Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 22 Noyabr 2019, Cümə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Ruslan Atakişiyev - İnnovasiya sahibkarlığının maliyyələşməsində Vençur kapitalının rolu
Ruslan Atakişiyev - İnnovasiya sahibkarlığının maliyyələşməsində Vençur kapitalının rolu
31.07.14.

Müasir dövrdə biznesin inkişafı özü ilə bərabər yeniliklər gətirir. Çünki, rəqabətli şəraitdə bazar imkanlarının genişləndirilməsi, yeni satış və məhsul buraxılışı yollarının axtarılıb tapılması hər bir sahibkarlıq subyekti qarşısında başlıca vəzifə kimi dayanmaqdadır. Qeyd edək ki, istehsal vasitələrinin tam məşğulluğunun təmin olunduğu Qərb dövlətlərində investorlar və iş adamları keçən əsrin əvvəllərində artıq iqtisadiyyatda eyni sahələrə və təkrarlanan layihələrə maliyyə vəsaiti yatırmağın onlar üçün səmərəsiz olduğunu dərk edirdilər. Belə olduğu halda iqtisadiyyatda yeni toxunulmamış sahələrin axtarılıb tapılması və öz sferalarında yeganəlik xüsusiyyətinə malik olmaq istəyi axtarışların artmasına gətirib çıxardı. Təbii ki, yeniliklər həmişə olduğu kimi elmdədir. Elə bu baxımdan da keçən əsrin əvvəllərində elmi-texniki layihələndirmələrə əsaslanan təkliflər investorların marağını cəlb etməyə başlamışdır. 
 
