az | en | ru

Bu gün: 15 Dekabr 2018, Şənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Bu dünyanın başı havalanıbdır!
Bu dünyanın başı havalanıbdır!
Şahnaz Azərtürk
23.07.14.

 

 

 

 

 

 



Ay Allah! Bu nədir aləm qarışır,
"Allahlıq"uğrunda kafir yarışır,
Günahsız kütlələr odda alışır,
Bu dünyanın başı havalanıbdır!

Yurd yeri,ocaqlar niyə məhv olur?
"Sülh"deyənin sözü niyə səhv olur?
Savaşa baislər niyə əfv olur?
Bu dünyanın başı havalanıbdır!

Getdikcə korlanır "mizan-tərəzi",
Vəhşilik həddinin yoxdur əvəzi,
Şeytansoyluların vardır qərəzi ,
Bu dünyanın başı havalanıbdır!

İblis iştah açıb adam başına,
Dirəyib ayağını zalım daşına,
Tarix qan badəsin çəkir başına,
Bu dünyanın başı havalanıbdır!

İmansız bəxtinə düşür şeş- qoşa,
İmanlı əlindən gəlir yek - qoşa,
Dəhşətli "oyun"lar gedir birbaşa,
Bu dünyanın başı havalanıbdır!

Əmr edib dağıtmaq adi hal olub,
Torpağın üzü də qandan al olub,
Dünyanın əlində cəng qaval olub,
Bu dünyanın başı havalanıbdır!

Kürənin sinəsi dərin yarədir,
Sabahı olsa da, günü "qarədir",
Ya Rəbb,nizamına hökmün çarədir,
Bu dünyanın başı havalanıbdır,
Bu dünyanın başı havalanıbdır...
Şahnaz Azərtürk

1 ... 95 96 97 ... 135 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.824399

 

Site by Webcoder