az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Surxay Musayev:   “Telekanallar, KİV-lər maarifçilik işində  öndə olmalıdır”
Surxay Musayev:   “Telekanallar, KİV-lər maarifçilik işində  öndə olmalıdır”
17.03.15.

 

 Müsahibimiz Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik  Klinikasının direkroru, əməkdar elm xadimi, professor Surxay Musayevdir. O, tibb  sahəsində tətbiq olunan yeniliklər və digər  maraqlı məqamlara toxunub:

 -Surxay müəllim,  ilk  öncə ondan  başlayaq ki,  Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik  Klinikasında tətbiq olunan  yeniliklər öz effektli nəticələrini verirmi?

 -Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik  Klinikasında 30-dan çox tibb elmləri doktoru, professor, 200-dən çox elmlər namizədi tədris, elm və müalicə işləri ilə məşğul olur. Bu da bizim sahə  ilə bağlı bütün xəstəliklərin yüksək diaqnozunu qoyub müalicə etməyə imkan yaradır. Eyni zamanda burada çalışan alimlərimiz mütəmadi olaraq beynəlxaq tədbirlərdə, konqreslərdə işirak edərək dünyada tibb sahəsində olan yeniliklərlə tanış olurlar. Sonradan həmin yenilikləri və  həmçinin dünyada tibb sahəsində mövcud olan müasir avadanlıqları  klinikamızda tətbiq etməyə çalışırıq.  Bu yaxınlarda Almaniyadan  gələn bir alim bizim klinikada  dünya tibb sahəsindəki yeniliklərlə bağlı  mühazirə oxuyub. Sonradan məlum oldu ki, həmin alimin  söylədiyi yeniliklər  artıq Tədris-Terapevtik  Klinikasında tətbiq olunur. Yəni bizim klinikamız  müəyyən  standartlara cavab verir. İndi tələbə bir məkanda həm təhsil alır, həm də bizə müraciət edən xəstələrin terapevtik müalicə prosesini yaxından izləyib öyrənir. Bu klinikanın üstünlüyü budur. Artıq bizim tələbərimiz bu yüksək səviyyəli avadanlıqlarla tanış olub, bütün prosesləri öyrənə bilir. Klinikamızda hemotologiya şöbəsi yaradılır.  Əvvəllər bizdə  nəinki  belə şöbə heç kafedra yox idi. Bu şöbənin yaradılması  bu sahədə  gənc mütəxəssislərin yetişməsinə təkan verəcək.  Bundan əlavə  çox müasir tipli  reanimasiya şöbəsi yaratmışıq.  Burada  çox ağır xəstəliklərin müalicəsini həyata keçirmək mümkün olur.  Həmçinin klinikada təcili yardım xidməti  gəaliyyətə başlayıb. Təcili yardım maşınları  almışıq.  Bu avtomobillər vasitəsilə ilə ağır xəstələrə  yardım göstərmək  imkanı yaranıb.  Hələlik Bakı şəhərində sonralar bölgələrimizdəki ağır xəstələrin  klinikaya  çatdırılması prosesi həyata keçiriləcək.  Bu xidmət zamanı elə  avtomobildə xəstəyə ən yüksək səviyyədə  dəstək göstərilir.

 - Sizə bu xidmətlə bağlı  müraciət edən varmı?

 - Təbii var.  Artıq bizim  bu sahədə müraciət edənlərin sayı artıb. 

 -Tibb  təhsili və elminin  vəhdəti bu gün nə dərəcədə zəruridir?

 - Bu çox zəruri məsələdi.  Əslində bizim universitetdə elmlə təhsilin vəhdəti yaranıb.

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik  Klinikasında dünyanın ən modern təhsil  sistemi formalaşır. Mən  deyərdim  bizim universitet  dünyanın ən möhtəşəm Tibb Universitetlərindən  geri  qalmır. Universitetinin  maddi - texniki bazası  əsaslı şəkildə möhkəmlənib. O cümlədən kafedraların maddı - texniki bazası möhkəmləndirilib və onlar müasir avadanlıqlar,  yeni tədris vəsaitləri ilə təmin olunublar. Bunlar isə ATU-da tədris prosesinin qat-qat yüksəlməsinə təsir göstərir. Bu, artıq tələbələrdə, həkimlərdə nəzəri biliklərlə bərabər praktik vərdişlərin yetərincə formalaşmasına zəmin yaradır. Onların istənilən şəraitdə elmi məntiqlə və topladığı təcrübə ilə vəziyyətdən çıxmasına imkan yaradır. Universitet klinikaları tələbələrə bu imkanları yaratmaqla bərabər, həm də tədrisin keyfiyyətini daha da yüksəldir. Bütün bunlar isə dünya  tibb elminin ən son naliyyətlərini, bu sahədə olan  informasiyaları əldə etməyə imkan  yaradır. Bu, həm müəllimlərimiz, həm də tələbələrimiz üçün geniş imkanlar açır.

