Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 22 Noyabr 2019, Cümə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Bütövlük fəlsəfəsi və ya həsrət üstə köklənmiş mübarizlik
Bütövlük fəlsəfəsi və ya həsrət üstə köklənmiş mübarizlik
Əntiqə Qonaq  əməkdar jurnalist
21.07.14.

Bütöv, tam, vahid – bunlar birlik, mükəmməllik, özgüvən ifadəedən sözlərdi. Çünki yarımçıq deyil, pərakəndə deyil,mahiyyət, məna anlamı var. İnsanlar dünyaya gələn andan özyarılarını, ruh əkizlərini axtarıblar. Tapanlara bir ömürlüksəadət, tapmayanlara isə gözü yolda, ümidlə gözləməkdənbaşqa heç bir şey qalmayıb – əgər belə demək mümkünsə.
Bütövlükdən söz açmağıma səbəb “Kərküklülər-təklənmiştürklər” kitabındakı əsas ana xəttin məhz buna həsrolunmasıdır. Amma burda müəllif Eluca Atalının qismən fərqli yanaşmasına şahid oluruq. Daha geniş anlamda – Vətənanlamında, millət anlamında. O, ikiyə bölüşdürülmüş Azərbaycanın bütövlüyündən, işğalçı Rusiya və İranın tamahları və siyasioyunları ucbatından param-parça olunmuş Azərbaycanın vahidliyindən bəhs edir. Bir xalqın, bir millətin ikiləşməsi və ortadayaranan ayrılıq xiffəti. Əslində bu ayrılıq nisgili, birləşmə həsrəti Elucanın yaradıcılığının ana xəttini təşkil edir. Elucanınəsərlərində ayrılıq, bölünmə nisgili ağlarcasına, ümidsizcəsinə, sızıltıyla, yazıqlıqla müşayiət olunmur. Burada dərdimizüsyankarcasına, qətiyyətlə təsvir edilir. Yazıçı ikiyə bölünmüş millətimizin, torpaqlarımızın göz yaşlarıyla, dizimizi qucaqlayaraqfikir-xəyal etməklə birləşməyəcəyindən əmindir və buna görə də qurtuluş yolunu mücadilədə – xalqın azadlığı uğrunda mübarizəapara biləcək gəncliyin, milli fəalların yetişməsində, milli ruhun oyanmasında görür, bir gün azad yaşamağın yüz il buyunduruqdaolmaqdan daha üstünlüyünü beyinlərə təlqin etməkdən usanmır, qələmini çox vaxt bu müqəddəs missiya üçün işlədir.
Eluca Atalının “Kərküklülər-təklənmiş türklər” kitabı üç bölümdən – müsahibələr, məqalələr və ədəbi esselərdən ibarətdir. Birincibölümdə müəllifin müxtəlif mətbu orqanların təmsilçilərinə verdiyi 23 müsahibə cəmlənib. Və bu müsahibələrin əksəriyyəti siyasimövzudadır. “Qürbət və Vətən anlayışı”, “Siyasət məhəbbət tanımır, mənfəət tanıyır”, “Bir olmaq zərurəti”, “Diasporun işi birmənalışəkildə Azərbaycana və azərbaycançılığa xidmət etməkdir”, “Nə diasporamız, nə də əcnəbi ölkələrdə olan səfirliklərimizAzərbaycanı tanıtma yolunda elə bir ciddi iş görmürlər” və sair bu səpkili müsahibələrində onun vətənimizi dünya miqyasındatanıtma yönümündə görülən işlərdən narazılığını, bundan doğan nigarançılığını, vətənimizi xarici ölkələrdə təmsil edən məsulşəxslərin vəzifələrinin öhdəsindən gələ bilməmələrini, məsuliyyət hissindən uzaq olmalarını inandırıcı faktlarla göstərə bilmişdir.
