az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

İan Peart: Azərbaycan muğamı bütün dünyaya səs salıb
İan Peart: Azərbaycan muğamı bütün dünyaya səs salıb
26.07.14.

Azərbaycan muğamı bütün dünyaya səs salıb. Qəbələ festivalı rəngarəng musiqi proqramları ilə mədəniyyətlərarası dialoqa öz töhfəsini verir.
Bu sözləri VI Qəbələ Beynəlxalq Musiqi Festivalını izləyən Avropa Azərbaycan Cəmiyyətinin layihə meneceri britaniyalı İan Peart AzərTAc-a müsahibəsində deyib.
Azərbaycanda bir çox gözəl yerlərin onu valeh etdiyini bildirən İ.Peart Bakının möhtəşəmliyinə heyran qaldığını xüsusilə vurğulayıb.
Gəzməli yerlərimizin hər kəsdə yaxşı təəssürat yaratdığını qeyd edən qonaq insanlarımızın çox mehriban və qonaqpərvər olduğunu diqqətə çatdırıb. O, sözünə davam edərək deyib: “Azərbaycana tez-tez gəlirəm. Bu dəfə səfərimin müddətini daha bir həftə uzadaraq Qəbələyə gəldim. Gözəl atmosfer, təmiz hava, təbiət, meşə insana fərqli təsir bağışlayır. Bu füsunkar ərazilərə yenidən səyahət etmək istərdim. Bu dağların başındakı duman məni həqiqətən öz möhtəşəmliyi ilə heyran etdi. Bu ərazidə musiqi insanı məxsusi cəlb edir. Açıq havada təşkil edilən konsertlərə, Vyana Akademik Orkestrinin ifasına və digər musiqiçilərin çıxışlarına heyran qaldım. Tanınmış pianoçu Oksana Yablonskayanın təqdim etdiyi konsert isə həqiqətən möhtəşəm idi”.
Azərbaycan xalçalarına vurğunluğunu dilə gətirən qonaq vətəninə dönərkən xalqımız məxsus milli xüsusiyyətləri özündə əks etdirən xalçalardan alaraq aparacağını söyləyib.

1 ... 96 97 98 ... 135 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.026297

 

Site by Webcoder