Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 14 Oktyabr 2019, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

 Münaqişə dövründə insan faktoruna vurulan zərbənin öyrənilməsi ilə bağlı  ilkin hesabat
 Münaqişə dövründə insan faktoruna vurulan zərbənin öyrənilməsi ilə bağlı  ilkin hesabat
 Əkrəm Bəydəmirli
20.06.2013.


Məlumat üçün bildiririk ki,  Azərbaycan  Respublikasının Prezidenti yanında  QHT-yə  Dövlət Dəstəyi Şurasının  dəstəyilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Ermənistan-Azərbaycan münaqişəsinin  insan  faktoruna vurduğu  ziyanla bağlı tədqiqatların aparılması  və  innovativ təşəbbüslərin artırılması”  layihəsini həyata keçirir.

Bu məqsədlə pilot layihə şəklində  Ağdam  rayonundan olan məcburi köçkünlərə Ermənistanın işğalı nəticəsində dəymiş ziyanın araşdırılması  həyata keçirilib. Bu hesabat  19 iyun tarixində  BBM-də keçirilən geniş tədbirdə  müzakirə edildi. Indi həmin hesabatla bağlı bəzi məqamlara toxunmaq istərdim.

  Iqtisadi durumla bağlı:

Ağdamın işğalı  insan faktoru ilə bərabər iqtisadiyyata da zərbə vurub. Iqtisadi araşdırmalar nəticəsində məlum olub ki, 1993-cü ildə  Ağdam rayonun 79 faiz ərazisinin işğalı nəticəsində rayona 16 milyard dollardan artıq  ziyan dəyib. Təxmini hesablamalara görə,  20 il müddətində işğal olunan ərazilərdən itirdiklərimiz 6 milyardan manatdan artıqdır. Deməli, Ağdama dəyən ziyanın, ümumilikdə,  ilkin olaraq 22 milyardan artıq hesablamaq mümkündür.

İnsanlar öz torpaqlarını itirməklə bərabər, iş yelərini, uzun müddət topladıqları  şəxsi əmlaklarını, sağlamlıqlarını itiriblər.  İşğal Ağdam iqtisadiyyatını 50-60 il geri salıb.
Bu gün Ağdamın  21 faizlik ərazisində illik məhsul istehsalı 100 milyon civarındadır. Əgər işğal faktı baş verməsəydi rayonun illik gəliri 500 milyondan artıq olardı. Təbii ki, əldə olunan gəlirlərin aşağı düşməsi insanların həyat şəraitinin aşağa düşməsinə təsir edib. Bu gün  işğaldan kənarda qalan Ağdamın kiçik bir ərazisində sənaye istehsalı 3 milyon 500 min manat təşkil edir. Əgər işğal faktı baş verməsəydi bu rəqəm 22-23 milyon manata çata bilərdi
  İnsanların sağlamlıq durumu ilə bağlı:

Erməni təcavüzünün yaratdığı fəsadlar, gərginlik  böyüklərlə bərabər azyaşlı uşaqlarda hiss olunmaqdadır.  Bir ağrılı faktı qeyd etmək istərdim.  Ağdam rayonunun  Üçoğlan  kəndində  doğulan uşaqların  20-si  iflicdir.  Bu da münaqişənin yaratdığı fəsadlardan biridir. Həmin kənddə  elə ailə var ki, orada doğulan üç uşaqdan ikisi  iflicdir. Bundan əlavə  müharibə gərginliyi nəticəsində şəkər xəstəliyi artıb.

Araşdırmalar nəticəsində məlum olub ki, işğaldan sonrakı  dövrdə, xüsusilə, son  4 ildə 2090 nəfər şəkər  xəstəliyindən əziyyət  çəkir. Bu xəstələrin sayı hər ay 20-30 nəfər artır. Şəkər xəstələri arasında 10 azyaşlı uşaqda var. Uşaqlarla bağlı bir faktı qeyd etmək yerinə düşər1989-cu  ildə  Ağdam  rayonunda 1-2 nəfər uşaqda qıcolma baş verirdisə, hal-hazırda doğulan uşaqların təxminən 60%-ində  bu xəstəlik  baş qaldırır.

Əvvəl ki, dövrdə Ağdamın xəstəxana problemi olub. Belə hallar da  insanların müalicə işlərinə mənfi təsir göstərib. Onu qeyd lazımdır ki,  yeni  xəstəxananın tikintisinə  2008-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə başlanılıb və  2009-cu ildə bu iş başa çatıb. Quzanlıda digər belə səhiyyə ocaqları da tikilib istifadəyə verilib.  Təbii ki, belə şərait həmin ərazidə  yaşayan əhalinin daha yaxşı müalicə almasına şərait yaradır.

 Ağdam rayon uşaq polikilinikasından verilən məlumata görə,  azalan  xəstəliklərdə var. Azərbaycan höküməti  tərəfindən  qaçqın (çadır)  şəhərciklərinin  ləğv edilməsi, insanların həyat şəraitinin  yaxşılaşdırılması,  müasir tipli xəstəxanaların tikilməsi  və  bunların  avadanlıqlarla təmin edilməsi bəzi xəstəliklərin o cümlədən  revmatizm və böyrək  xəstəliklərinin  azalmasına təsir edib.

 Ətraf aləmə vurulan zərbə:

Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd Şərq çinarı, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.
Verilən məlumata görə, həmin o şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilib.
İşğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və Uzundərə, Yedixırman, Şahbulaq dağ massivlərində erməni hərbçiləri tərəfindən ümumilikdə 17457  hektar (18 minə yaxın) otlaq sahəsi ötən illər ərzində yandırılıb. Ümumilikdə, Ağdamın turizm potensialına vurulan zərbəni  araşdırsaq  bu 2 milyard manata yaxındır.
 Dünyada mövcud olan metodologiyalar:

Muharibə nəticəsində insan faktoruna və ümumilikdə iqtisadiyyata vurulan zərbənin öyrənilməsi,  qiymətləndirmənin aparılması və günahkar tərəfdən zərərkənlərə kompensasiyaların ödənilməsi ilə bağlı dünyada müxtəlif metodologiyalar var. Biz bu araşdırma dövründə həmin təcrübələrə nəzər saldıq. 

Yalnız bir faktı qeyd etmək istərdik. Almaniya Holokost soyqırımının sağ qalan qurbanlarına (yəhudilərə)  1 milyard dollar təzminat ödəyəcək.

Təzminat  2017-ci ilədək veriləcək.  Bu vaxta qədər isə  yəhudilər  Almaniya hökumətindən 70 milyard dollar  təzminat alıblar.

Bəs, biz münaqişədə ziyan çəkən tərəf kimi  bu vasitələrdən niyə yararlana bilmirik?

 Ümumiyyətlə, münaqişələr dövründə  insan faktoruna vurulan zərbənin öyrənilməsi və qiymətləndirmənin aparılması ilə bağlı müxtəlif təcrübələr var. Belə təcrübələrdən faydalanmaq  erməni təcavüzünün mahiyyətini daha peşəkar səviyyədə açmağa  təkan verər.Bu sahədə  aparılan işlərə ən azından  vətəndaş olaraq  hər birimiz dəstək göstərməliyik.  Belə layihələri həyata keçirən QHT-lərin isə  ixtisaslaşmasına ehtiyac var.

Sonda xatırladırıq ki, yaxın zamanlarda araşdırmalarla  bağlı daha ətraflı məlumat almaq üçün  www.fact-info.az  saytına müraciət edə bilərsiniz. 

  Əkrəm Bəydəmirli 

1 2 ... 133 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.0057700000000001

 

Site by Webcoder