Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 12 Avqust 2020, Çərşənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Amerika eksperti Ermənistanda antisemitizmdən yazıb
Amerika eksperti Ermənistanda antisemitizmdən yazıb
19.12.14.

ABŞ-da çıxan “The Hill” qəzetində Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin amerikalı eksperti, İsrailin “Wikistrat” Geostrateji Təhlil Agentliyinin böyük analitiki Aleksandr Murinsonun “Ermənistanda antisemitizm” sərlövhəli məqaləsi dərc olunub (http://thehill.com/blogs/congress-blog/foreign-policy/227301-anti-semitism-in-armenia).

Müəllif yazır ki, erməni diasporu Birinci dünya müharibəsi illərində başına gətirilənlərin beynəlxalq səviyyədə tanınmasını tələb etdiyi halda, həqiqətən beynəlxalq səviyyədə tanınma tələb edən Ermənistanda kəskin antisemitizm və İsrailə qarşı tam nifrət barəsində susur. A.Murinson yazır: “Dəhşətli səslənsə də, ermənilərin çoxu yəhudiləri “oçar” adlandırır. Bu söz də erməni dilində “sabun” deməkdir.
Bununla da onlar İkinci dünya müharibəsi illərində nasistlərin sabun və digər “lazımlı” əşyaların istehsalında əsir düşərgələrində qətlə yetirilmiş yəhudilərin cəsədlərindən istifadə etmələri ilə bağlı qorxunc təcrübəyə istinad edirlər. Sonra müəllif yazır ki, erməni siyasi isteblişmentində siyasi opponentlərin nüfuzdan salınması üçün antisemitizmdən çox rahat şəkildə istifadə olunur. ABŞ Dövlət Departamentinin “WikiLeaks”-də açıqlanan sənədlərində qeyd edilir ki, Ermənistanın hökumətyönlü mətbuat və televiziyası 2008-ci ilin may ayının ortalarından başlayaraq müxalifət liderlərinin ünvanına antisemit bəyanatlar və ittihamlarla çıxış ediblər.
Hətta Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan guya arvadı yəhudi olduğuna görə ittihamlara məruz qalıb. “WikiLeaks”in diplomatik teleqramlarına görə, rusdilli “Qolos Armenii” və ermənidilli “Hayots Aşkar” qəzetlərində antisemit xarakterli məqalələr dərc olunub. Həmin məqalələrdə Ter-Petrosyan Ermənistana dönük çıxmış adam, Qərbin, yəni İsrailin və masonların loyal tərəfdaşı kimi təqdim olunur və bildirilir ki, o, öz prezident seçkiləri kampaniyası üçün 100-200 milyon dollar alıb, “yəhudi-mason lobbisi isə bu kampaniyaya 65-70 milyon dollar xərcləyib”.

1991-ci ildən Ermənistana xoşməramlı səfərlər edən ABŞ yəhudiləri təşkilatlarının nümayəndələri də Ermənistan mətbuatında cəfəng antisemit ittihamlara məruz qalıblar. Ermənistan mətbuatında belə hücumlar müntəzəm hal alıb və nasizmin hökmranlıq etdiyi illərdəki ab-havanı xatırladan şərait yaradıb. Müəllif yazır ki, Ermənistanın yəhudi icması dilemma qarşısında qalıb: yəhudilərə qarşı güclənən düşmənçilik təzahürləri ilə bağlı narazılığını bildirmək, yoxsa iqtidarın ovqatını təlx etməmək üçün susmaq. A.Murinson yazır ki, medianın hakimiyyət orqanlarının nəzarətində olduğu Ermənistan kimi bir ölkədə antisemit kampaniyaya qarşı tənqidlər eşitmək qeyri-mümkündür.
 Ermənistanın yəhudi cəmiyyətinin başçısı Rimma Varjapetyan istisna təşkil edib. “WikiLeaks”-ə görə, o, Ermənistan mətbuatında gedən yazılarla bağlı narahatlığını ifadə edərək, onları “provokasiya və antisemitizmi qızışdıran” yazılar adlandırıb. O deyib ki, bu siyasət bəlkə də iqtidarın dəstəyi ilə yeridilir. O, həmçinin beynəlxalq birliyi nifrət dolu ritorikanı pisləməyə çağırıb.

Ekspert qeyd edir ki, Ermənistan heç vaxt yəhudiləri qəbul etməyib, halbuki onun Cənubi Qafqazdakı qonşuları Gürcüstan və Azərbaycan yəhudiləri qəbul edib, öz dövlətlərində onların müdafiəsini təmin etmələri ilə tanınırlar. Hər il ABŞ vergi ödəyicilərinin pulları ABŞ Konqresi vasitəsilə Ermənistana göndərilir. Bəlkə Konqresin və ABŞ seçicilərinin Ermənistana maliyyə yardımı verilməsi barəsində öz siyasətini yenidən gözdən keçirmələrinin vaxtı gəlib çatıb? /AzərTac/

1 ... 116 117 118 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.006237

 

Site by Webcoder