Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 13 Avqust 2020, Cümə axşamı                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Ermənistan Azərbaycan mədəniyyətinin xarabalıqları üzərində özünə tarix yaradır
Ermənistan Azərbaycan mədəniyyətinin xarabalıqları üzərində özünə tarix yaradır
05.12.14.


XX əsrin 60-cı illərin ortalarında Ermənistan SSR-də yenidən anti-azərbaycanlı hərəkat qızışdı. Beləki 1965-ci il aprelin 23-də uydurma "erməni soyqırımı"nın 50 illiyi Ermənistanda geniş qeyd edildi və bu hadisə burada azərbaycanlıların ata-baba torpaqlarında sıxışdırılmasına yeni, güclü təkan yaratdı. Bu hadisə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan erməniləridə separatçı hərəkətlərə ruhlandırdı. Erməni diasporalarından ciddi dəstək alan ermənilər 1967-ci ildə Xankəndində bir neçə azərbaycanlını qətlə yetirildilər.

1988-ci ildə, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. 1992-ci ildə isə Ermənistan, Rusiyanın hərbi dəstəyi ilə Azərbaycanın 20% ərazisini o cümlədən  keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və bu əraziyə bitişik 7 inzibati rayon işğal etdi. 

Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir.

1968-ci ildə Azıx mağarasının aşöl təbəqəsindən Azıx adamı – azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx adamının 350-400 min il əvvəl yaşadığı güman olunur.  Eneolit (e.ə.VI-IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə.IV minilliyin sonu – I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi. Son tunc və ilk dəmir dövrü (e.ə.XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır.

Ermənistan özünün işğalçı hərəkətlərinə haqq qazandırmaq üçün işğal eydiyi ərazilərin erməni torpaqları olduğunu, bu torpaqlarda tarixən yalnız ermənilərin yaşadıqlarını iddia edirlər. Onlar bu iddialarını əsaslandırmaq üçün Azərbaycanın mədəniyyətinin məhv edərək  yerində yeni erməni milli-mədəni dəyərlərinin yaradılması üçün ciddi fəaliyyət göstərirlər. Beləki Ermənistan dağıdıb , məhv etdiyi Azərbaycan mədəniyyətinin xarabalıqları üzərində özünə yeni tarix yaradır.

Neolit dövründən XXI yüzilliyədək müxtəlif dövrləri əhatə edən mağara tikintiləri, qaya təsvirləri, kurqanlar, həcmli heykəllər, qalalar, sujetli və ornamental qabartmalar, memarlıq abidələri ilə zəngin olan Azərbaycanın işğal altındakı ərazilərini tədqiq edərkən xalqımızın hələ min illər bundan öncədən necə böyük bir mədəniyyətə sahib olduğuna heyranlığını gizlədə bilmirsən. Dünyanın heç bir yerində rast gəlmədiyimiz bənzərsiz gözəlliyi ilə biri-birindən fərqlənən mədəniyyət nümunələrinə diqqət yetirəndə onların xüsusi zövq və özünəməxsus bədii təfəkkürlə necə böyük ustalıqla hazırlandığının şahidi olursan.

Bəlkədə daş, insanların məişətinə allah-təalanın bəxş etdiyi ilk təbii nemətlərdən biri olduğuna görə elə ilk insanlar da özlərinin oyma, yonma, cızma üsulu ilə çəkdikləri ilk rəsmlərini daşlar üzərində yaradıblar. Təbii ki, Azərbaycanın digər ərazilərində olduğu kimi Dağlıq Qarabağ və ona bitişik ətraf  rayonlarda da da müxtəlif bəzəklərə nəbati, həndəsi, quş , heyvan rəsmlərinə daha çox dağ daşları və memarlıq abidələrinin divarları üzərində rast gəlinir.