Onun yaradıcılığında qırmızı xətt kimi keçən o taylı bu taylı Azərbaycan dərdi, ikiyəparçalanmış Vətən nisgili əlinə qələm aldığı andan bu günümüzədək davam edir vəetməkdədir. “8 milyon insana Səhəri yayan İran, 40 milyonu düşünüb telestudiyaaçmalıdır!”, “Fars demokratlarının balaca siyasi ağılları İranı bir ölkə kimi parçalayacaq”, “Güneydə özümüzdən başqa kənar bir qüvvəyə bel bağlasaq, uçuruma yuvarlanarıq”, “Bizinqilab etməkdə ad-san çıxarmış Türklərik!” və başqa yazılarında xalqımızı ikiyəparçalayan şovinist Rusiya və molla rejimli İranın millətimizin başına gətirilən fəlakətlərinbaiskarları olduğu və bu düşmənçilik niyyətlərindən günü bu gün də əl çəkməmələri realfaktlarla göstərilir. Azərbaycanın cənub hissəsindəki soydaşlarımızın fars rejimininməngənəsində sıxılması, hüquqlarının hər addımda tapdanması, haqq səslərininbatırılması, milli fəalların həbsxanalarda min cür işgəncəyə məruz qalması və s. bu kimiqəlbimizi ağrıdan, qürurumuzu yerlə bir edən faktlara onun yazılarında tez-tez rast gəlirik.
Məqalələri isə ikinci bölümdə toplanıb. Güney Azərbaycan mövzusu bu məqalələrin dəəsas süjet xəttini təşkil edir. “Türk qılıncı qında paslanmaz”, “Kərküklülər – təklənmişTürklər”, “İran fars rejiminin Quzey Azərbaycana “sahib” olma yuxusu”, “Bizimgördüyümüz iki, amma tanıdığımız bir Azərbaycan var!”, “Təbrizdə keçirilən Qarabağkonfransı İranın cinayətlərinə bəraət qazandırmaqdır”, “İran adlı məmləkətdə GüneyAzərbaycan gənclərinin böyrəyi hərraca qoyulub”, “Güney Azərbaycan qadını bu gün”, “Azərbaycan qadınını geridə saxlayan amillər”, “Tarixə fəhmin gözü ilə baxsan Babəklə fəxr edərsən” və sair bu səpkili yazıların hərsətri, hər sözü vahid Azərbaycan ideyası, bu ideyanın həyata keçirilməsindən ötrü görülməsi vacib olan işlərdən bəhs edir.
Kitaba adını qoyduğu “Kərküklülər – təklənmiş Türklər” məqaləsi əslində Şəmsəddin Kuzəçinin “Kərkük soyqırımı” kitabına yazdığıresenziyadır. Və bu həcmcə çox da böyük olmayan məqalənin hər sətrində üsyankar bir hava var, mübarizliyə, birliyə, var olmağa çağırış var. Məqalədən bəzi hissələri nəzərə çatdırmaq istəyirəm: “Kərkükün bu günündə yaşamaq və onun yaşaması üçün nə isəetmək özü fədakarlıqdır... Bu gün açıq şəkıldə Kərkük fəlakəti var... Hansı türk fikirləşir ki, Qarabağ problemi Azərbaycan üçündür,o, köklü şəkildə səhv düşünür. Azərbaycanlılar Qarabağda tək erməni ilə döyüşmədilər. Bütün dünya bizə qarşı oldu... Bu güntürkün Güney Azərbaycan problemi var – hansı ki, bölünməsi ilə Qarabağ işğalı başlanmışdır. Bütövləşməsi ilə də bu ləyaqətsizəsarətdən qurtaracağıq... Bu gün ruslaşmış Orta Asiya, kimliyindən ayrılmış, yaddaşını unutmağa vadar edilmiş Sibir, Altaytürkləri var...”. Var” – deməklə inamımıza söykənirik. Əslində “var olmaq”! özünə hakim olmaq deməkdir. Hər halda millətin özdilində danışa bilməməsi, doğma dilin kəlmələrini anlamaması varlıqdan nişan vermir. Nə qədər söyləsək də oyanış var,psixikamızda olan manqurtlaşma fəlakətindən yaxa qurtara bilmirik.
