az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

XX əsrdə bizim tariximiz bir çox mərhələlərdə saxtalaşdırılıb
XX əsrdə bizim tariximiz bir çox mərhələlərdə saxtalaşdırılıb
17.02.15.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fact-info.az saytının suallarını  professor Firudin Həsənov cavablandırır.
Erməni təcavüzü və  terrorizminin  əhatə dairəsi  bu gün çox genişdir. Həqiqəti ortalığa çıxarmaq, terrorizmin mahiyyətini  göstərmək üçün  bütün bunlar yetərincə  araşdırlıbmı?

 -Arxiv sənədlərinə  nəzər salanda görürük:  “...1892-ci ildə  erməni təşkilatlarının qəbul etdiyi qərarlarda  göstərilir ermənilər  silahlandırılmalı  və təşkilatlanmalıdır. Terror aktlarının  keçirilməsi xarici şəraitdən asılı olmayaraq aparılmalı  və artırılmalıdır.  Bu məsələlərlə bağlı  strategiya  işlənib hazırlanmalıdır. Bütün bu məsələlər 1892-ci ildə keçirilən erməni təşkilatlarının  qurultayında   bu terror və silahlanma məsələləri geniş müzakirə olundu”.  Onu deyim ki, ermənilərin bu terror siyasəti hər zamam həyata keçirilib. Yenə tarixi faktlara nəzər salaq. Erməni  terroru və irqçilik məsələləri  1919-cu ildə Yerevanda keçirilən  ermənilərin IX Ümumdünya Konqresində  yenidən müzakirəyə çıxarılır. Məhz bu yığıncaqda  türkləri məhv etmək,  türklərə qarşı  nifrət hissilə dolu şüarlar səsləndirilib. Avropada yaşayan türklərə qarşı  terrorun  genişlənməsini təmin etmək üçün gizli erməni terror qruplarına tapşırıqlar verilib. Ermənilərin bu  terror aktlarından tək  Azərbaycan türkləri deyil, həmçinin digər  millətlərin nümayəndələri əziyyət çəkmişlər. 

Ermənilərin istər  ”Hnçaq” olsun, istərsə də digər terror təşkilatlarının əsas hədəfləri isə   Azərbaycan və  Türkiyə olub.  1903-cü ilin avqust ayının 29-da Azərbaycanın Gəncə şəhərində (o zaman Yelizavetpol  adlanırdı)  ”Hnçaq” geniş qətliamlara başlayıb.  Terrorun əsas hədəfi  isə qeyri ermənilərilər olub. Tarixi mənbələrdə göstərilir ki,  erməni silahlı dəstələri hətta  məscidlərdə ibadət edən  şəxsləri  elə həmin ibadətgahlarda qətlə yetirməkdən çəkinməyiblər. Bu qətllər ssenarisi  Azərbaycanın  bir çox  bölgələrində  dinc əhaliyə qarşı  davam etdirilib.

Erməni  terror təşkilatlarılnın  törətdiyi  qətliamların xronologiyasını artırmaq olar. Təəssüf  ki, ermənilər bu gün də bu, qeyri insani, vəhşi  hərəkətlərindən əl çəkməyiblər.  Bu gündə  təkzib olunmaz  faktlar sübut edir ki,  ermənilərin hər bir terror təşkilatının  o cümlədən ASALA-nın məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərində, dünyada  türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarını  keçirməkdir.

 -Qarabağ münaqişəsi və ümumilikdə  Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması ilə bağlı aparılan  işləri necə dəyərləndirirsiniz?

 - Həqiqətən  dünyada erməni saxtakarlığını ifşa etmək və əsl həqiqətləri dünyaya tanıtdırmaq  çətin məsələ idi. Çünki ermənilər uzun illər idi ki,  saxta təbliğat aparırdılar. Onlar  öz yalanları ilə dünyanı inandırmağa çalışırdılar.  Ancaq  indi vəziyyət dəyişir. Artıq dünyanın bir çox yerlərində  erməni saxtakarlığı  qəbul edilmir. Çünki  dünya ictimaiyyəti əsl həqiqətlərlə  tanış olur, kimin haqlı olduğunu görməyə başlayıb. Təbii ki,  Azərbaycan xalqının müxtəlif nümayəndələrinin  bu təbliğat işinin rolu böyükdür. Azərbaycanın diaspora təşkilatlarının burada rolu böyükdür.

