Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 13 Avqust 2020, Cümə axşamı                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Azərbaycan ordusu 2014-cü ildə: islahatlar mühüm nəticələr verir
Azərbaycan ordusu 2014-cü ildə: islahatlar mühüm nəticələr verir
03.01.15.

 

Mükəmməl orduya sahib dövlət öz təhlükəsizliyinin təmin edilməsi sahəsində böyük üstünlüyə malikdir. 

Güclü ordu isə fiziki, pisxoloji cəhətdən hərbçi adını daşımağa hazır olan vətəndaşlardan və onların hərbi vasitələrlə tam təchiz edilməsilə formalaşır. Bugün Azərbaycan Ordusu ən müasir hərbi texnika və silahlarla təchiz edilir, həmçinin ölkəmiz hərbi məhsullar idxal edən ölkədən həmin məhsulları ixrax edən ölkəyə çevrilməkdədir. Rusiya, Türkiyə, İsrail, CAR və.s kimi hərbi sənayedə qabaqcıl yerlər tutan ölkələrdə istehsal olunan hərbi texnika və silahların alıcıları arasında Azərbaycan da vardır. Eyni zamanda Silahlı Qüvvələrimiz dünyanın müasir və güclü orduları, hərbi təşkilatları ilə əməkdaşlıq edir. Keçən dövrdə Silahlı Qüvvələrdə böyük islahatlar aparıldı. İslahatlar çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 dekabr 2013-cü il tarixində imzaladığı Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə imzaladığı Fərmana əsasən Naxçıvan Muxtar Respublikasında yerləşən 5-ci Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordusu yaradıldı. Silahlı Qüvvələr sistemində aparılan ən mühüm işlərdən biri də kadr islahatlarıdır. General-polkovnik Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra bu sahədə ciddi işlər həyata keçirdi. 

Vaxtilə cəbhədə döyüşmüş, orduda müxtəlif vəzifələrdə çalışmış, ordu quruculuğu prosesində iştirak etmiş təcrübəli zabitlərə yenidən Silahlı Qüvvələr sıralarında xidmət etmək təklif edildi. Artıq onların əksəriyyəti Müdafiə Nazirliyinin strukturlarında işləyirlər. Kadr islahatlarından digəri isə müddətdən artıq hərbi xidmət edənlərin saylarının artırılmasıdır. Bildiyimiz kimi çağırış sistemində hərbi qulluqçular 1 il 6 ay xidmət keçdikdən (ali təhsilli çağırışçılar 1 il) sonra tərxis olunurlar. Bu vaxtın da bir hissəsi onların hazırlanmasına sərf edilir. Ancaq müəyyən bir hazırlıq dövrü keçən müddətdən artıq xidmət edən hərbi qulluqçular uzun müddət hərbi xidmət keçirlər. Onların artıq kifayət qədər həyat təcrübəsinə malik olmaları, hərbi sahəni könüllü seçmələri, müqavilə əsasında uzun müddət işlədiklərindən hərbi sahədə peşəkar olmaları, həmçinin kifayət qədər təcrübəli olduqlarından ordu daxilində nizamnamə qaydalarına daha ciddi riayət etmələri və şəxsi heyət arasında münasibətlərin peşəkar, düzgün qurulması Ordunun uğur qazanmasına təsir edəcək amillərdəndir. Artıq hərbi hissələrimizdə müqavilə əsasında xidmət edən hərbi qulluqçuların sayı çoxdur və getdikcə artmaqdadır. Qeyd edim ki, Müdafiə Nazirliyi 2013-cü ilin dekabrında və 2014-cü ilin yanvarında elan verərək Silahlı Qüvvələr sıralarında müqavilə əsasında gizir və müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək istəyənləri müvafiq qurumlara müraciət etməyə çağırdı. Onlar üçün sadə proses tətbiq olundu.
 
