az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Əsgərlərimizlə çox çoşqulu  görüşlərimiz  davam etdi.
Əsgərlərimizlə çox çoşqulu  görüşlərimiz  davam etdi.
10.03.15.

 

 Bu günlərdə  bir qrup QHT  və media təmsilçisi  ön cəbhədə  hərbi hissədə olub. Bu görüşlərdə  Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin İcraçı direktoru “Ana Harayı” qəzetinin baş redaktoru Şamil Sabiroğlu Fact-info.az saytına həmin görüşlərlə bağlı  müsahibə verib.

 -Şamil müəllim, siz mütəmadi olaraq  cəbhə bölgələrində olursunuz.  Bu yaxınlarda növbəti belə  görüşdən qayıtməsınız. Bu barədə  oxucularımıza məlumat verərdiniz?  

  - Azərbaycan Silahlı Qüvvələri xalqımızın ümid yerdir.2015-ci il martın 3-də növbəti dəfə ön cəbhədə, zabit, gizir və əsgərlərlə görüş zamanı hissə və taborlarda maddi-texniki təminatın çox yüksək səviyyədə olduğunu gördüm,qürur duydum. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin büdcəsi, Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çoxdur. Bu da Milli Ordumuzun həqiqətən  güclü, təminatlı olmasına şərtləndirir.  Oradakı görüşlərimizdə  1992-1993-cü illərdə Tərtər-Ağdərə istiqamətində çox ağır döyüşlər aparıldığı zaman bu hərbi hissənin yaradıldığını nəzərə çatdırıldı. Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi 1 dəq.sükutla yad edildi. Əsgərlərimizlə çox çoşqulu  görüşlərimiz  davam etdi.  

 - Hansı QHT təmsilçiləri  görüşlərdə iştirak edirdilər?

  -Onu qeyd edim ki,  bu görüşlərdə “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov bu hərbi hissənin keçdiyi şərəfli döyüş yolundan danışdı. “Qürur” Şəhid Ailələri Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycanın Milli Qəhrəmanı,şəhid soydaşımız Səfiyar Behbudovun bacısı Naibə Behbudova 1991-92-ci illərdə qardaşının da könüllü olaraq Tərtər-Ağdərə-Ağdam bölgələrində erməni terrorçularına qarşı savaşda iştirak etdiyini diqqətə çatdırdı.”Sosial Rifah və Tədqiqatlar”ictimai birliyinin sədri, fact-info.az saytının rəhbəri Əkrəm Bəydəmirli, Xocalı şəhər 2 saylı məcburi köçkün tam orta məktəbinin direktoru, Şəhid Milli Qəhrəmanımız Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, ömrünün 27 ilini sərhədçi peşəsinə sərf etmiş Mustafa Qaramanlı, “Qafqazpress.az”İnformasiya Agentliyinin baş direktoru, “Azərbaycan uğrunda” qəzetinin baş redaktoru, şair-publisist Xatirə Rəhimli, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin şöbə müdiri, şair Dilbər Sultanova, “Baku news.Tv” İnternet Televiziyasının redaktoru Vüsalə Nəciyeva hərbi hissənin ad gününü zabit və əsgərlərlə keçirməkdən hədsiz məmnun olduqlarını qeyd etdilər.  Həmçinin  əsgərlərimizlə  görüşlərdə  şairə  Xatirə Rəhimli və Dilbər Sultan qələmə aldıqları poeziya nümunələrini söylədilər. Tərtər rayon Uşaq Musiqi məktəbinin kollektivi və aşıq Azər Göyçəli (Mustafayev) maraqlı ədəbi-bədii kompozisiya ilə hərbi hissənin şəxsi heyəti qarşısında çıxış etdilər.

 -Həmçinin  bu səfər çərçivəsində  şəhid Milli Qəhrəmanın məzarı ziyarət olunub.  Bu barədə, həmin Milli Qəhrəmanımız haqqında nə deyə bilərsiniz?

- Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmov çox şərəfli döyüş yolu keçib. Xocalı şəhidi, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Füzuli Salah oğlu Rüstəmovun məzarını ziyarət etdik. Milli Qəhrəmanımızın məzarı önündə  İxlas,fatihə surələri oxundu. Orada tanınmış QHT  rəhbərləri ilə bərbər  N  saylı hərbi hissənin zabiti Vüqar Əhmədov və başqları Vətənimizin azadlığı,ərazi bütövlüyünün bərpası naminə əziz canlarından keçən oğulları unutmağa, kimsənin haqqının olmadığını qeyd etdilər. Füzuli Rüstəmovun bacısı, Xocalı şəhər 2 saylı məcburi köçkün tam orta məktəbinin direktoru Fiqurə xanım Rüstəmova yeganə qardaşının xatirəsini əziz tutan hər bir kəsə təşəkkürünü bildirdi. Şəhid Milli Qəhrəman F.Rüstəmovun məzarı önünə tər gül dəstələri düzüldü. Füzuli  qorxu bilməz dəliqanlı bir gənc idi. 1992-ci il fevralın 26-da məlum Xocalı soyqırımı zamanı 300-dək dinc sakini xilas edərək qəhrəmancasına həlak olub. Bu cür qeyrətli oğulları unutmağa haqqımız yoxdur!

 Növbəti söhbət etdiyimiz insanlardan biri  20 Yanvar Cəmiyyətinin sədr müavini, ehtiyatda olan zabit Mustafa Qaramanlı oldu. O. Fikirlərini belə açıqladı:
- Heç şübhəsiz ki, əsgərlərimizlə keçirilən  belə görüşlərin əhəmiyyəti  çox böyükdür. Belə təmaslar əsgərlərimizə mənəvi dəstəkdir.  Mən özüm uzun müddət Azərbaycanın Milli Ordusunda  xidmət etmişəm.Ordu quruculuğu işində  yaxından iştirak etmişəm.  O əsgərlərə öz övladım kimi baxmışam. Bu  gün çox şad oldum ki,  Azərbaycan Milli Ordusu  belə güclənib, əsgərlərimizdə yüksək  ruh yüksəkliyi var, peşəkarlıq artıb. Bütün bunlar  ehtiyatda olan  zabit kimi məni çox sevindirir.  Mənim qənaətim belədir ki, ictimaiyyət nümayəndələrinin hərbi hissələrdə görüşləri  hər zaman davam etməlidir. 

Fact-info.az saytı

 

1 ... 185 186 187 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.012644

 

Site by Webcoder