Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 22 Noyabr 2019, Cümə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Elmli və imanlı insanı itirdik
Elmli və imanlı insanı itirdik
15.11.14.
 

Elə insanlar var ki, onların dünyasını dəyişməsi tək ailəsi, yaxınları üçün deyil, daha geniş auditoriya üçün  böyük itki olur. Etibar Axundov belə insanlardandır. Açığı onun dünyasını dəyişməsinə  heç inanmaq olmur. Etibar Axundov elmli, imanlı ziyalılardandır. Elmli və imanlı insanın  cəmiyyətin, dövlətin inkişafına  faydası daha çox olur. Ümumiyyətlə, elmlə imanın vəhdətindən sonda qazanan cəmiyyət olur.  Geniş auditoriya olur.

Burada  öz ömrünü itirən isə Etibar Axundov  oldu. İnformasiya texnologiyaları sahəsində, modern layihələrin hazırlanmasında və həmin proqramların tətbiqində  Etibar müəllimin əvəzsiz xidmətləri oldu. Hazırda onun hazırladığı virtual-imtahan proqramı Azərbaycanın  üç universitetində  uğurla tətbiq olunur. Bu universitetlər böyük çətinlikdən azad olub.

Yalnız bu proqramlar həm tələbələri, həm də müəllimləri qeyri şəffaf imtahan qorxusundan, qınağından, narahatçılığından azad etdi. Bəlkə də bu addım virtual test imtahanlarının uğurlu mexanizmi sayıla bilərdi. İl boyu oxuyan, öz üzərində çalışan tələbə imtahan zamanı özünü rahat hiss edirdi. Bilirdi ki, o yalnız kompüterlə təmasda olaraq  imtahanı başa vuracaq.

Etibar müəllim, çox innovativ  düşüncəli insan idi. Onun informasiya texnologiyalarının tətbiqində özəl baxışları və çox səmərəli ideyaları var idi. Bu ideyalar cəmiyyətin  10 illərlə  davamlı inkişafını özündə ehtiva edirdi.  

Etibar müəllim internet saytlarının  hazırlanmasında xüsusi əməyi olub. Məhz onun  2000-ci ildə  yaratdığı  və mütəmadi olaraq bir sıra dillərdə  daim yeniləşdirdiyi “Qarabağ sənədlərdə”  saytı  Azərbaycan  həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz rolu olub. Onun  hazırladığı  digər resurslarda bu gün fəaliyyət göstərir.

Bizdə  2010-cu ildə dəyərli  insan, QHT sədri  Sabit Bağırovun  məsləhətilə  Etibar müəllimlə tanış olduq və  Fact-info.az saytını hazırlamağı  ona həvalə etdik. Azəbaycanın mədəni dəyərlərinin təbliği,  Qarabağ həqiqətlərinin  dünyaya çatdırılması və  analitik tədqiqatların aparılması məqsədilə təsis edilən bu sayt bu dövr ərzində  üç dildə fəaliyyət göstərib.

Fact-info.az-ın proqramçısı olaraq Etibar müəllim texniki məsələlərin həllində bizə hər zaman  heç bir maddi gəlir gözləmədən dəstək göstərib. Onun internet resursları, xüsusilə, Fact-info.az saytı ilə bağlı geniş planları, təklifləri var idi.  Ancaq bu həyatın sərt qanunları, sərt üzü var.  Dünyaya gələn, bir gün bu dünyadan köçməlidir. Etibar müəllim kimi  55 yaşında...
Allah ona rəhmət eləsin. Qəbri nurla dolsun.

 Fact-info.az saytının kollektivi

1 ... 109 110 111 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007457

 

Site by Webcoder