az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

 “100 min səs”in ölüm hökmü: “Dünya Sarkisyanı hərbi cinayətkar kimi tanımalıdır”
 “100 min səs”in ölüm hökmü: “Dünya Sarkisyanı hərbi cinayətkar kimi tanımalıdır”
31.01.15.

 

Azərbaycan ötən əsrin 80-ci illərinin sonlarından bəri Ermənistan dövləti tərəfindən terrorçuluğa məruz qaldığını, ərazilərinin bir hissində separatçı qruplaşmaların xaosa can atdıqlarını dünya birliyinə sübut etməyə çalışır.

Lakin dünya birliyi hələ də Qarabağ probleminin həllinə ədalətli deyil, ikili standartlarla yanaşmaqda davam edir. İşğalçı Ermənistana “barmaq silkələmək” əvəzinə, ərazisinin 20 faizi işğal olunan Azərbaycandan güzəşt tələb edir. Bu gün dövlətin imkanları nə qədər çox olsa da, ermənilərin yaratdığı ilkin informasiya blokadasını dağıtmaq o qədər də asan məsələ deyil. Ermənistanın işğalçılığını dünya birliyinə çatdırmaq və ümumiyyətlə, dünya erməniliyinin yalanlarını ifşa etmək üçün görülən işlər hələ ki, yetərli deyil. Ona görə də, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, onun ağır nəticələri barədə müxtəlif tədbirlərin həyata keçirilməsi və bu haqda beynəlxalq ictimaiyyətin məlumatlandırılması bu gün qarşımızda duran ən ciddi, təcili həllini tələb edən problemlərdəndir. Erməni yalanlarının “ayaq açıb yeridiyi” indiki informasiya müharibəsi dövründə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni vəhşilikiləri, yalanları və fitnəkarlığına qarşı aparılan mübarizədə ictimai təşəbbüslərin daha da artırılması olduqca vacibdir. 

 Iki gün öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə yaradılan “Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasının Bakı təqdimatı da, əslində bu istiqamətdəki ictimai təşəbbüslərin növbəti davamı sayılmalıdır. Xatırladaq ki, bu məsələ öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin təşəbbüsü və təklifi ilə ölkənin nüfuzlu QHT rəhbərləri ilə birgə müzakirə edilib. Çünki Şuranın fəaliyyətində Qarabağ həqiqətləri və faciəsinin dünyaya çatdırılması hər zaman başlıca prioritet hesab olunub, ötən illərdə bu istiqamətdə çox əhəmiyyətli layihələr dəstəklənib və bu sıradan olan tədbirlər hazırda da davam etməkdədir. 

Tərkibində 17 QHT rəhbərinin təmsil olunduğu İşçi Qrupun bu təqdimatı keçirməkdə əsas məqsədi 20 Yanvar faciəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının birbaşa iştirakçı olan Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanıdılması idi. İşçi Qrupunun məlumatından bəlli olur ki, qısa müddət ərzində Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs toplanması planlaşdırılır və bu proses artıq uğurla aparılır. Fikrimcə, Xocalı soyqırımını, eləcə də Qarabağda digər faciələri törədən ermənilərin nə vaxtsa cəzalandırılacağını səbirsizliklə gözləyən bütün ölkə vətəndaşları kimi Azərbaycan QHT-ləri də çox haqlı olaraq vacib bir məsələni ictimai müzakirəyə çıxarıblar. 

İşçı Qrupunun bu aksiyası mətbuatda işıq üzü görən kimi cəmiyyətdə, sosial şəbəkələrdə ciddi canlanma yaradıb. Artıq bir neçə gündür sosial şəbəkələrdə Azərbaycanın ən ucqar bölgələrindən belə bu mövzuda çox müxtəlif statuslar paylaşılmaqdadır. Məsələn, Yardımlıdan facebook dostum, keçmiş hərbçi Tofiq Nəsirov yazır: “Beynəlxalq terrorçu, Xocalı soyqrımının törədicisi və iştirakçısı, qatı cinayətkar, bütün Azərbaycan xalqının qəzəbini və haqlı nifrətini qazanmış mənfur erməni dığası Serj Sarkisyanın hərbi cinayətkar kimi həbs edilməsini və Beynəlxalq Hərbi Tribunal qarşısında cavab verməsini bir azərbaycanlı olaraq tələb edirəm”. 

 Bəli, Azərbaycan xalqının qanına əli bulaşmış cəlladların cəzalandırılmasının vaxtı çoxdan çatıb. Amma erməni cəlladların, eləcə də, Ermənistanın keçmiş və indiki prezidentləri Robert Köçəryanla Serj Sarkisyanın Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətləri təkzib olunmaz faktlarla sübut olunsa da, hələ ki, dünyanı sərbəst dolaşmaqdadırlar. Köçəryan hətta həyasızlıq edərək Azərbaycan torpaqlarının işğalında iştirakını Avropa Şurasının tribunasından bəyan etməkdən belə çəkinməyib. MTN, DİN və Baş Prokurorluğun birgə istintaq-əməliyyat qrupunun rəsmi məlumatından bəlli olur ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanıs Ayrım və digər Azərbaycan kəndlərində ermənilərin törətdiyi cinayətlərlə bağlı 286 nəfərin məsuliyyətə cəlb olunması ilə bağlı qərar artıq çoxdan qəbul edilib və beynəlxalq axtarışa verilmələri üçün İnterpolun Azərbaycan bürosuna müraciət olunub. Təkcə Xocalı soyqırımı ilə bağlı 38 şəxs barəsində həbs qərarı çıxarılaraq beynəlxalq axtarışa verilib. Təbii Serj Sarkisyan, Robert Köçəryan və 366-cı alayın rəhbər heyəti də beynəlxalq axtarışa verilənlər arasındadır. Amma İnterpolun Sarkisyanla Köçəryanı axtarmaq cəhdləri hansısa sehrli əllərin sayəsində uğursuz alınır. Hələ ki... 

 Politoloq Vəfa Quluzadə iddia edir ki, “ABŞ istəsə, günün birində hər iki erməni - Sarkisyan da, Köçəryan da qazamatda oturacaq”. Ancaq mən inanıram ki, kimlərinsə arzusundan, nə istəməsindən asılı olmayaraq Azərbaycan xalqının düşmənləri layiqli cəzalarını alacaqlar. Ona görə də, hamılıqla qətiyyətli addımlar atmağa tələsək, “Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına dəstək olaq. 

P.S. Bir neçə il öncə, iştirakçısı olduğum Moskvanın ROSBALT İnformasiya Agentliyinin Mətbuat Mərkəzində Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbirdə keçmiş DQMV-nin sabiq komendantı, general-mayor Aleksandr Voloxovun çıxışını qeyri-ixtiyari xatırladım: “Dünya birliyi Xocalı faciəsinə çox biganə yanaşır. Çingizin lentə aldığı kadrlar mənə 1940-cı illərdə faşistlərin törətdikələri cinayətləri xatırlatdı. İnana bilmirəm ki, 90-cı illərdə belə hadisələr necə baş verə bilər. Bu ermənilərin müstəqillik uğrunda deyil, torpaq uğrunda apardıqları müharibə idi. Dinc əhalini məhv etməyə heç kəsə haqq verilməyib. Bu qətliamı törədənlər hərbi cinayətkar adlandırılmalıdır”.

Xanoğlan Əhmədov

1 ... 180 181 182 ... 187 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.886718

 

Site by Webcoder