Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 8 Dekabr 2019, Bazar                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Azərbaycan tarixinin bütün mərhələləri daha dərindən tədqiq olunmalıdır
Azərbaycan tarixinin bütün mərhələləri daha dərindən tədqiq olunmalıdır
15.01.2013.


Azərbaycan xalqının azadlıq mübarizəsində, müstəqillik yolunda  qəhrəmanlıq səhifəsi açan 20 Yanvar hadisələrinin növbəti ildönümü yaxınlaşır. Azərbaycan xalqı hər zaman çox önəmli tarixi keçmişini qeyd edərək şəhidlərimizin ruhunu ehtiramla yad edir.
Həmin hadisələr zamanı müxtəlif dövlət vəzifələrində çalışan və hal-hazırda pedaqoji fəaliyyətlə məşğul olan professor Firudin Həsənovla 20 Yanvar faciəsinin iyirmi  üçüncü ildönümü ilə bağlı söhbət etdik.

 -20 Yanvar hadisələrinin baş verməsindən  23 il keçir. Sizin bu illər ərzində  həmin hadisələrə yanaşmanız  dəyişibmi? Ümumiyyətlə, həmin dövrdəki vəziyyəti necə  xatırlayırsınız?

 -Azərbaycan tarixinə Qanlı Yanvar Faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 23 il keçir.  Dağılmaqda olan imperiyanı qoruyub saxlamaq məqsədilə Azərbaycan xalqına qarşı  belə qəddarlıq göstərildi. Xalqın mübarizə əzmini qırmaq,  azadlıq ideyalarını boğmaq məqsədilə imperiya rəhbərliyi hər cür qəddarlığa əl atırdı.
1988-ci ildə  baş qaldıran erməni separatizminə SSRİ rəhbərliyi göz yumurdu. Hətta bəzi dairələr ermənilərin bu separatçılıq əməllərinə  şərait yaradırdılar. Təbii ki, erməni vəhşiliyinin güclənməsi və onların yersiz torpaq iddiaları, sonda 200 mindən artıq azərbaycanlının öz tarixi torpaqlarından  qovulması Azərbaycan xalqının hiddətləndirirdi. Nəhayət Dağlıq Qarabağ probleminin  qarşısının alınmaması münaqişənin dərinləşməsinə səbəb oldu.  
 SSRİ rəhbərliyinin dəstəyi və o vaxtkı Azərbaycan rəhbərliyinin xəyanətkar siyasəti nəticəsində xalqımızı böyük fəlakətlərlə üzləşdirən bu problem son nəticədə  ərazimizin 20 faizinin işğal olunmasına  və bir milyondan artıq soydaşımızın qaçqın, köçkün vəziyyətinə düşməsinə gətirib çıxardı.
Azərbaycana qarşı aparılan mənəvi, ideoloji və siyasi təcavüz  hərbi müstəviyə keçirildi. Dağlıq Qarabağın  Azərbaycanın tərkibindən çıxarmaq məqsədilə yürüdülən qərəzli siyasətə kəskin  etiraza baxmayaraq  ümumittifaq səviyyədə bir sıra qeyri-qanuni qərarlar qəbul edildi.
1989-cu ilin yanvarında DQMV üzrə  A.Volskinin rəhbərliyi ilə  Xüsusi İdarəetmə Komitəsinin yaradılması əslində Dağlıq Qarabağı Azərbaycanın bütün hakimiyyət orqanlarının tabeliyindən çıxarırdı.

-Bu da Dağlıq Qarabağ münaqişəsinin daha da  dərinləşməsinə  və Azərbaycan xalqının hiddətinin artmasına səbəb olurdu?