Belə ki, artıq onlar Müdafiə Nazirliyinə deyil xidmət etmək istədikləri hərbi hissənin komandanlığına müraciət edə bilərdilər. Hərbi hissələrdə məişət xarakterli işlərə mülki işçilərin cəlb edilməsi hərbi qulluqçuların döyüş hazırlığını artırılmasına müsbət təsir edən amillərdəndir. Müdafiə nazirinin göstərişi ilə indi əksər hərbi hissələrdə yeməkxana və mətbəx işçiləri, aşpazlar, qabyuyanlar mülki işçilərdir. Bu isə öz növbəsində hərbi qulluqçuların öz peşələrinə uyğun işlərlə məşğul olmalarına daha çox vaxt ayırmaları ilə yanaşı görülən məişət xarakterli işlərin də keyfiyyətinə təsir edir. 2014-cü ilin 18 avqustunda media nümayəndələri ilə görüşən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev orduya mülki işçilərin cəlb edilməsi ilə bağlı önəmli açıqlama verdi: "Bu gün cəsarətlə demək lazımdır ki, ordumuz müasir hərbi texnika və silah-sursatla təmin olunub və bu istiqamətdə ardıcıl işlər görülməkdədir. Orduda artıq əvvəlki dövrlə müqayisədə əhəmiyyətli yeniliklər baş verib. Bu gün bir çox hərbi hissə və bölmələrdə təsərrüfat-məişət işlərinə peşəkar mülki işçilər cəlb edilir. Biz çalışırıq ki, əsgərlərimiz ancaq döyüş vəzifələri ilə məşğul olsunlar. Şəxsi heyətin sırf döyüş hazırlığı ilə bağlı tarşırıqlara cəlb edilməsini təmin etmək üçün artıq minlərlə mülki peşəkar şəxs hərbi hissələrdə işə qəbul edilib".

Dünyanın müasir ordularının bu sahədə təcrübəsinə əsasən mülki işçilərin müəyyən işlərə cəlb edilməsinin ordumuzun döyüş hazırlığına müsbət təsir edəcəyini qətiyyətlə demək olar.

Silahlı Qüvvələrdə şəxsi heyətlə iş və vətənpərvərliklə bağlı təbliğat işlərinin aparılması ordu rəhbərliyinin ciddi nəzarəti altındadır. İlboyu komandirlərin şəxsi heyətlə iş üzrə müavinləri üçün təkmilləşdirmə kursları və metodiki toplantılar təşkil edildi. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sözügedən tədbir iştirakçıları ilə şəxsən görüşməsi, onlara tövsiyələr verməsi ordu rəhbərliyinin bu sahəyə olan diqqətini göstərir. Avqust ayında bölük komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin təkmilləşdirmə kursunun ilk məzunları ilə görüşən general-polkovnik Zakir Həsənov onlara vəzifələrinin əhəmiyyətini belə izah etdi: "İlk növbədə qeyd etmək istərdim ki, əsgərin tərbiyəsinə cavabdehlik daşıyan zabit bütün mənəvi-əxlaqi keyfiyyətləri ilə hərbi kollektivdə nümunə olmalıdır. Bölmə komandirlərinin şəxsi heyətlə iş üzrə müavini bilməlidir ki, bu gün ordu rəhbərliyi ona böyük etimad göstərib. Onların vəzifələri bir pillə artırılıb, yəni, o, öz komandiri ilə bir səviyyədə dayanır. 

Mənə elə gəlir ki, bu göstərilən etimad həmin zabitin vəzifə məsuliyyətini qat-qat artıracaqdır. O, öz üzərində daha səylə çalışmalı, hərbi bilik və vərdişlərini artırmalı, qarşısında dayanan tapşırıqların məsuliyyətini dərindən dərk etməlidir". İl ərzində müxtəlif hərbi hissələrdə vətənpərvərliklə bağlı tədbirlər keçirilib. Hərbi hissələrdə milli qəhrəmanlarla bağlı görüşlərin keçirilməsi, hərbi xidmətdən tərxis olunanların evlərinə yola salınma mərasimi və s. cəmiyyətdə ordu ilə bağlı xoş fikirlərin güclənməsinə təsir edir. 2014-cü ildə Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən bir aksiya isə uzun müddət gündəmdə qaldı.
 