Müasir türklərin bir fəlakəti də iki türk aydınının bir-biri ilə ortaq dil olaraq rus dilində danışmasıdır.
“Azərbaycan, Qırğız, Türkmən, Qazax hamısı bir boydandır” – məşhur mahnının sözlərində olduğu kimi.
Bugünki türklərin təəssüf ki, sayı görünür, boyu, birliyi yox.
Türk fəlakətinin bir ucu da türkün fitrətindən doğur-o, biclik bilmir. Siyasi dünya biclərin meydanıdır. Orda birsifətliyə yer yoxdur.Türksə tarixən, bünövrədən birsifətli olub.
Tariximizi bilirik və bildiyimizi sabahımıza tətbiq etməliyik. Fəlakətli bu gün üzərində sabah qura bilmərik... Türk sabahınıqurmalıdır – ümumtürk birliyi əsasında...Nə Qərbin yaratdığı Avropa birlikləri, nə də Şərqin birlik arzusu ilə yaratdığı İslam ÖlkələriBirlikləri türkə gün ağlamadı.
Türkün yeri Şərqdir, amma müasir dünyanın Şərq guşəsində də təəssüf ki, türk təkdir. Hər-halda türkün qorxusundan tikilmiş Çinsəddini müasir çinlilər nəinki unudub, əksinə gözdağı kimi qoruyub saxlayıblar və hələ də qoruyacaqlar.
Mən türkü Şərqə, nə də Şərqi türkə düşmən cildində təqdim etmək fikrində deyiləm. Sadəcə bütün dünyanın bir havaya—Amerikan havasına oynadığını dərk etmək lazımdır... Türk hansı “birliklərə” girsə də, orda öz yalqızlığını görəcək. Buna birinci vəəsas səbəb dünyanın türk qılıncının qüdrətini unuda bilməməsidir.
Biz türklər psixoloji baxımdan heç kəsin yaddaşına zor edib nə keçmişini silə bilərik, nə də onu unut əmri verə bilərik. Nə dəkeçmişimiz əks olunmuş tarix kitablarını səhifə – səhifə vərəqləyib şan-şöhrət axtara bilmərik. Düzdür, tarixini bilmək insana qürurverir. Amma unutmayaq ki, türk bu qələbələri qılıncla qazanmışdır. Əsl kişilik meydanı olan üzbəsurət döyüşdə. Türk o zamanməğlub olmağa başladı ki odlu silah çıxdı. Çünki, odlu silah üzbəsurət döyüş tələb etmirdi. Gücsüzün güclünü, zəlilin igidiöldürməyə qadir olduğu halda meydan gərək olmadı. Türksə fitrətən meydanı sevib.
Müasir kərküklülər açıq döyüş meydanındadırlar... Müasir kərküklülər dünyada təklənmiş tüklərin, Şərqdə şərqlilər əlindəəzilməsinin bariz nümunələridir.
Türkün türkə sevgisi bütöv olanda Türk Birliyi yaranacaq.
Düşmənə nifrətimiz bütöv olmalıdır!
Türk öz iradəsini ortaya qoymalıdır!”
Kitabın 3-cü bölümü isə “Ədəbiesseler” adlanır. Burada toplanmış 7 essenin yalnız başlıqlarına nəzər salsaq görərik ki, hamısındaazadlıq, birlik, bütövlük çağırışları var. “Kərkükə çatmaq üçün özünlə yola çıx”, “Yaşamağı öyrətmirlər”, “Hər alışan yanmayır”, “Anlanmamaq qorxusu”, “Yol-dərk edilmiş həqiqətdir”... Sadaladığımız son yazıdan bir nümunə gətirək:
“Səni dərk etməyənin
önündə çökmək şərəfsizlikdir
Vüqarlıların dizi bükülmür.