Nəticədə innovasiyaların, yeniliklərin, elmin, yaxşı əsaslandırılmış ideyaların  biznesə transferi ilə yeni maliyyə aləti olan Vençur sərmayələşməsi formalaşırdı.  
1950-ci illərin sonlarında ABŞ-da meydana çıxan Vençur kapitalı tezliklə özünə geniş fəaliyyət meydanı əldə etdi.  
Vençur kapitalı dedikdə, bu bazarda yeni yaranan və özünə müvafiq yer qazanmaq uğrunda mübarizə aparan firmaların maliyyələşdirilməsi üçün nəzərdə tutulan investorlar tərəfindən yönəldilən maliyyə vəsaitidir. Vençur sərmayələri digər investisiyalardan yüksək riskli olması ilə fərqlənirlər. 
Vençur kapitalı bir çox hallarda birbaşa özəl investisiya qoyuluşunda istifadə edilir və adətən xarici sərmayəçilər tərəfindən həyata keçirilir. Lakin, dövlət qurumları tərəfindən də bu növ investisiyalar yatırılmaqdadır. Bu tip investisiya qoyuluşları əsasən yeni və ya müflis olmaq təhlukəsi ilə üzbəüz qalmış şirkətilərin inkişafı üçün həyata keçirilir. 
Vençur sərmayəsi sonda çox yüksək gəlir gətirən amma bununla yanaşı yuxarıda da qeyd etdiyimiz kimi yüksək riskli investisiyalardır. Həmçinin, bu tip investisiyalar müəssisənin kapitalında pay sahibi olmaq üçün də istifadə olunur. 
Vençur sərmayəçisi dedikdə isə bu növ invetisiyaların qoyuluşunu həyata keçirən şəxs və ya şirkət kimi başa düşülür. Vençur sərmayəçiləri kapitalın yatırılması forma və şəklinə görə genişmiqyaslı və dar çərçivəli investor olmaqla iki hissəyə ayrılırlar. Həyat şəraitinin müxtəlif səviyyələrində, çoxsaylı geoiqtisadi regionlarda və iqtisadiyyatın fərqli sahələrində çalışan vençur invetorları geniş miqyaslı vençur investoru adlanır. Dar mənada dedikdə isə bu əsasən iqtisadiyyatın götürlmüş bir və ya iki sferasında  həyata keçirilən investisiya fəaliyyəti başa düşülür. 
Vençur sərmayəçiləri əsasən firmaların ilkin fəaliyyətinin maliyyələşdirilməsi ilə xarakterikdirlər. Lakin, şirkətlərin inkişafının müxtəlif səviyyələrində də vençur investisiyalarının yatırımlarına rast gəlmək olar. 
Vençur kapitalı müəssisə hələ heç bir məhsul istehsal etmədən və ya özünün qiymətli kağızlarını buraxmadan şirkətə yatırıldığından ona çox vaxt start kapitalı adı da verilir. Bununla yanaşı vençur investisiyası firmanın çətin vəziyyətindən çıxması üçün də yatırılır ki, bu da şirkətə özünün ağır dövrlərini keçərək bazarda müvafiq yerini tuta bilməsinə böyük yardım edir. 
Bir sıra vençur fondları bazarda səhmdar cəmiyyətlərinin yenidənqurulması və yenidən kapitallaşmasına dəstək göstərməklə bu yolla onların investorlar üçün cəlb edici hala gətirilməsi  istiqamətindəki fəaliyyətlərinə görə də ixtisaslaşırlar. 
Qeyd edək ki, vençur sərmayəçiləri üçün başlıca cəzb edici sahə dünyanın müxtəlif regionlarında əldə edilən elmi-texniki nailiyyətlərin maliyyələşdirilməsidir. Bununla yanaşı geniş yayılmasa da vençur sərmayəçiləri tikinti sektoruna, sənaye səhəsinə, xidmət sferasına da maliyyə qoyuluşu edirlər. Son dövlər isə vençur şirkətləri pərakəndəsatış və sosial məsuliyyət sferası üzrə işləyən firmalar üzrə də ixtisaslaşaraq buna xeyli vəsait də yatırırlar. 
Vençur şirkətləri ölçülərinə görə müxtəlif olurlar. Beləki, ailə səviyyəsində kiçik maliyyə vəsaiti yatıranlar - bunlar da adətən bir neçə milyonlarla dollar vəsait həcmində olur, orta və daha nəhng sərmayəçilər ki, bu tip investorlar da bir neçə yüz milyonlardan başlayaraq hətta dünya səviyyəsindəki layihələrin həyata keçirilməsinə milyardlarla dollar vəsait yatırırlar. 
Vençur sərmayəçiləri dirgər invetorlardan fərqli olaraq vəsait yatırdıqları şirkətlərin inkişaf etdirlməsi üçün  məsləhətlər verərək onların idarəolunmasında yaxından iştirak edirlər. Bu sərmayəçilər onlarla və hətta yüzlərlə şirkətə investisiya yatırmaqla özlərinin kapitallaşma sahəsindəki mövcud təcrübələrini daha da təkmilləşdirməyə çalışırlar. 
Onu qeyd etmək lazımdır ki, vençur kapitalı bütün şirktlər üçün uyğun deyildir. Belə ki, vençur fondaları istənilən layihələrə və innovativ təkliflərə tez bir zamanda vəsait ayırmırlar. Onlar müştərilərdən (ixtiraçılardan, mühəndislərdən, fiziki və hüquqi şəxslərdən) xeyli sayda layihə təkliflərini toplayır, təmkinlə emprik prinsiplər əsasında onları qiymətləndirir və sonda onları maliyyələşdirilib və ya maliyyələşdirilməməklə bağlı qərarlar verirlər. Bu səbəbdən də təcrübə göstərir ki, bir çox hallarda investora təqdim edilmiş yüz layihədən yalnız bir-ikisi maliyyə vəsaiti əldə edə bilir. Bu baxımdan da vençur kapitalı sərmayələrin çətinliklə əldə edilməsi,  tələbkalığın çox olması və yüksək rəqabətin mövcudluğu ilə də analoji invetisiyalardan xeyli dərəcədə fərqlənirlər.  
Vençur sərmayəçiləri əsasən yüksək risklərə malik olmasına baxmayaraq sonda yüksək inkişaf göstəricisi vəd verən layihələrin nəticələrini 3-7 il arasında gözləməyə razı olaraq maliyyə yatırırlar. 
Əgər, hər hansı bir şirkətin yaxşı tərtib edilmiş və əsaslandırılmış biznes-planı, yüksək ixtisasa və təcrübəyə malik olan menecerlər heyəti, təsisçilərin özlərinin də maliyyə qoyuluşları və işin uğuruna yüskəs inamı, layihənin icrasından illik 40%-lik mənfəət gözləmələri varsa onda bu layihəyə investoru cəlb etmək asan olar. 