Tunc dövründən sonrakı dövrlərdə bir çox memarlıq abidələrinin bəzəkləri arasında əsas etibarı ilə fərdi xüsusiyyət daşıyan quş, heyvan, insan təsvirlərinə də rast gəlmək olur. Bu təsvirlərin əksəriyyəti statik vəziyyətdə oyulsa da bunların arasında dnamik hərəkətdə olan həyati təsvirlərə də çox təsadüf edilir

Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu ərazilərdə mövcud olan milli mədəni ornamentlər qədim türkdilli tayfaların etiqadı ilə əlaqədar təsviri sənətəgəlmiş bir çox orjinal sujetli motivlərdir. Buna misal olaraq şamanların dini mərasimlərini,qədim türkdilli xalqlarda zoomorf anlayışlarla əlaqədar meydana gəlmiş onğon quştotemlərinin təsvirlərini göstərmək olar. Bütün bunlardan xəbərdar olan ermənilər, azərbaycanlıların izlərini bu torpaqlardan silmək üçün ərazilərdəki totemləri ya məhv edir ya da formasını dəyişdirirlər. Məhz bu səbəbdən də Ermənistan hökuməti Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin ermənilərə “məxsus”luğunu dünyaya göstərmək üçün“tarixi” və “mədəni” “sübut”laryaratmaqla yəni mövcud daş plastikasının forma və məzmununu dəyişdirməklə məşğul olurlar. Beləki ermənilər işğal etdikləri  ərazilərdə hər il yüzlərlə müxtəlif həcmli və müxtəlif formalı erməni xaçdaşlarının və onlarla erməni kilsələrinin tikintisi işlərini həyata keçirirlər.

Bütün bu fəaliyyət onsuz da zəif olan erməni büdcəsinə milyonlarla dollar ziyan vursa da Ermənistan hökuməti Dağlıq Qarabağ və ətraf ərazilərdə azərbaycanın milli-mədəni dəyərlərinin məhv edilməsi ilə bağlı  fəaliyyətini dayandırmağı düşünmür.

Azərbaycan tarixinin və mədəniyyətinin məhv edilməsi istiqamətində Ermənistanın belə təhlükəli fəaliyyətinin qarşısını almaq üçün, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Azərbaycan ziyalılarına və ictimaiyyət nümayəndələrinə “Azərbaycanın işğal altındakı ərazilərdə qalan Azərbaycanın milli-mədəni dəyərlərinin beynəlxalq səviyyədə təbliğatının daha da gücləndirməsi” barədə verdiyi tapşırıqların zərurətdən yarandığı indi aydın olur.

Ermənilər işğal altında saxladıqları ərazilərdə Azərbaycanın milli-mədəniyyət nümunələrini mənimsəmək və bu torpaqqların tarixən ermənilərə məxsusluğunu “sübut” etmək üçün daha çox bu metodlardan istifadə edirlər:

Ərazinin baxımlı yerlərində erməni xaçdaşları və kilsələri tikilrlər. Xristianlığa qədər olan tarix və mədəniyyət abidələrinin ermənilərə məxsusluğu barədə geniş təbliğat işi təşkil edirlər.

Xristianlıq dövrü abidələrinin ornamentləri üzərində dəyişiklik edərək  abidələri erməniləşdirirlər.İşğal altında olan Azərbaycan ərazilərnin baxımlı yerlərində yol kənarlarında dağ yamaclarında istirahət yerlərində, keçmiş sağlamlıq mərkəzlərinin ərazilərində erməni xaçdaşlarının  tikilməsi artıq kütləvi hal almışdır.

Hələ də Dağlıq Qarabağ və ona bitişik ərazilərdə zəmanəmizə qədər hələ öz elmi qiymətini ala bilməyən müxtəliftarixi dövrləri əhatə edən bu bölgədəki sujetli daşlar, at, qoç fiqurları, oymalar, daş, qaya rəsmləri və eləcədə burada yaşayan yerli əhalinin həyat tərzi bir çox yerli və xarici ölkələrdən gələn tədqiqatçıların diqqətini özünə çəkə bilmişdir. Bu xarici tədqiqatçıların bir çoxunun bu bölgənin tarixi və mədəniyyəti haqqındakı dəyərli fikirlərinə müxtəlif elmi mənbələrdə tez-tez rast gəlmək olur.

