az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Ş. Bayramov: “Cəmiyyətin gələcək inkişafı məhz  intellektual  gənclərdən asılıdır”
Ş. Bayramov: “Cəmiyyətin gələcək inkişafı məhz  intellektual  gənclərdən asılıdır”
30.01.15.

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Tibb Universitetinin Virtual  Test Mərkəzinin direktoru  Şahin Bayramov Fact-info.az-a  açıqlamasında gənclər işi,  “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” ilə  bağlı belə deyib:

-Ümumiyyətlə, gənclik hər zaman axtarış  fikrində və iddiasında olan  bir təbəqədir.  Mən  müəllim olaraq hər zaman gənclərlə, tələbələrlə işləmişəm. Onların  fikirlərini, ideyalarını dinləmişəm. Hətta  onların innovativ fikirlərinə  çox  normal yanaşmışam.  Onu qeyd edim ki, gənclərlə yaşlı nəsl arasında bir çox hallarda  bir-birini qəbul etməmək,  baxışlarında  müxtəliflik və s. hallar olur. Əslində bütün bunlar  adi qarşılanmalıdır.  Qəbul etmək lazımdır  cəmiyyətin gələcək inkişafı məhz  intellektual  gənclərdən asılıdır. Sağlam cəmiyyətin formalaşdırılması və qorunub saxlanması üçün gənclərin öz şəxsi inkişafını, o cümlədən potensialını ortaya qoymaq üçün imkanlarının olması zəruridir. 
 Daha sonra  Şahin Bayramov deyib:  “ Prezident İlham Əliyev tərəfindən təsdiq edilən və qarşıdakı 10 il üçün nəzərdə tutulmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın tətbiqi mövcud problemlərin həlli istiqamətində mühüm rol oynayacaq. Azərbaycan Gənclərinin İnkişaf Strategiyası  cəmiyyətin inkişafında öz töhfəsini verəcək.  Bu  strategiya intellektual mülkiyyətin inkişafına, sağlam mühitdə sağlam gəncliyin yetişməsinə xidmət edəcək”.

 Fact-info.az

1 ... 179 180 181 ... 187 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.104495

 

Site by Webcoder