Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 13 Avqust 2020, Cümə axşamı                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

 Bayrağımız qürur mənbəyimizdir!
 Bayrağımız qürur mənbəyimizdir!
 Professor Firidun Həsənov
08.11.14.

 

Hər bir dövlətin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs  rəmzlərdir. 100 ilə yaxın bir müddətdir ki, üçrəngli dövlət bayrağımız insanlar üçün ideal rəmzə çevrilib.

Azərbaycanın dövlətçilik tarixində  önəmli yer tutan Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Hökümətinin 1918-ci il 24 iyun  tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz  təsviri olan  bayraq  Azərbaycan Xalq Cümhuriyyətinin  dövlət bayrağı kimi qəbul edildi.  1918-ci il noyabrın 9-da Nazirlər Kabinetinin Bakıda keçirilən iclasında Fətəli  Xan Xoyski  milli bayraq haqqında məruzə etmişdi.  Həmin dövrdən etibarən  üşrəngli bayrağımız  dalğalanmağa başlandı.

 Bu gün 9 Noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycan dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayraq - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

  Tarixdən bəllidir ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Yalnız işğalçı sovet qoşunlarının müdaxiləsi nəticəsində  o zaman Xalq Cümhuriyyəti süqut etdikdən sonra bu üçrəngli bayrağımız endirilmişdi.

Ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda Milli Azadlıq Hərəkatı  alovlanmağa başladı.  Bu üç rəngli bayrağımız yenidən meydanlara gətirildi. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək, onu Dövlət bayrağı elan etdi. 

  Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında" 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 

 Bu gün dünyanın ən uca bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır.  İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Dövlət Bayrağı Meydanının açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilmişdir.

Prezident İlham Əliyevin həmin mərasimdəki çıxışında bayrağımıza olan sevgini  bu şəkildə ifadə etmişdir: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!" 

Bayrağa olan məhəbbət, vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olmalıdır. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun. Bu bayraq tək rəsmi yerlərdə-idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun. Mənim fikrimcə, bu gün  hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil, bunu dərk edib qiymətləndirməlidir.

Hazırda bayrağımız 180-dən artıq müstəqil dövlətin bayraqları ilə bir sırada dalğalanır. Azərbaycan üçrəngli bağrağımız altında inamla irəliləyir. Bayrağımız hər zaman zirvələrdə dalğalansın!

1 ... 107 108 109 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.006088

 

Site by Webcoder