Qeyd edək ki, Vençur sərmayəçilərini cəlb edən əsas amillərə aşağıdakıları aid etmək olar:
- Əmtəə və xidmətlər bazarı ilə bağlı yeni innovativ ideyalar, innovativ texnologiya və məhsulun yenilənmiş şəklinin bazara daxil edilməsi;
- Şirkətin idarə olunmasında qərarların qəbuluna təsiredici səsə malik olmaqla iştiraka cəlb olunması;
- Patentləşdirilmiş, müəlliflik hüququ olan və məxfiliyi qorunan ixtira əsasında ortaya çıxmş yeni məhsulların olması;
- Şirkət daxilində əlverişli mühitin olması vençur sərmayəçisində ilkin kapital yatırmaqla yanaşı gələcək inkişaf layihələrinin də maliyyələşdirilməsi üçün də stimul yaradır;
- Vergi güzəştlərinin olması;
- Bu sahənin inkişafına yönəlmiş dövlət qayğısının və dəstəyinin olması və s. 
 
Vençur sərmayəçiləri üçün başlıca cəlb edici sahələr: 
- İnformasiya Kommunikasiya Texnologiyaları;
- Komputer avadanlığının istehsalı və proqram təminatı;
- Rabitə və multimediya avadanlıqlarının istehsalı;
- İnternet və elektron biznesin inkişafı;
- Həyat elminə daxil olan sahələr:
- Biotexnologiya üzrə yeniliklər;
- Tibbi avadanlıqların istehsalı;
- Dioqnostik və terapiya avadanlıqları və s. 
 
Vençur maliyyələşdirməsini əsaslandıran şərtlər:
- Vençur sərmayəçisi investisiya qoyuluşunun qarşılığında şirkətin kapitalında iştirak payı əldə edir;
- İnvestorun əsas gəliri – onun payının dəyərinin artmasıdır;
- Şirkətdaxili gözlənilən gəlirin əsviyyəsi 35-40% arasında dəyişir;
- Sərmayəçinin əlində olan zəmanət – Şirkətin idarə olunmasında rəhbərlik və bir səhmdar kimi hüquqlarının qorunmasıdır;
- Riskin dərəcəsinin – yüksək və daha yüksək olmasıdır. (Təbii ki, riskə nisbətən də artan gəlir);
- Layihənin təhlilinin əsas predmetinin menecer heyətinin yüksək peşəkarlığı və şirkətin bazar imkanlarının geniş olmasıdır;
- İnvestor adətən 3-7 ildən sonra gəlir əldə edir; 
 
Vençur layihələrinin maliyyələşdirilməsi mənbələrinə isə aşağıdakıları aid etmək olar:
- Şirkətin təsisçilərinin şəxsi vəsaitləri;
- Pensiya fondlarından cəl olunan kapital;
- Dövlət və beynəlxalq təşkilatların qrantları (əvəzsiz maliyyəsi);
- Ali təhsil ocaqlarının, Elmi-tədqiqat İnstitutlarının və araşdırma mərkəzlərinin vəsaitləri;
- İndividual Vençur sərmayəçilərinin maliyyəsi;
- Vençur firmalarının kapitalı;
- Vençur fondalrının vəsairtləri və s.
 
QEYD: Məqalə Şuranın maliyyə dəstəyilə həyata keçirilən “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirinin artırılması” layihəsi çərçivəsində yazılıb 

1 ... 88 89 90 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007356

 

Site by Webcoder