Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 12 Avqust 2020, Çərşənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

“2015: Ermənistan minimum və maksimum planlar xülyasında” – Elman Nəsirov
“2015: Ermənistan minimum və maksimum planlar xülyasında” – Elman Nəsirov
02.12.14.

 “ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında əsası 1999-cu ildə qoyulmuş danışıqlar formatında 50-ci “yubiley” görüş bu ilin 27 oktyabr tarixində Parisdə baş tutdu. Bu format çərçivəsində təmasların dinamikasını izləsək, görərik ki, Ermənistan əslində qalxma trayektoriyası ilə özünün qeyri-konstruktiv mövqeyini və görüşlərdən maksimum yayınmaq taktikasını həmsədrlərə sırımaqda davam etmişdir”.
Fact-info.az  azadinform-a  istinadən  xəbər verir ki, bu barədə YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov çıxış edib. 

E.Nəsirov bildirib ki, 1999-2002-ci illərdə orta hesabla həmsədrlər 6-7 dəfə prezidentlər səviyyəsində görüşlərin keçirilməsinə nail olurdularsa, sonrakı illərdə bu prosesdə (2009-cu il istisnadır. Həmin ildə 6 görüş keçirilmişdir) enmə xətti müşayiət olunmuşdur: “Daha dəqiq desək, 2002-ci ildə prezidentlərin 3, 2003-cü ildə 1, 2004-cü ildə 2, 2005-ci ildə 2, 2006-cı ildə, 3, 2007-ci ildə 1, 2008-ci ildə 2, 2010-cu ildə 3, 2011-ci ildə 2, 2012-ci ildə 1, 2013-cü ildə də 1 görüşü baş tutmuşdur. Bu ilin avqustunda Soçidə, sentyabr ayında Nyuportda və oktyabr ayında Parisdə prezidentlər səviyyəsində təşkil olunan təmaslar da nəticə baxımından əvvəlki 47 görüşdən fərqlənməmişdir. Necə deyərlər, “köhnə hamam, köhnə tas”.

E.Nəsirov vurğulayıb ki, əslində Ermənistan nəticəsiz permanent danışıqlar taktikasını yeritməklə minimum 2 məsələni, maksimum isə 1 məsələni öz xeyrinə həll etmək istəyir. Bəs onlar hansılardır? Birinci minimum məsələ -Ermənistanı qondarma “DQR”-i münaqişənin tənzimlənməsi üzrə danışıqların tam və bərabərhüquqlu üzvü etmək istəyir. Danışıqların nəticəsizliyini də guya ki, bu amilin nəzərə alınmamasında görür və həmsədrlərə də bu istiqamətdə təsir göstərməyə çalışır. Eyni amildən çıxış edərək danışıqların baş tutmamasının məsuliyyətini Azərbaycanın üzərinə qoymağa səy göstərir.

İkinci minimum məsələ - separatçı rejimin ilkin olaraq beynəlxalq birliyin “cırtdan” dövlətləri tərəfindən tanınmasına nail olmaqdan və bununla da məlum prosesdə presedentin yaranmasını təmin etməkdən ibarətdir. Bu istiqamətdə Ermənistanın Latın Amerikası və Okean ölkələri ilə müəyyən təmaslar qurduğu haqqında məlumatlar hələ 2012-ci ilin oktyabr ayında Türkiyənin nüfuzlu “Hürriyyət” qəzetində yer almışdı. Bu baxımdan Ermənistanın 2012-ci ilin mart ayında kiçik ada dövlətləri Vanuatu, Nauru və Palau ilə diplomatik münasibətlər qurması uzağagedən məqsədlərdən xəbər verir. Ermənistan həmin dövlətlərin qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində 2 tanınma aktına imza atmasına nail olmaq istəyir. Başqa sözlə, söhbət sözügedən “çırtdan” dövlətlər tərəfindən məhz 2015-ci ildə həm qondarma “erməni soyqırımı”nın, həm də qondarma “DQR”-ın tanımasından gedir. Yalnız bundan sonra Ermənistanın anoloji addım atması proqnozlaşdırılır. Ermənistan parlamentində hər dəfə separatçı rejimin tanınmasının təxirə salınması, əsasən, bu amillə izah edilir.

Maksimum məsələ - yuxarıda sadalanan minimum vəzifələrin yerinə yetirilməsindən sonra qondrama “DQR”-in Ermənistana birləşdirilməsinə nail olmağı özündə ehtiva edir. 

Bu bir həqiqətdir ki, Ermənistanın bu ambisiyalarının reallaşma əmsalı sıfıra bərabərdir. Prezident İlham Əliyevin avqustun 28-də Füzuli rayonuna (Horadizə) səfəri zamanı Azərbaycanın münaqişənin həlli ilə bağlı danışıqlar prosesində mövqeyini gücləndirən, Ermənistanın isə mövqeyinin zəifləməsini şərtləndirən amillərə diqqəti cəlb edərək bildirdiyi fikirlər həmin həqiqəti bir daha təsdiqləmişdir: “Ermənistanı bütün layihələrdən təcrid etmişik, orada çox böyük böhran yaşanır, həm iqtisadi, həm siyasi, həm hərbi böhran və eyni zamanda, getdikcə əhalinin sayı azalır. Bizdə artır, orada azalır və tarixin gedişatı ona gətirib çıxaracaq ki, bir neçə ildən sonra bu fərq, bu uçurum o həddə çatacaq ki, bu, özü-özlüyündə danışıqlar prosesində müsbət rol oynayacaq. Biz isə ordumuzu gücləndirməklə, iqtisadi gücümüzü artırmaqla, regionları inkişaf etdirməklə və beynəlxalq arenadakı mövqelərimizi möhkəmləndirməklə güclənirik. Hər gün biz güclənirik, hər gün Ermənistan zəifləyir. Ermənistan özü artıq etiraf edir ki, xarici yardım olmadan yaşaya bilməz, iqtisadi inkişafa nail ola bilməz və hətta öz təhlükəsizliyini qoruya bilməz. Artıq yüksək vəzifəli erməni dövlət məmurları bunu etiraf edirlər. Bu, əslində erməni dövlətinin iflası deməkdir. Çünki hər bir xalq üçün ən böyük nemət müstəqillikdir. Biz bu müstəqillik illərindən səmərəli şəkildə istifadə edərək, bu gün tam şəkildə müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq. Ancaq Ermənistanın işğalçı siyasəti imkan vermədi ki, erməni xalqı da əsl müstəqilliyə qovuşsun. İndi asılı vəziyyətdə, aciz durumda xarici yardım, ianə olmadan yaşaya bilmir. Torpaqlarımızı hələ ki, işğal altında saxlayır. Ancaq özləri də bilirlər ki, bu, müvəqqəti bir vəziyyətdir.”

E.Nəsirov qeyd edir ki, Ermənistanın yuxarıda sadalan və digər qeyri-konstruktiv addımlarına baxmayaraq, Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir: “Həmin mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilibdir. Həmin mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdudları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir”.

1 ... 112 113 114 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.011782

 

Site by Webcoder