Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 22 Noyabr 2019, Cümə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

İstiqlalımızın bir ilindən yüz ilinə
İstiqlalımızın bir ilindən yüz ilinə
16.10.14.


Əlimdə bir məcmuə var. Bu, sıradan bir məcmuə deyil. Cəmidörd ildən sonra bu məcmuənin çapdan çıxmasının yüz ilitamam olacaq. Məcmuənin adı “İstiqlal”. Altında müqəddəsbir tarix: “1918-28 mayıs-1919”. Və aşağıda daha birqeyd: “Cümhuriyyətimizin bir illik dövri-istiqlalı münasibətilə təlif edilmiş məsmuə”. Amma məcmuənin üz qabığınınlap yuxarısında bir abzas yazı da var:
 “Məcmuə çoxminillik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlıdövlətimizin bir yaşının tamam olması münasibətilə 1918-ci il mayın 28-də işıq üzü görmüşdür. Cəmi dörd ildənsonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Müstəqil Cümhuriyyətimizdə bayram edəcəyik. Buməcmuəni həmin yubileyə hazırlığın ilk töhfəsi hesab edin!”.
Həcmcə kiçik, məzmunca bir dünya mahiyyət kəsb edən bu qeydin müəllifi “İstiqlal”ı arxivlərin dərin qatlarındantapıb çıxaran, nəşrinə təşəbbüs göstərən, onu o zamankı ərəb qrafikalı Azərbaycan əlifbasından indiki latınqrafikalı Azərbaycan əlifbasına çevirən professor Şirməmməd Hüseynovdur. O Şirməmməd müəllim ki, ömrünün vəelmi təfəkkürünün bütün imkanlarını klassik jurnalistikamızın, dövlətçilik tariximizin ümdə mərhələlərinin üzəçıxarılmasına, yeni nəsil oxucuya çatdırılmasına həsr etmiş və bu gün də həmin müqəddəs işi davam etdirməkdədir.
O, Məhəmməd Əmin Rəsulzadə irsinin beş cildliyini hazırlamış və nəşr etdirmiş, Üzeyir Hacibəyli irsinin ideolojiməqsədlər ucbatından sovet dövrü nəşrlərindən kənarda qalmış əsərlərini yenidən ayrıca bir kitabında oxucularatəqdim etmiş, klassik jurnalistikamızın müasirliklə səsləşən yüzlərlə nümunəsini öz şərhləri ilə bizə çatdırmış,Azərbaycanın müstəqillik uğrunda mübarizə çağında böyük publisist işi görmüşdür. Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev ötən ilin noyabrında jurnalistlərlə görüşündə üzünü bu böyük alimə, müəllimə, vətəndaşatutaraq demişdi: “Şirməmməd müəllim, mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Sizin fəaliyyətiniziAzərbaycan xalqı yüksək qiymətləndirir”.
Mənim də indi haqqında bəhs etdiyim “İstiqlal” məcmuəsinin 96 ildənsonra yenidən işıq üzü görməsi Şirməmməd Hüseynovun ömür proqramının bir faktıdır. Məcmuənin yeni nəşrininərsəyə gəlməsində onun transliterasiyasının redaktorları – professor Şamil Vəliyev və elmi işçi Samir Xaliqoğlu(Mirzəyev) da xüsusi ehtiramla yada salınmalıdır. Məcmuəni yenidən ərsəyə gətirən Şirməmməd müəllim bizdən –yeni əlifbada nəşr etdirdiyi “İstiqlal”ı Cümhuriyyətimizin cəmi dörd ildən sonra bayram edəcəyimiz 100 illiyinəhazırlığın ilk töhfəsi hesab etməyimizi istəyir. Mən bu sətirləri – bu qeydi oxuyuram və Şirməmməd müəlliminyenidən həyat verib bizə çatdırdığı bu məcmuənin həqiqətən də istiqlalımızın 100 illik bayramına hazırlığın ciddi birfaktı hesab edirəm.
 Çünki 1918-ci il mayın 28-də – Cümhuriyyətin birinci ildönümü münasibətilə çap olunan buməcmuə öz məzmunu, tematikası və müəllifləri baxımından bu gün üçün də qəribə bir müqəddəslik kəsb edir. Bumüqəddəslik ilk növbədə məcmuənin əvvəlində yer almış bir səhifəlik “Azərbaycan istiqlalını mübəyyin əqdnamə”adlı yazı ilə meydana çıxır. Bu bir səhifəlik yazı millətin azadlıq uğrunda mübarizəsinin nəticəsini ifadə edərək, çoxqısa sətirlərlə istiqlalımızın keçdiyi yolu açıqlayır. Və Şərqdə ilk demokratik dövlət qurduğunu elan edən“Azərbaycan Şurayi-milliyeyi-islamiyyəsinin” bütün xalqa bəyannaməsini ifadə edir.