Qafqazda köklü tarixləri olmayan ermənilər, burada süni şəkildə öz tarixlərinin izlərini yaratmağa və dünyanı inandırmağa nail olublar. Ermənilər məqsədli şəkildə Alban abidələrini mənimsəmək, Alban memarlığının milli mənsubiyyətini dəyişmək yolunu tutublar və bu istiqamətdə yorulmadan “mübarizə” aparırlar. Ən çox mənimsənilməyə və dəyişkənliyə məruz qalan abidələr isə bazilika, sovmə və kilsə tikintiləridir. Burda ermənilər, bu tipli abidələr üzərindəki xristian dininin rəmzləri və simvolları, eləcə də daş və divar rəsm nümunələrini əsas götürərək bunları qriqoryan dininə məxsus elemenlər kimi təqdim edirlər. Bu da öz növbəsində tarixin saxtalaşdrılmasına gətirib çıxarır.

Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını gürcü tarixçisi A. Çavçavadze «Ermənilər və qan ağlayan daşlar» əsərində dolğun şəkildə əks etdirmişdi. O yazır: «... Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azəbaycan torpaqlarını «Hay ölkəsi» adlandırırlar. Lakin tədqiqatçılar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə dəerməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir. Belə ki, Azərbaycan ərazilərindəki Alban xristian abidələrinin tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa kömək edir.

Görkəmli Qafqazşunas rus tarixçi Y.İ.Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamışdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbayjanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət  daşıyırlar, dünya elminə borcludular”.
Tərəfimizdən aparılan araşdırmalar göstərir ki, antik dövrlərdə və erkən orta əsrlərdə indiki indiki işğal altındakı ərazilər Azərbaycan Albaniya və Atropatena dövlətinin tərkib hissəsi olmuşdur (e.ə.IV – eramızın VII əsri).

Alban dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra, bu din Alban dövləti mövcudluğunun bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Təqribən min illik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində  alban-xristian dininə aid məbədlər, bazilikalarvə sovmələr meydana gəlməyə başlamışdı. Öz dövrü üçün xarakterik olan bu cür memarlıqüslubundan aydın olur ki, o dövrdə Albaniyada şərq xristianlığına məxsus memarlığınbütün növləri inkişaf etmişdi.

Bu abidələrinin əksəriyyəti Azərbaycanın bir çox ərazilərində öz ilkin formalarını qoruyaraq dövrümüzə qədər gəlib çatmışdır. Buna misal olaraq Kəlbəcər rayonunda Xudavəng memarlıq kompleksi, XIII əsr,Talış kəndində Urek məbədi 1279-cu il, Qozlu kəndində Xudavəng  məbədi 1204-cü il, Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədi IX əsr , Varazuğun  məbədi XII əsr, Xocavənd rayonu Sos kəndindəki Amaras monastırı IV əsr, Ağdərə rayonundakı müqəddəs Yelisey Məbədi, Vəng kəndində Gəncəsər məbədi XIV əsr, Qubadlı rayonundakı  Gavurdərə məbədi, Ağdam rayonu Maqadiz kəndində Yegiş Arakel məbədi (XII əsr), Xocalı rayonunda Xansıx (1122), Xaçmaç 1100 il, Armudlu 1202-ci il məbədləri, Xocavəng rayonu Tuğ kəndində Qırmızı məbəd 1000 il, Qərbi Azərbaycan ərazisində Haqapat məbədi,Qoşavəng məbədi, Dədəvəng məbədi, Ağtala məbədi, Ərçivəng məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridirlər.

Hal-hazırda ermənilər bu abidələr üzərindəki daş kitabələri, ornamental görüntüləri, bədii daş nümunələri və bir çox xristian dini simvolları dəyişdirərək mətbuatda bu abidələri erməni kilsələri və monastırları kimi təqdim edirlər.

