Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 12 Avqust 2020, Çərşənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

İnsan faktoruna ziyan vuran məqamlar
İnsan faktoruna ziyan vuran məqamlar
03.07.14.

Hazırda  ərzaq təhlükəsizliyi, keyfiyyətsiz qida  problemi  hər birimizi düşündürməlidir. Çünki heç kim  bu qidaların yaradacağı xəstəliklərdən sığortalanmayıb.  İnsan faktoru, istehlakçının sağlamlığı hər bir normal cəmiyyətlərdə dəyərli kapitaldır. Onu da unutmaq olmaz ki, zərərli məhsullar Qarabağ münaqişəsi qədər insan faktoruna zərbə vurur.

Bü gün  çoxlarımızı narahat edən  Bakı şəhərindəki  dönər biznesi haqqında danışmaq istərdim. Onu qeyd edim ki, bu sahə ən  gəlirli biznes sahələrindən biri sayılır. Hal-hazırda Bakı şəhərində  rəsmi qeydiyyatdan keçən 4 min  dönərxana  fəaliyyət göstərir.  Qeyri rəsmi  belə  obyektlərin sayı 15 mindən artıqdır.  Dönər biznesi ilə  məşğul olmaq  üçün 3 şirkət lisenziya alıb. 

Verilən məlumatlara görə, həmin  şirkətlər dönərxanaları  təzə ət məhsulları ilə təmin edəcəyi ilə bağlı öhdəliklər götürüblər. Ancaq hər öhdəlik götürən öz məsuliyyətini dərk etsəydi həyatda  çox məsələlər  normal olardı. Bü gün normal olmayan və xəstəlik saçan bu dönərxanalardan ziddiyyətli məlumatlar eşidirik. Mənşəyi bilinməyən  və  bəzən vaxtı keçmiş olan  bu ət məhsullarının tərkibini və keyfiyyətini bilmək üçün  ekspert olmağa ehtiyac yoxdur.

Həmin ət məsullardan dönər üçün hazırlanan anda  ona nəzər salmaq və bişəndən sonra  istifadə etdikdə məsələnin acınacaqlı mahiyyəti ortalığa çıxır. Dönərxana rəhbərləri hər biri and-aman edirdilər ki,  bu təzəcə kəsilmiş mal ətidir. Ancaq  gözümüzün qarşısında olan  bu mənzərini heç kim inkar edə bilməz. Bir faktı qeyd edək ki, bu yaxınlarda Bakı şəhərində  ət tədarükü məntəqəsində  mənşəyi məlum olmayan və istifadəyə yararsız 6 tondan artıq ət aşkar olunub. Təbii ki, bu məhsullar dönərxana üçün nəzərdə tutulduğu şübhə doğurmur.

Bu işə nəzarət etməli olan və məsuliyyət daşıyan rəsmi qurumların fəaliyyətini, daha döğrusu fəaliyyətsizliyini anlamaq olmur. Gərək  kütləvi zəhərlənmələr olsun ki,  bu qurumlar hərəkətə keçsin. Dönərdən ən çox tələbələr,  müəyyən az təmnatlı təbəqə  və başqaları istifadə edir. Öz mədələrini qəbirstanlığa çevirən bu insanlar həmin qidaların yaradacağı fəsadların fərqində deyillər. Keyfiyyətsiz  dönər biznesinin  insan sağlamlığı baxımından  hansı fəsadlar törətdiyini müəyyən etmək  çətin deyil.

İnsan  qarğa deyil  300 il yaşasın. Belə qısa ömür kiminsə  bivecliyi, qanunsuz  fəaliyyəti nəticəsində xəstəliklərə düçar olursa, buna  nə ad vermək olar?  Bu sahəni araşdıran həkimlər daha dəqiq bilər  dönər hansı xəstəliklərə səbəb olur. Ancaq bir aydın məsələ var ki,  dönərin hazırlanması, bişirilməsi texnologiyası  özü aydın göstərir ki,  burada ət məhsulları tam bişmir. Çiy  və vaxtı keçmiş məhsulun  nə olduğunu izah etməyə ehtiyac yoxdur.

Qanunda olan boşluqlar problemin bu həddə çatmasına gətirib çıxarır. Bu da  ondan ibarətdir ki,  rəsmi qurumlar  sahibkarın işinə heç bir müdaxilə edə bilməz. Yalnız hər hansı zəhərlənmə faktı qeydiyyata alındıqdan sonra  dövlət qurumları  bu məsələləri nəzarətə götürüb  araşdıra bilər.

Deməli, burada çarə  dönər biznesi ilə məşğul olan  sahibkarların insafına  qalır. Pula hərislik insafı çoxdan ötüb keçib.  Bu  məsulları baykot etməklə, inzibatı yolla bu biznesi qadağan etməklə nə isə dəyişməyəcək. Burada kompleks tədbirlərin görülməsinə ehtiyac var. 
 İlk öncə bu məsələyə ictimai nəzarəti artırmaqla bərabər qanunlar təkmilləşməlidir.Dönər istehsalı ilə bağlı standart qəbul olunmalıdır. Bu standartlara uyğun dönər istehsal edənlərə sertifikat verilməlidir.

İkincisi, Dönər biznesi ilə məşğul olmaq istəyən şirkətlərə lisenziya verilərkən şəffaflıq gözlənməlidir.  Bu sahə ilə məşğul olan  lisenziya alıb fəaliyyət göstərən şirkətlər keyfiyyətli xidmətlə bağlı öz üzərinə  öhdəlik götürməlidir, Əgər qurum  öz işinə etinasız yanaşarsa  onun fəaliyyəti dərhal dayandırılmalıdır.

Üçüncüsü,  QHT-lərlə rəsmi qurumların dönər biznesinə birgə nəzarəti təmin edilməlidir. Bu nəzarət kampaniya şəklində deyil  davamlı olaraq aparılmalıdır.

Nəhayət  hər bir kəs düşünməlidir ki,  onlarda bu dövlətin  vətəndaşıdır. Dövlətin ən böyük kapitalı insandır. Sahibkarda, məmurda, hər bir vətəndaşda  düşünməlidir ki, pul qazanmaq xatirinə  belə qeyri  qanunu addım atmaq insan sağlamlığına, millətin genefonduna ziyan vurur.  Belə addımlar  hüquqa ziddir.

Onu  da unutmaq olmaz ki,  potensial  istehlakçının qidalandığı bu məhsullarda olan zəhərli tullantılar zaman-zaman  yığılıb hüceyrələrdə qalır. Nəticələr isə göz qabağındadır. Bu sahədə həyəcən təbili çalınmalıdır. Həmçinin  mənşəyi bilinməyən, xüsusilə xaricdən gətirilən bəzi  məhsulların əhalinin genefonduna vurduğu ziyanı ortalığa çıxarmaq üçün ciddi tədqiqatlara ehtiyac var.
Əkrəm Bəydəmirli 

1 ... 84 85 86 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.009713

 

Site by Webcoder