 - Təbii ki,  aparılan siyasət Dağlıq Qarabağın  Ermənistana verilməsinə, münaqişənin dərinləşməsinə xidmət edirdi.  XX əsrdə  totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı  yönəldilmiş dəhşətli cinayət idi. Xankəndində qanunsuz mitinqlərə imkan verilməsi, Sumqayıt hadisələrinin əvvəlcədən qərəzkarlıqla düşünülüb planlaşdırılması, Azərbaycan-İran arasında sərhədlərin pozulması faktlarına göz yumaraq, sonra bu hadisələrdən mərkəzin sui-istifadə etməsi, Bakıda maraqlı tərəflər tərəfindən “Milli zəmində” qarşıdurma və talanlar təşkil olunması,  respublikanın müxtəlif rayonlarında qəsdən qarışıqlıq yaradılması  gələcəkdə daha dəhşətli oyunlar qurulacağından xəbər verirdi.
 SSRİ rəhbərliyi Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün yeritdiyi məqsədəyönlü siyasətə qarşı çıxmağa cəsarət edən Azərbaycan xalqına açıq-aşkar divan tutmaq yolunu seçdi. Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrinin və daxili qoşunların 1990-cı il yanvarın 20-də fövqəladə vəziyyət elan olunmadan Bakını işğal etməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklərlə müşaiyət edildi.Yüzlərlə insan amansızcasına qətlə yetirildi və yaralandı.
O  zaman  Bakıya mərkəzdən xüsusi tapşırıqla göndərilmiş Primakov-Mixayılov-Girenko qrupunun yerli əsabələrin iştirakı ilə “əhalini heç bir təhlükə gözləmir”.kimi saxta bəyanatlar verməsinə baxmayaraq  şəhərə gecə yarısı qəfil hərbi əməliyyatdan bir neçə saat sonra fövqəladə vəziyyət haqqında xəbərdarlıq edilməsi, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edilməsi, təcili yardım maşınlarının atəşə tutulması imperiyanın ən iyrənc siyasəti idi.

-20 Yanvar  hadisələri imperiyanın suqutunu nə dərəcədə tezləşdirdi ?

 - Bü gün  həmin hadisələrə nəzər salanda bir daha təsdiqlənir ki,  20 Yanvar hadisələri  SSRİ-nin süqutunu xeyli tezləşdirib. Dağılmaqda olan imperiya bu cəllad əməlləri ilə  Azərbaycan xalqının azadlıq ideyalarını məhv edə bilmədi. Azərbaycan xalqı azadlıq ideyalarına sadiq qalaraq  müstəqillik uğrunda şəhidlər verdi. Şəhidlərimizin ruhu şad olsun. Allah bütün şəhidlərimizi rəhmət etsin.
Nəhayət Azərbaycan öz müstəqilliyinə qovuşdu. Hər zaman olduğu kimi 20 Yanvar günlərində də şəhidlərimizin məzarları ziyarət olunur. 20 Yanvar  şəhidləri gənc nəslə örnək oldu.

-Bu gün gənclərimizdə vətənpərvərlik ruhunun yüksəlməsində  20 Yanvar hadisələrinin öyrəınilməsini və  lazımi şəkildə gənc nəslə çatdırılması işini qənaətbəxş hesab etmək olarmı?

   -Təbii ki, Azərbaycan tarixinin bütün mərhələləri  daha dərindən tədqiq olunmalıdır. XX əsrdə bizim tariximiz bir çox mərhələlərdə, həmçinin  SSRİ dövründə saxtalaşdırılıb. Azərbaycanda bir çox dövrlərdə, xüsusilə, 37-ci illərdə xeyli sayda ziyalımız  günahsızcasına  repressiya qurbanına çevrilib. Bu tarix bu gün yetərincə araşdırılmayıb. Mənim qənaətimcə, tariximiz  yenidən araşdırılmalıdır. O cümlədən  qəhrəmanlıq tariximiz olan 20 Yanvar hadisələri  hər zaman öyrənilməlidir və gənclərə bir qəhrəmanlıq nümunəsi kimi təqdim olunmalıdır.  
Fact-info.az   

1 2 ... 187 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.012581

 

Site by Webcoder