Bəyanatın cəmi 6 maddədən ibarət bu mətni təkcə o dövrün deyil, elə günümüzün də demokratik dövlət quruculuğu prinsiplərini ortaya qoymuşdur.
Məcmuənin ən samballı məqalələrindən biri böyük M.Ə. Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” əsəridir. Vəmaraqlı bir də orasındadır ki, məcmuənin tərtibçiləri “Azərbaycan Cümhuriyyəti” məqaləsinin elə ikincisəhifəsindəcə M.Ə. Rəsulzadənin – yəni müəllifin səhifə boyu portretini vermiş və portretin altında yazmışdır: “Rəsulzadə Məhəmməd Əmin. Cümhuriyyətimizin istiqlalını elan və ilk Azərbaycan hökumətini təşkil edənAzərbaycan Şurayi-Milli rəisi”.
M.Ə. Rəsulzadə cəmi 28 səhifəlik bir əsərində möcüzə yaradaraq Azərbaycan xalqının tarixən keçdiyi əzablı yollarıtəsvir edir və bu əzəbli yolların bütün mərhələlərində xalqın, millətin istiqlal idealından dönmədiyini qürurla diləgətirir.
 Bu tarixi yolda Azərbaycanın İran və Rusiya arasında çapaladığını ürək yanğısı ilə oxucuya çatdırır. Birzamanlar “türk” sözünün hər iki tərəfdə kinayə ilə qarşılandığı, öz avamlarımızın elə bu günün özündə də bəzən diləgətirilən sadəlövh yerinə “türkün sözü” kimi bir ifadənin işlədilməsinə hələ o zaman M.Ə. Rəsulzadə həminməqalədə öz milli təəssüfünü ifadə edirdi. Amma yenə təkrar edirəm ki, bütün bunlarla belə, M.Ə.Rəsulzadə xalqıniradəsini öldürməyin heç vaxt mümkün olmadığını nəzərdə tutaraq deyirdi: “Şimali Azərbaycan rus təhti-idarəsinəkeçdikdən sonra məhdud olsa da, malik olduğu siyasi hüququnu tamamilə itirmiş, maddi məhkumiyyətin bütünacısını dadmışdı.
Əvvəlki idarə zamanında gördügü mənəvi əsarətini müştərək bir din və yaxın bir ruh təsiri ilə pək də sezməyibgetdikcə farslaşan Azərbaycan türkü bu dəfə də ruslaşdırılmaq siyasətinə məruz qalmışdı.
Fəqət bu siyasətin birayağı cəbrə bağlı olduğundan və tamamilə yabançı bir ruha malik bulunduğundan təbii idi ki, xəlqin müdafieyi-nəfshissini daha ziyadə qıcıqlıyor, onu daha sürətli bir surətdə kəndisini düşünməyə vadar ediyordu”.
Məqalədə daha sonra bolşeviklərin gəlişi, onların xalqa verdiyi yalançı vədlər ətrafında geniş söhbət gedir. MüəllifBakı bolşeviklərinin başında duran Şaumyanın Azərbaycanın bolşeviklərdən gözlədiyi muxtariyyət arzusunu kinayəilə “muxtariyyət deyil, xarabazar alacaqsınız” kimi açıq düşmənçiliklə dediyi sözləri misal gətirir. Şaumyanın budüşmən sözlərini 70 il müddətində bizdən ciddi-cəhdlə gizlədilməsi nəticədə bu qatı düşmən haqqında həttaədəbiyyatımızda yanlış fikirlərə yol verməyimizə gətirib çıxarmışdı ki, bunun da acı nəticələrini görmüşük.Düşmənin, bolşeviklərin belə bir kəmfürsət anında bütün ümidlərin Türkiyəyə yönəldiyini iftixarla dilə gətirən müəllifdeyirdi: “Ümidlər həp oraya idi. O qardaş millət gələcək, bizi düşmən əlindən qurtaracaqdı. Xalqın bundan başqabir ümidi qalmamışdı”.
Mən böyük Məhəmməd Əminin bu sətirlərini oxuyuram və bizim lap elə bu günlərimizdə Türkiyə hava qüvvələrişahinlərinin Azərbaycan ordusu ilə birlikdə Ermənistanın, yeni Şaumyanlar tərəfindən zəbt olunmuş Qarabağıncəbhə xəttindəki təlimlərini düşünürəm. Bu dostluğun, bu qahmarlığın təməlini qoyan tarixi Cümhuriyyətimizinyaradıcısı Məhəmməd Əmin ruhuna dualar keçir ürəyimdən...
