Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 8 Dekabr 2019, Bazar                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

"Ermənistana mütləq sanksiya tətbiq olunmalıdır"
"Ermənistana mütləq sanksiya tətbiq olunmalıdır"
17.01.15.

“Azərbaycan ərazilərini işğal etdiyi üçün müvafiq beynəlxalq təşkilatlar və dövlətlər Ermənistana mütləq sanksiya tətbiq etməlidir. İyirmi ildən çoxdur sürən atəşkəs dövründə və danışıqlarda irəliləyiş yoxdursa, deməli, mütləq yeni variantlar tətbiq olunmalıdır və bu da ancaq Ermənistana təzyiq vasitələrindən ibarət ola bilər”.

Bu sözləri APA-ya açıqlamasında Ukrayna Ali Radasının Gömrük və vergi siyasəti komitəsinin sədri, milliyyətcə azərbaycanlı olan deputat Roman Nəsirov deyib. O bildirib ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır və münaqişəyə son qoyulmalıdır: “Proses çox uzun çəkdi. Amma son zamanlar postsovet ölkələrində baş verənlər ümid etməyə əsas yaradır ki, Dağlıq Qarabağ münaqişəsinin də nizamlanması üçün tezliklə zəmin yaranacaq".
 
Ukraynadakı hazırkı vəziyyətə toxunan R. Nəsirov durumun çox mürəkkəb olduğunu vurğulayıb: “Ukraynaya təzyiqlər var, lakin ümid edirik ki, vəziyyət daha da gərginləşməyəcək. Buna baxmayaraq, biz hər şeyə hazır olmalıyıq və hadisələrin gedişatından asılı olaraq müvafiq addımlar atmalıyıq. Mən ümid edirəm ki, ciddi müharibə olmayacaq”.
 
R. Nəsirov onu da əlavə edib ki, əslən azərbaycanlı olması Ali Radada yüksək mövqe tutmasına və gələcək karyerasına qətiyyən mane olmur: “Ukraynada bütün millətlərin nümayəndələri üçün azad şərait var. Ən yüksək posta doğru belə burada mənə heç nə mane ola bilməz. Azərbaycanlıların ictimai-siyasi həyatda rolu aktivdir. Dəfələrlə ən yüksək mövqedən belə bununla bağlı məmnunluq ifadəsinin şahidi olmuşam. Mənim də diasporla əlaqəm çox yüksək səviyyədədir”. 

1 ... 176 177 178 ... 187 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.0089560000000001

 

Site by Webcoder