sonra prezident sərəncamı ilə “Azərbaycan bayrağı”ordeni ilə təltif edildi...
İyirmi beş ildən sonra İmamqulubəyli kəndində bu dəfə icra başçısı statusunda Raqub müəllimlə görüşdük. Ötən günlərə birgəqayıtdıq.
Söhbətimiz maraqlı alınmışdı...
Tədbirdə nümayiş olunan filmdə isə şəhərin görüntülərini görmək mənə çox ağır gəldi...
Bundan sonra aparıcı sözü “Dövlətqaçqınkom”un sədri Əli Həsənova verdi. Anım tədbirində baş nazirin müavini Ə.Həsənovunmöhtəşəm çıxışı oldu. İndiyədək Ağdam və ağdamlılara bu qədər yüksək qiymətin verilməsinin şahidi olmamışdım. Elə bir məqamolmadı ki, Əli müəllim çıxışında toxunmasın. Əli Həsənovun yaddaqalan çıxışı anım mərasiminin iştirakçılarının ümidini bir qədərdə artırmış oldu. Çıxışının sonunda hökumət rəsmisi Ağdam Atçılıq zavodunun bərpası və qəsəbədə Muğam Mərkəzinin tikintisiilə bağlı cənab prezidentə müraciət edəcəyini bildirdi...
Beləcə tədbirdən yüksək əhval-ruhiyyə ilə ayrılıram. Və o xoş ovqatla ayrıldığım tədbirin hələ xeyli müddət təsiri altında qaldım.Ümidim xeyli artmışdı...
Bəlkə də Ağdama qayıdışımız elə iyirmi üç iyuldan başlayır. Deyə bilmərəm. Amma bilirəm ki, Qarabağa yol Ağdamdan keçir.

1 ... 89 90 91 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.008251

 

Site by Webcoder