Sonra müəllif Xalq Cümhuriyyəti ideyasının gerçəkləşməsi uğrunda mübarizənin təfərrüatlarını, şirin bir müstəqillikqələbəsinin müqəddəsliyini verir və əsərin son obrazını belə bitirir: “Bu cəhdindən bir tizə olsun nişan vermək üzrəAzərbaycan millətinin məknunati-milliyyəsindən birər nümunə olaraq bu məcmuə vasitəsi ilə təşhir ediyoruz.Burada millətimizin istedadi-fitrisini göstərəcək nümunələr adətən bundan bir əsr avvəl Bakı ərazisindəki axaraltunun miqdar və əhəmiyyətini qətiyyən bugünki aləmşümül bir dərəcədə göstərmiyən əlamətlərə bənzər. Ozaman qara çırağda yakılmaqdan başqa bir şeyə yaramayan Bakı nefti bədə nasıl sənaye və ticarəti ilə pək ziyadətərəqqi etmiş olan məmləkətlərin müasir bir mayeyi-həyatı ola bildisə, əminəm ki, eyni topraq üzərində yaşayanxəlqin fitrətində təbiətin bir möhübbəsi olaraq gizli qalan istedad dünyayə “odunsuz yanar və sudan qorxmazatəşi-müqəddəs” qədər əsli bir mədəniyyət əhd etsin:
– Azad Türk mədəniyyəti!
Vətəndaşlar, bu mədəniyyət naminə çalışalım, bir dəfə yüksəlmiş o üç boyalı ləvayi-istiqlal və cümhuriyyətibaşlarımız üstündə tik tutalım!”
Mən diqqəti böyük Məhəmməd Əminin daha bir fikrinə – Bakı neftilə bağlı uzaqgörən fikrinə yönəltmək istərdim.Azərbaycanın dünyanın böyük neft korporasiyaları ilə bağladığı neft kontraktının 20-ci ildönümünü cəmi bir neçəgün bundan əvvəl qeyd etdik. Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu bu müqavilə ilə Bakı neftiAzərbaycanın sürətli inkişafını təmin etdi. Bütün bunlar isə əsası 1918-ci ildə qoyulan, sonradan bir müddət tarixəçevrilən, ancaq tarixi təcrübəsi həmişə karımıza gələn müstəqil Xalq Cümhuriyyətindən doğulmuşdur.
Məcmuədə Ağaoğlu Məhəmmədin “Azərbaycan” adlı məqaləsi də diqqəti cəlb edir. Bu əsər də bir neçə səhifədəAzərbaycanın keçdiyi tarixi mərhələləri –həm də ən qədim dövrdən Xalq Cümhuriyyətinə qədərki yolunu işıqlandıranvə bu günkü tarixçilərimiz üçün maraqlı mənbə rolunu oynaya biləcək qədər qiymətlidir. Bu əsərin də sonu XalqCümhuriyyəti dövrünə gəlib çıxır və müəllifin son cümlələri belə səslənir: “10 fevral 1827-də (əslində 1828-Ş.H.)Türkmənçay sülhü əqd edilmiş, Azərbaycanın mühüm bir qismi olan xanlıqlar rus imperatorluğuna həmişəlik ilhadedilmişdir.
104 il keçdikdən sonra 28 mayıs 1918 il gəlmiş, Azərbaycanın hür oğlu kəndisini müstəqil elan etmişdi. İştə bir ildirki, Azərbaycan rus çarizmindən xilas olmuş, hür və müstəqil yaşıyor və yaşayacaqdır.
Son söz olaraq “Yaşasın hür və müstəqil Azərbaycan” söyləyəcəgəm.”
Məcmuənin çox maraqlı materiallarından biri də yenə M.Ə.Rəsulzadənin müəllifi olduğu “Azərbaycan Paytaxtı”məqaləsidir. Heyrət doğuran odur ki, müəllifin cəmi 20 səhifəlik bu yazıda elmi, lirik-psixoloji, publisistik bir dil iləBakının tarixini qələmə alır. Bu yazının da sonu obrazlı bir şəkildə belə bitir: “Bakının istirdadı Azərbaycan istiqlalınınyüzdə doxsan təmyini-istiqlal elədigi gündür...
Bakı türklügün şahrahı üzərində vaqe sınmaz atəşləri ilə yanan bir amal məşəlidir ki, həpimizin diləgi onun bütünAzərbaycan və bütün türklük üçün daimi bir surətdə işıqlanmasıdır!”
