az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Məşhur “Point de Vue Japon” jurnalının oxucuları Azərbaycan haqqında məlumatlandırılıblar
Məşhur “Point de Vue Japon” jurnalının oxucuları Azərbaycan haqqında məlumatlandırılıblar
19.02.15.

 

Yaponiyanın məşhur “Point de Vue Japon” jurnalının cari ildəki ilk nömrəsində azərbaycanlı Rəna İsmayılzadənin ölkəmizlə bağlı geniş müsahibəsi dərc olunub.

R.İsmayılzadə Azərbaycanın coğrafi mövqeyi, tarixi, iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri barədə ətraflı məlumat verib. Müxbirin Naxçıvan Muxtar Respublikasının Azərbaycanla sərhədinin olmaması barədə sualı cavablandıran R.İsmayılzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən bəhs edib. Naxçıvan Muxtar Respublikasının uzun illər Ermənistan tərəfindən blokadaya alınması, müharibənin regiona və ölkəmizə vurduğu ziyan, xalqımızın tarix boyu üzləşdiyi haqsızlıqlar, sovet işğalından əvvəl Azərbaycanın daha böyük əraziyə malik olması ilə əlaqədar faktlar oxucuların diqqətinə çatdırılıb.

Müsahibədə 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranmış ictimai-siyasi vəziyyət barədə də məlumat verilib, həmin vaxt torpaqlarımızın Ermənistan tərəfindən işğalının hələ də davam etdiyi bildirilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərpa olunması, əsaslı dövlət quruculuğu işlərinin aparılması, müstəqilliyin möhkəmləndirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi barədə məlumat verilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində həyata keçirilən mühüm enerji layihələri, iqtisadiyyatın modernləşdirilməsi nəticəsində sürətli inkişaf yoluna qədəm qoymuş ölkəmizin regionun lider dövlətinə çevrilməsi ilə bağlı faktlar oxuculara çatdırılıb.

Müsahibə zamanı R.İsmayılzadə ölkəmizin füsunkar təbiəti, zəngin təbii sərvətləri, mətbəxi, milli bayramları barədə söhbət açıb, Azərbaycanın tolerant cəmiyyət kimi dünyada böyük nüfuza malik olduğunu və beynəlxalq təşkilatlar tərəfindən bir nümunə kimi qəbul edildiyini vurğulayıb. Müsahibədə Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, beynəlxalq təşkilatlar çərçivəsində mədəniyyətlərarası dialoqun aparılması prosesində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti və xidmətləri barədə də məlumat verilib.

Bundan başqa, müsahibədə Azərbaycanda son illər təşkil olunan beynəlxalq humanitar və iqtisadi forumlar, bu il keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq prosesinin gedişi, həyata keçirilən irimiqyaslı layihələr, ölkəmizin tarixi abidələri, gözoxşayan mənzərələri, Azərbaycan ilə Yaponiya arasındakı mədəni əlaqələrin durumu və perspektivləri haqqında söhbət açılıb.

Jurnalın səkkiz səhifəsini əhatə edən müsahibədə ölkəmizlə bağlı maraqlı fotolara yer verilib.

1 ... 183 184 185 ... 187 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.011291

 

Site by Webcoder