Belə ki, qanunvericiliyə əsasən sağlamlıq imkanları məhdud olan vətəndaşlar hərbi xidmətdən azaddırlar. Müdafiə Nazirliyinin bu qrupdan olan gənclər üçün təşkil etdiyi bir günlük simvolik hərbi xidmət aksiyası isə onların yaddaşında silinməz izlər buraxmaqla yanaşı cəmiyyətdə fərqli və müsbət addım kimi qarşılandı. Bir günlük simvolik xidmət aksiyası çərçivəsində 20 rayonu təmsil edən 29 nəfər I, II, III qrup əlil gənc hərbi forma geyinib, rəmzi olaraq hərbi and içdilər və bir günlük əsgər həyatı yaşadılar. Müdafiə Nazirliyinin vətənpərvərlik təbliğatı ilə bağlı gördüyü ilər çərçivəsində iyul ayında "Sənədli hərbi vətənpərvərlik filmləri həftəsi", müddətli həqiqi hərbi xidmətini başa vurmuş hərbi quluqçuların ehtiyata buraxılması və çağırış yaşına çatmış vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı keçirilən hərbi vətənpərvərlik həftəsi, Zərdab rayonunda yerli İcra Hakimiyyəti ilə birgə keçirilən "Vətənə xidmətə görə sağ ol" tədbiri, Şəmkirdə keçirilən "Əsgər bayramı", QHT nümayəndələri, media mənsubları, müharibə veteranlarını cəbhə bölgələrində yerləşən hərbi hissələrdə hərbçilərimizlə görüşlərinin təşkili ictimaiyyətlə ordu arasında münasibətlərin yüksək səviyyədə nizamlanmasına müsbət təsir etmişdir.

Hərbi sahədə aparılan mühüm islahatlardan biri də hərbi qulluqçuların qida rasionunda milli yeməklərin miqdarının artırılmaısıdır. Mürəkkəb ərazi reylefinə malik bölgələrdə xidmət edən hərbi qulluqçuların konservləşdirilmiş milli yeməklərlə təmin edilməsi bu sahədə atılmış mühüm addımlardan biridir. 

Konservləşdirilmiş milli yemək nümunələri ilk dəfə olaraq sentyabrda keçirilən irimiqyaslı təlimlərdə iştirak edən şəxsi heyətə verildi. Bu islahat nəticəsində ilk dəfə olaraq 1 nəfər üçün 1 porsiyası 500-550 qramlıq tərəvəzli, yarmalı və tərəvəzli-yarmalı ət və sous şorbaları, 360-380 qramlıq badımcan, bibər, pomidor, kələm və qarışıq dolmalardan ibarət menyu hərbçilərə təqdim olundu. Həmçinin müdafiə nazirinin əmri ilə səhra şəraitində xidmət edən hərbi qulluqçuların quru ərzaq payının və qida rasionunun enerji dəyərinin artırılması məqsədilə ərzaq payı normalarına 150 qram ciyər paşteti, 100 qram qatılaşdırılmış şəkərli süd əlavə edilib və beləliklə quru ərzaq payının ümumi enerji dəyəri 4000 kilokaloriyə çatdırılıb. Hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli ordu rəhbərliyinin daim diqqətindədir. Bu sahədə mövcud olan əsas məsələlərdən biri onların mənzillə təmin edilməsidir. 

Bildiyimiz kimi bu sahədə də müəyyən işlər görülür. 2013-cü ilin noyabrında ordu sıralarında 20 il və daha artıq xidmət etmiş 25 nəfər hərbi qulluqçuya yeni verilmiş mənzillər təqdim olunarkən bildirildi ki, il ərzində 300-ə yaxın hərbçi daimi, 400-dən artıq hərbi qulluqçu isə xidməti mənzillə təmin edilib. Bu ilin iyun ayının 23-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun iştirakı ilə 2 doqquzmərtəbəli (1 bloklu 40 mənzilli və 2 bloklu 70 mənzilli) xidməti yaşayış binaları istifadəyə verildi. Qeyd etmək lazımdır ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq göstərişinə əsasən, hərbi qulluqçuların mənzillə təmin edilməsi sahəsində işlər davam etdirilir. 

Emin HƏSƏNLİ

1 ... 119 120 121 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.008451

 

Site by Webcoder