 - Cəmiyyətdə  vətənpərvərlik ruhunun yüksəlməsi ilə bağlı daha nəyi etmək lazımdır?

 -Burada həm ziyalıların, həm də TV-lərin, medianın üzərinə böyük vəzifə düşür.  Telekanallar  səviyyəsiz şoularla millətin başın qatmaqdansa  tariximizin bu önəmli səhifələri haqqında,  erməni terrorunun mahiyyəti ilə bağlı  verilişlər hazırlayıb  ictimaiyyətə təqdim etsələr daha yaxşı olar.  Təhsil ocaqlarında bu işlər genişlənməlidir.  Hər  il  ağrılı tarixi günlərimizlə bağlı, istər Xocalı faciəsi, istər 20 Yanvar hadisələri və s. haqqında  müxtəlif  tədbirlər keçirilir. Mənim fikrimcə belə tədbirlər  hər zaman keçirilməlidir.

 -Ümumilikdə  tarixi  proseslərin tədqiqatı işini necə qiymətləndirmək olar?

-Təbii ki, bütün bunlarla bərabər  Azərbaycan tarixinin bütün mərhələləri  daha dərindən tədqiq olunmalıdır. XX əsrdə bizim tariximiz bir çox mərhələlərdə, həmçinin SSRİ dövründə saxtalaşdırılıb. Azərbaycanda bir çox dövrlərdə, xüsusilə, 37-ci illərdə xeyli sayda ziyalımız  günahsızcasına  repressiya qurbanına çevrilib. Bu tarix bu gün yetərincə araşdırılmayıb.

-Bəs sovet tarixşünaslığının bu qədər saxtalaşdırılmasının, faktların təhrif edilməsinin səbəbi nədir?

-Saxtakarlıq həmin rejimin mahiyyətindən irəli gəlirdi. Ancaq həqiqəti uzun müddət gizli saxlamaq olmaz. Necə ki, 90-cı illərdən sonra bir çox tarıxi saxtakarlıqlar üzə çıxdı. Kimin kim olduğu bəlli oldu.  Onu da deyim ki, tarix ibrət dərsi götürmək üçün, tərbiyələnmək üçün mənbədir. Mənə belə gəlir ki, ermənilər öz tarixi keçmişlərinə, törətdikləri cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verib tərbiyələnməlidirlər. Hər birimiz erməni saxtakarlığının ifşası istiqamətində daha çox çalışmalıyıq. Ümumiyyətlə, həmin dövrün ən böyük qüsurlarından biri cəmiyyətin qapalı olmasında idi. Qapalı cəmiyyətdə repressiyanın baş verməsi mümkün haldır və bu da vermişdi. 80-ci illərdə bəzi ədəbiyyat nümunələrində bu məsələrə toxulurdu, ziyalıların bu repressiyalardan xəbəri vardı, təhsil ocaqlarında danışılırdı. Ancaq bu məsələlər aşkarlıq çağına qədər üstüörtülü qaldı. Mənə belə gəlir ki, azərbaycalılara qarşı törədilən bu haqsızlıqların mahiyyətində millətin genefondunu məhv etmək dururdu. Azərbaycanın ən dəyərli ziyalılarını, elm xadimlərini, incəsənət adamlarını günahsız yerə məhv etmək kimə lazım idi.  Bu proseslərdə cəza aparatında çalışan ermənilərin böyük xidmətləri olub. Bu siyasət 1948-53-illərdə başqa formada özünü büruzə verdi. Stalinin əmri və ermənilərin böyük canfəşanlığı ilə o zaman azərbaycanlılar qədim torpaqlarından, Ermənistandan çıxarıldılar. Mənə belə gəlir ki, 1948 və 1953-cü illərdə Ermənistandan azərbaycanlıların deportasiya olunmasına hüquqi-siyasi qiymət verilməlidi.

 Fact-info.az saytı

1 ... 182 183 184 ... 187 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.024069

 

Site by Webcoder