Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 22 Noyabr 2019, Cümə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

2015: Qondarma “erməni soyqırımı” kampaniyasına ABŞ-ın  Respublikaçı Konqresindən həyəcanlı sürpriz
2015: Qondarma “erməni soyqırımı” kampaniyasına ABŞ-ın  Respublikaçı Konqresindən həyəcanlı sürpriz
23.12.14.

Məlum olduğu kimi, cari ilin 4 noyabr tarixində ABŞ Konqresinə keçirilən 114-cü çağırış aralıq seçkilərdə müxalif Respublikaçılar pariyası hakim Demokratlar partyası üzərində tam qələbə qazanmışdır. “Fil” partiyası Konqresin hər iki palatası üzərində nəzarəti ələ keçirə bilmişdir. Başqa sözlə, onlar “Ulaq” partyası üzərində hələ 2012-ci ildə qazandıqları nisbi üstünlüyü maksimum möhkəmləndirə bilmişlər. Fikirlərimizi faktların dili ilə əsaslandıraq. 2012-cu ildə Konqresin Nümayəndələr palatasında Demokratlar Partiyası 201, Respublikaçılar partiyası isə 234 yerə sahib olmuşdular. Senatda isə qüvvələr nisbəti hakim partiyanın xeyrinə idi: 55:45. Bu seçkilərdən keçən növbəti 2 il ərzində mövqelərini möhkəmləndirən Respublikaçılar Nümayəndələr palatasında mövqelərini daha 13 səs artıraraq 247 yerə malik ola bilmişlər. Rəqibinin göstəricisi isə 188-ə enmişdir. Senatda da vəziyyət “Fil” partiyasının xeyrinə dəyişmişdir: 54:46. Müxalif partiya əvvəlki göstəricisini 9 səs artırmağa nail olmuşdur. Deməli, 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq ABŞ-ın yeni çağırış qanunverici orqanı-Konqres respublikaçıların, ali icra hakimiyyəti isə, yəni Ağ ev demokratların nəzarəti altında fəaliyyət göstərməli olacaqdır. ABŞ tarixindən bəllidir ki, siyasi qüvvələrin belə konfiqurasiyası əksər hallarda ölkədaxili siyasi böhranlarla xarakterizə olunur. İndiki şərait də bu baximdan istisna təşkil etməyə bilər. Bu vəziyyətin məğlub tərəfi və onun “axsayan ördəyə” çevrilmiş rəhbəri Barak Obamanı son dərəcə narahat etdiyi anlaşılandır. Bəs görəsən Respublikaçıların qələbəsi niyə Ermənistan dövlətinin, dünyadakı erməni lobbisi və diasporunun ifrat həyəcanına səbəb olmuşdur? Qondarma “erməni soyqırımı”nın 100 illiyinin qeyd ediləcəyi bir ildə-2015-ci ildə Konqresdə respublikaçıların hakim mövqeyi niyə ermənilər üçün bu qədər qorxulu görünür? Onlar nədən ehtiyat edirlər?
Bu və diğər suallara cavab tapmağa çalişaq.
Əvvəla, ermənilərin Konqresdə əsas lobbi liderlərindən biri olan senator Robert Menendes daha Xarici əlaqələr komitəsinin sədri vəzifəsini icra etməyəcəkdir. Xatırladaq ki, ABŞ-ın erməni diaspor şəbəkəsi ifrat ermənipərəst mövqeyinə görə onun fəaliyyətinə A+ qiymətini verirdi. Bu, erməni icması üçün ağır itki kimi qiymətləndirilir. Onu həmin postda respublikaçı senator Robert Korker əvəz etmişdir. Bu şəxs 2013-cü ilin aprel ayında Xarici əlaqələr komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbulunun əleyhinə səs vermiş 5 senatordan biri olmuşdur. Belə bir senatorun Senatın mühüm bir komitəsinə rəhbərlik etməsi ermənilərin “yuxusuna haram qatmışdır”.
İkincisi, Konqresin Nümayəndələr palatasının yeni rəhbərliyinin davranışı da ermənilərin “kürkünə birə salmışdır”. Tərkibində 438 konqresmenin olduğu bu palatanın spikeri Con Bonerdir. Onun bu ilin aprel ayında Ankaraya səfəri zamanı səsləndirdiyi aşağıdakı fikirlər erməni lobbisi və diasporu üçün “günün günorta çağı şimşək effekti”ni dögurmuşdur: ”Konqres erməni məsələsi ilə məşğul olmayacaq. Bu məsələ Konqresin gündəliyinə salınmayacaq. Biz tarixi yazmirıq, biz tarixçilər deyilik”. Sitatın sonu.
Üçüncüsü, yuxarıda sadalanan reallıqlar fonunda ABŞ-da 2016-cı il prezident seçkilərində respublikaçıların qalib gələcəyini və ali icra hakimiyyətinə də sahiblik edəcəklərini proqnozlaşdırmaq mümkündür. Bu perspektivi, heç şübhəsiz, ABŞ-ın erməni lobbisi və diasporu da real variant olaraq nəzərdən keçirir. Eyni zamanda onu da diqqətdən qaçırmırlar ki, yeni potensial respublikaçı prezident öz qələbəsini ilk növbədə Barak Obamanın siyasətinin tənqidi əsasında təmin edəcəkdir. Deməli, məsələyə bu məntiqlə yanaşsaq, demokrat prezidentin hələ 2008-ci il prezident seçkiləri öncəsi qondarma “erməni soyqırımı”nı tanıyacağını nəinki şifahi, hətta yazılı olaraq təsdiqləməsi faktı da respublikaçı prezident tərəfindən tənqid predmeti ola bilər. Zənnimizcə, bu yerdə ermənilərin halına “Sən saydığını say, gör fələk nə sayır” misalı daha çox uyğun gəlir.
Beləliklə, yuxarıda apardığımız təhlil və analizlər bir daha göstərir ki, ABŞ Konqresində respublikaçıların hakim mövqeyə yiyələnməsi, xüsusən də qanunverici orqanda bir sıra həlledici postların Türkiyənin ədalətli mövqeyini dəstəkləyən qüvvələrin inhisarına keçməsi ermənilərin qondarma “erməni soyqırımı” ilə bağlı 2015-ci ilə planlaşdırdıqları kampaniyaya “qırmızı işıq” yandıra bilər və hal-hazırda bu ehtimalın reallaşma əmsalı heç zaman olmadığı qədər böyükdür.

 ELMAN NƏSİROV
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ
SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU,
YAP-IN BEYNƏLXALQ ƏLAQƏLƏR KOMİSSİYASININ
KATİBİ, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

1 ... 117 118 119 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.008554

 

Site by Webcoder