Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 13 Avqust 2020, Cümə axşamı                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Ünvanlı sosial yardımın mahiyyətini necə dəyişdirmək olar?
Ünvanlı sosial yardımın mahiyyətini necə dəyişdirmək olar?
Əkrəm Bəydəmirli
29.11.14.

 

Bu yaxınlarda   Milli Məclisdə 2015-ci il büdcəsinin müzakirələri zamanı deputat Elmira Axundova bir neçə təkliflə çıxış etmişdi. Millət vəkilinin qənaətincə, ünvanlı sosial yardımın mahiyyəti dəyişməlidir. Yardım imkanları araşdırılmalıdır ki, həqiqətən də 2-3 il sonra həmin ailələr yoxsulluq həddindən çıxarılsın və bir daha yardıma ehtiyac duymasınlar. Əks halda, sosial yardımın müddətini 2 il yox, 10 ilə qədər də uzatsaq heç bir şey dəyişməyəcək.

Elmira xanımın fikirləri ilə razılaşaraq onu qeyd etmək istərdim ki,  uzun müddətli  və təyinatı düzgün olmayan yardımların fəsadları  böyük olur. Bu gün həqiqətən sosial yardımların verilməsi mexanizmləri dəyişməlidir. Əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi zəruri məsələdir. Lakin belə yardımlar insanlarda ələ baxımlılıq yaratmamalıdır. Ələ baxımlılıq ailələrdə, xüsusilə, fiziki cəhətdən sağlam olan, tam əmək qabiliyyətli insanlar üçün yaxşı perspektiv vəd etmir. Həmin şəxslər müxtəlif  bəhanələrlə iş-gücdən, əkib becərməkdən imtina edirlər. 

  Bəs,  ünvanlı sosial yardımın mahiyyətini necə dəyişdirmək olar?

Ilk öncə ondan başlamaq olar  ki,  həddindən artıq  kasıb və fiziki sağlamlığı  normal olmayan  təbəqələri  araşdırıb, müəyyən etmək lazımdır. Həmin insanları maddi yardımla təmin etmək  zəruridir. Bunu  dövlət  qurumları ilə bərabər,  həmçinin özəl strukturlarda həyata keçirməlidir. Ən azından  bu  ölkədə yetərincə para qazanan  sahibkar sosial məsuliyyətini dərk edərək belə layihələrə dəstək göstərməlidir.

Təəssüf ki, bu sahədə sahibkarlar tərəfindən total etinasızlıq var. Bu heçdə o anlama gəlməməlidir ki, sahibkar  min zəhmət hesabına qazandığı bütün sərvətini  götürüb sosial məqsədlər üçün  xərcləməlidir  və yaxud kasıblara paylamalıdır. Ancaq  bir vacib məqam var.  Bu da ondan ibarətdir ki, hər bir şəxsin o cümlədən sahibkarın da  sosial məsuliyyəti var. 

İkincisi,  əməkqabiliyyətli və hazırda işsiz insanların ünvanlı sosial yardımından yararlanması mümkündür. Ancaq bir şərtlə bunu etmək olar. Həmin şəxslər öz üzərlərinə müəyyən öhdəlik götürməlidir. Bu öhdəlik  ondan ibarət olmalıdır ki, verilən yardımlar onların gələcək bizneslərini qurmaq üçün,  kənd  yerlərində yaşayanlar  öz təsərrüfatlarını qaldırmaq üçün  vasitəyə çevrilməlidir.

Bir sözlə yardım üçün müraciət edən şəxslər konkret inkişaf planı  və  yaxud təkliflər paketi ilə çıxış etməlidirlər.  Bu yardım  maliyyə şəklində geri qaytarılmayan  və əvəzində  kiçikdə olsa biznesin qurulmasına dəstək olan  layihəyə çevrilməlidir. Nəticədə əmək qabiliyyətli  vətəndaş  üçün bu  mexanizm yeni iş yerlərinin açılmasına gətirib çıxarmalıdır.

Yoxsa bığıburma kişilər gəlib hər il yardım istəyırdi ki, təbii ki,  bu da  perspektivi olmayan proses idi.  Vaxtılə belə xoşagəlməz hallar baş verirdi. Təəssüf ki,  sosial  yardım ayıran  rəsmi qurumlar da  qeyri şəffaf  şəkildə  belə hallara şərait yaradırdılar.  Yəni qabaqcadan vətəndaşla  qeyri qanuni razılığa gəlib  verilən vəaitin öz aralarında bölüşdürülməsini təşkil edirdilər.  Bu sahədə faktlar  az deyildi. Lakin  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  rəhbər dəyişikliyindən sonra  bu sahədə müsbət tendensiyalar baş verir.

 Müşahidələr göstərir ki,  ünvanlı sosial yardımın verilməsi mexanizmləri üzərində iş gedir. Yeni metodologiyalar özünü nə dərəcədə döğruldacaq  bunu demək çətindir. Lakin bu işlərin daha  şəffaf və  effektli həyata keçirilməsi üçün Qeyri Hokümət Təşkilatlarının potensialından düzgün faydalanmaq  müsbət nəticələr verər. Yalnız və yalnız  şəffaf müsabiqələr yolu ilə  seçilən  QHT-lər   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin bu sahədəki işinə  normal dəstək olar. Burada nazirliyində yükü xeyli azalar  və Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti  genişlənər.

Digər tərəfdən rəsmi qurumlar qapılarını  QHT-lərin üzünə  daha geniş açmalıdırlar. Çünki  millət vəkili, Azay Quliyevin müəllifliyi ilə qəbul edilmiş və 2014-cü ilin 1 iyun tarixində qüvvəyə minən "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası qanunu  artıq icra olunur. Bu qanun dövlət idarəetmə  sisteminə nəzarəti həyata keçirmək üçün çox mühüm bir addım ola bilər. Yetər ki, bir sıra dövlət qurumları səmimi və şəffaf şəkildə  QHT-lərlə əməkdaşlıq etsinlər.

1 ... 111 112 113 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.006085

 

Site by Webcoder