Gözləri onları aldatmadığı üçün.
Ləyaqətlilərdə zəkalı duyğu
gözün yol yoldaşıdır.
Yol-dərk edilmiş həqiqətdir!
Bunu yalnız həqiqətlə yaşayanlar bilir”.
Müəllifin “Təbəssümün rəngi” yazısı da hər sətrindəki hikmət, məna yükü, dolğunluğu, yenilikləri ilə oxucunu cəlb edir. Rənglərinsanın hallarını ifadə edir deyir yazıçı, bəs, çəhrayı rəng hansı halın ifadəsidir?“Yerdən göyə qədər bozla rənglənmiş müasirliktablosunda çəhrayı rəng insanı xilas edir... Üzündə çəhrayı rəng olan insan dərddən azad olunmuş şəkildə təsvir olunur...” Vəçəhrayı rəngin məhz təbəssümü ifadə etdiyi və bu səbəbdən də gülümsər çöhrələrin, dərddən azad qəlblərin, özünə inamlıinsanların həyatda özlərini ifadəsi, təsdiqi kimi qəbul edilməsi oxucu üçün bir yenilik, bir tapıntıdır. “Çəhrayı rəng məhztəbəssümün rəngi imiş...” qənaətinə gəlir yazıçı. Həqiqətən də, təbəssümü bundan başqa hansı rənglə müqayisə etmək olar ki?
Eluca xanımın oxucunu düşündürən, onu saatlarca sətirlərin, cümlələrin arasında dolaşdıran, qəlbini riqqətə gətirən, gözündə yenialəm açan bir yazıdan da söz açmaq istəyirəm – “Yaşamağı öyrətmirlər” resenziyasından. Misir yazıçısı Yusif Ezeddin İsanın“Allaha məktub” hekayəsinin təhlili əsasında qələmə alınmış bu yazının qəhrəmanı azyaşlı uşaqdır – Zeynəb. Özü də Zeynəb eləbir yaşdadır ki, o, heç bir suala təkbaşına cavab tapa bilməz. Əslində həyatın təbii qanununa əsasən uşaq elə böyüməlidir ki,bütün bu suallara nəinki cavab tapmaq haqqında düşünməlidir, əksinə, bu növ suallarla rastlaşmamalıdır. Amma həyatın da öz“qanunauyğunluqları” var və bu üzdən də balaca Zeynəb bir yığın sualla qarşı – qarşıyadır. “Axı, kimə məktub yazsın? Kimə üztutsun? Onu həyata atanlar indi həyatda onunla birgə addımlamırlar. Onu həyata atanların yeganə və əsas borcu ona həyatıtəqdim etmək idi, bunu isə etməyiblər. Etməyiblər, yoxsa etmək istəməyiblər? Bəlkə, həyat onların özlərinə qarşı da amansızolub?” Bu sualların cavabını müəllif oxucunun ixtiyarına buraxır.
İçində bütöv Vətən həsrəti daşıyan, millətinin qarşılaşdığı faciələrin əsl səbəblərini araşdırmağa çalışan, ölkəsinin düçar olduğuhaqsızlıqların mənbəyini bilməyə can atan, dünyanın mizan-tərəzisinin pozulduğu bir zamanda ədaləti arayıb-axtarmağa səy edəninsanlar üçün müjdəli bir xəbərim: Eluca Atalının yenicə çapdan çıxmış və Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” adınaklubunda böyük təntənə ilə təqdimatını keçirdiyi “Kərküklülər-təklənmiş Türklər” kitabına tapınsınlar. Mütaliədən sonra hər səpkidəmüzakirələrə başlamaq olar. Yolunuzu gözləyirik, əziz oxucular...

1 ... 87 88 89 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.010215

 

Site by Webcoder