M.Ə.Rəsulzadənin R.Kusalı imzası ilə dərc edilən “Parlamana” adlı yazısında isə Xalq Cümhuriyyətinə aparan yol vəbu yolun uğurlu sonu qələmə alınmışdır. Bu yazı xeyli dərəcədə reportaj üslubunda olub. “Azərbaycan Şurayi-Millisinin 7-ci iclasının” gedişini təsvir edir. Burada stenoqrafik şəkildə iclasda çıxış edənlərin fikir və dialoqlarıqələmə alınmışdır.
Məcmuə yalnız istiqlal mövzusunda deyil. Burada Üzeyir Hacıbəylinin “Azərbaycan türklərinin musiqisi haqqında”məqaləsi, imzasız olaraq (?) dərc edilən “Xalq Ədəbiyyatı” kimi o dövrün oxucularını maarifləndirən əsərlər də yeralmışdır.
Üzeyir bəy “Azərbaycan türklərinin musiqisi haqqında” adlı günümüz üçün də aktual olan genişməqaləsində maraqlı məqamlara toxunur və bu məqamların birində Şirməmməd müəllimin yenidən xalqımızaqaytardığı “İstiqlal” məcmuəsi haqqında bu sözləri deyir: “Musiqi sənətinin elmi və nəzəri cəhəti ixtisas ərbablarınımaraqlandıran bir bəhz olduğundan, bu məqalə də ki-yalnız ixtisas sahiblərinə məxsus edilməyib də ümumunoxuması üçün yazılmışdır-öylə bir dərin bəhsə girişmək cayiz görünməz, bununla belə musiqimizdən bəhs edərkən,o cəhətlərə heç də əl vurmasaq, vəzifəmiz layiqincə ifa edilməmiş olar; əlavə, “İstiqlal” məcmuəsi yalnız bu günüçün deyil, gələcək üçün baxüsus şayanı-əhəmiyyət bir yadigari-istiqlal qalacağından, gələcəkdə də musiqimiz iləiştiğal edənlərin çoxalacağını ümid etdiyimizdən, burada səthi də olsa, bu cəhətlərdən bəhs etməyi lazım bildik”.
Adam bu sətirləri oxuyur və Üzeyir bəyin məcmuə barədə uzaqgörənliklə dediyi sözlərə heyran qalmaya bilmir.
Haqqında qısaca bəhs etdiyimiz bu məqalələrin hamısını bir amal birləşdirir. Bu amal isə istiqlalımızın bir illiyimünasibətilə istiqlalın həmin bir ildə millətə verdiyi və bundan sonra verəcəyi üzərində dayanmaq, müstəqilliyinnecə qiymətli olduğunu xalqa bəyan etməkdir. Üzeyir bəyin birbaşa Azərbaycan musiqisinə həsr etdiyi məqaləsininson abzasında olduğu kimi: “Hələ əsir bir halda yaşadığımız zamanda ibraz edilmiş olan bu meyli-tərəqqi vəbaşlanmış olan bu tərəqqi, şübhə yoxdur ki, azad və müstəqil və yaşamaq səadətinə nail olduğumuz bu xoşbəxtgünlərdə daha da sürətlə nəşvü nüma tapıb, azad millətin azad sənəti bütün gözəlliyi ilə meydana çıxacaq və çıxıbda millətimizə, miləl-mütəməddinə ailəsinə daxil olmaq və bu ailənin müsavi-əlhüquq bir əzası bulunmaq haqq vəsəlahiyyətini qazandıracaq amillərdən ən möhtəbəri və ən müasiri olacağına kamil bir iman və dürüst bir etiqad iləinandığımızı ərz edirik”.
Beləcə müstəqilliyimizin bir illiyinə həsr olunan “İstiqlal” məcmuəsi Şirməmməd müəllimin müasir oxucuya təqdimetdiyi müstəqilliklə bağlı hələ 95 il bundan əvvəl vəd edilənlərin necə gerçəkləşdiyinə, klassiklərin həmişəyaşarsözlərinin necə dəqiq olduğuna bir daha inanmaq üçün qiymətli bir vasitədir. Əzizimiz Şirməmməd müəllim!Müstəqilliyimizin o zamankı bir illiyindən dörd ildən sonrakı 100 illiyinə gedən yolun tarixi bir məqamını xalqahədiyyənizə görə Sizə – əbədiyaşar müəllimimə minnətdarlıq hissi ilə:

Könül Niftəliyeva, filologiya üzrə fəlsəfə doktoru

1 ... 101 102 103 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.014187

 

Site by Webcoder