 -Bu gün  Azərbaycanda  xeyli sayda yaradılmış özəl klinikalar var. Belə məqamda  Tibb Universitetinin Tədris-Terapevtik  Klinikası öz reytinqini qorumaq üçün nələri etməlidir?

 -Özəl tibb müəssisələrinin getdikcə artması zamanın tələbidir, respublikamızda sahibkarlığa, özəl sektorun inkişafına yaradılan münbit şəraitin nəticəsidir. Lakin bu müəssisələr öz statuslarına, şəraitinə və kadr potensialına uyğun iş görməlidirlər. Odur ki, hər bir yaradılan  özəl və ya dövlət müəssisəsinin, statusu müəyyən olunmalıdır. Ambulatoriya, tibb məntəqəsi, poliklinika, xəstəxana, klinika ayrı-ayrı statuslu tibb müəssisələridir. Klinika stasionar müalicə ilə yanaşı tədris və elmi-tədqiqat işləri ilə məşğul olan tibb müəssisəsinə deyilir. Ədalət naminə demək lazımdır ki, bu gün respublikada müasir standartlara cavab verən bir necə özəl tibb müəssisəsi mövcuddur. Lakin onların heç biri “Klinika” və ya “Klinik xəstəxana” statusunda deyil. Bir çoxları isə bir-iki otağı arendaya götürərək, özlərini klinka adlandırır və diletantcasına televiziya ekranlarında az qala bütün xəstəliklərin müalicəsini öz üzərinə götürürlər.  Bu normal hal  deyil.

 Bu gün telekanallar həmin özəl  klinikaların reklamı ilə daha çox məşğul olur.

 Döğurdanda  həmin  klinakalar  TV-lər vasitəsilə yeri gəldi gəlmədi özlərini reklam edirlər. Bu vasitə ilə  insanları aldadırlar. Televiziyalar  vətənpərvərliklə,  milli dəyərlərlə bağlı proqramlara yer vermək  və digər  önəmli məsələrlərdən danışmaq, maarifləndirici  xarakterli  verlişlər hazırlamaq əvəzinə  daha  çox bayağı şoulara meyl edirlər. Hansı kanala baxırsan  xalqın taleyinə, tarixinə, milli dəyərlərinə dəxli olmayan verilişlər yayımlanır,  və yaxud  özəl klinikaların  reklamları yayımlanır. Bu reklamlar vasitəsilə  daha çox tanınan  və  heç bir yüksək kadr potensialı, yüksək tibb şəraiti olmayan belə özəl klinikalar yalnız əhalini aldatmaqla məşğul olurlar.

 -Cəmiyyətdə  dərinləşən bu mənfi tendensiyanın qarşısını almaq, insanları  doğru yola  dəvət etmək üçün  nə etmək lazımdır?

 - Ziyalılar, tanınmış simalar bir sözlə hamımız çıxış etməliyik. İnsanlara  doğrunu anlatmalıyıq. Maarifçilik işi sürətlənməlidir. Telekanallar, KİV-lər maarifçilik  işində öndə olmalıdır.  O zaman insanlar  aldanmayacaq. 

 -Azərbaycanın səhiyyə sistemində  ciddi islahatlara başlamaq  zamanı yetişibmi?

 -Artıq belə islahatlar gedir.  Səhiyyə obyektlərinin  infrastrukturunun  möhkəmlənməsi,  yeni avadanlıqlarla təmin edilməsi və digər proseslər  islahatların tərkib hissəsidir. Artıq Azərbaycanın bütün  səhiyyə ocaqlarında  infrastruktur layihələri həyata keçirilir. Yeni avadanlıqlar alınır.  Həmçinin  Azərbaycan Tibb Universitetində  ciddi islahatlar  aparılıb. Bizim universitetdə dünyanın ən modern təhsil  sistemi formalaşır. Mən  deyərdim  bizim universitet  dünyanın ən möhtəşəm Tibb Universitetlərindən  geri  qalmır. Universitetinin  maddi - texniki bazası  əsaslı şəkildə möhkəmlənib. Bütün bunlar islahatların tərkib hissəsidir.

 Fact-info.az

1 ... 186 187 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.014486

 

Site by Webcoder