Aydındır ki, Ermənistanın təcavüzü və işğalı nəticəsində Azərbaycana konkret maddi və mənəvi zərər vurulmuşdur və bu zərərə görə işğalçı dövlət kimi Ermənistan Azərbaycan qarşısında məsuliyyət daşıyır. Qeyd edildiyi kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-i işğal edilmiş və bir milyona yaxın insan qaçqın və məcburi köçkün olmuş, Azərbaycanın əhalisinə, ərazisinə, iqtisadiyyatına, mədəniyyətinə, ekologiyasına, bitki və heyvanat aləminə  böyük miqdarda maddi və mənəvi zərər vurulmuşdur.

Məlumdur ki, SSRİ Hakimiyyəti dövrü Azərbaycan ərazilərində daşınmaz tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması və mühafizəsi işləri səthi aparıldığından, o dövrdə  Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərində xeyli sayda tarix və mədəniyyət abidələri dövlət  qeydiyyatdan kənarda qalmasına səbəb olmuşdu. Bu isə Azərbaycanın işğal altında qalan ərazilərindəki abidələrin yenidən qeydiyyata alınmasında və onlara işğal dövrü ermənilər tədəfindən dəyən zərərlərin hesablanmasında böyük çətinliklər yaradır. Eyni zamanda işğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrindən istifadə olunmaması, yəni abidələrin mövcud vəziyyətdə işğal altında qalması Azərbaycanın tarixinə, mədəniyyətinə və eyni zamanda dövlətin büdcəsinə  hər il milyonlarla manat ziyan vurur. Yuxarıda göstərildiyi kimi, ilkin hesablamalara görə, işğal nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələrinə vurulmuş zərər aşağıdakı kimi dəyərləndirilir:

Xaçen Knyazı Həsən Cəlalın sinə daşı üzərindəki yazılar oxunmaz hala salınıb.

Dövlət Qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi cəmi: 84 883 726 000$

Dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin ümumi cəmi: 46 066 086 000 $

İşğal Olunmuş ərazilərdəki daşınan  tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi cəmi: 47 050 188 000 $

İşğal Olunmuş ərazilərdəki  tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi cəmi:  177 000 000 000 $  təşkil edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın hüquqazidd əməli nəticəsində Azərbaycana vurulmuş zərərin restitusiya formasında ödənilməsi bütün işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılması, tələb olunur.  

Bu məsələlər tam aydınlığı ilə BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsinə eyni adlı əlavədə göstərilmişdir. Sənədin 28-ci maddəsində göstərilir ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir və bu zərər beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş bütün ziyanlardan, o cümlədən maddi və ya mənəvi ziyanlardan ibarətdir. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 34-cü maddəsində beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin ödəmə formaları müəyyən edilib. Bu maddədə göstərilir ki, “beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam  ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formalarında ola bilər. Bu formalar həm ayrı-ayrılıqda, həm də bir-biri ilə bağlı istifadə edilə bilər.”

Azərbaycan, XVIII əsrin sonlarından, ta XXI əsrədək, ermənilər tərəfindən daim ərazi itkisi ilə üzləşdiyindən, özünün mədəniyyətinin böyük itkisi və tariximinin təhrif edilməsi ilə qarşılaşmışdır. Bu gün işğal altındakı ərazilərdəki tarix və mədəniyyət abidələrimizin beynəlxalq təşkilatların vasitəçiliyi ilə mühafizəsi və müdafiəsi  daha çox aktuallıq kəsb edir. Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələri dünya mədəniyyətinin tərkib hissəsi olduğundan, bu abidələr ümumbəşəri xarakter daşıyır, onları mühafizə edərək, gələcək nəsillərə çatdırması bütün dünya xalqlarının borcu və vəzifəsi hesab etməlidir.

Faiq İSMAYILOV
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri.

1 ... 113 114 115 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.0060979999999999

 

Site by Webcoder