az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

İpək Yolu” başa çatdı
İpək Yolu” başa çatdı
"Festival Şəkinin mədəni həyatında çox mühüm hadisə oldu
07.07.14.

Şəkidə bu il 5-ci dəfədir keçirilən Beynəlxalq “İpək Yolu” Festivalı türkdilli dövlətlərlə yanaşı digər ölkələrin də marağını qədim sənət mərkəzi olan Şəkiyə cəlb etməyi bacardı. 5 gündür davam edən musiqi bayramı başa çatıb. Amma qədim tarixə və gözəl təbiətə malik Şəkidə bu turistlərin cəlb edilməsi məqsədilə həyata keçirilən yeganə layihə deyil.

Festivalın yekununda Hindistan, Çin, Türkiyə və Rusiyanın, rəqs və musiqi kollektivləri, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivləri bir-birindən maraqlı və rəngarəng konsert proqramlarını təqdim etdilər.

Musiqi bayramında “Eurovision” mahnı müsabiqəsinin qalib və iştirakçılarının qala-konserti isə festivalın yeniliyi oldu.

TÜRKSOY-a üzv ölkələrin rəssamlarının sərgisi də maraqla izlənildi. Türkdilli ölkələrin milli geyimlərindən ibarət hazırladığı moda sərgi də Azərbaycanda ilk dəfə, məhz bu möhtəşəm musiqi bayramında nümayiş olundu.

Festivalın təşkilat komitəsinin üzvü Dünyamin Xəlilovun sözlərinə görə, böyük zövqlə tərtib olunmuş bir proqram idi: “Burada çox geniş bir palitra vardı. “Eurovision” mahnı müsabiqəsinin iştirakçıları, Azərbaycan Dövlət Opera və Balet Teatrı, mahnı və rəqs ansamblları Rusiyanın San-Peterburq şəhərinin məşhur “Ermitra” simfonik orkestri, Azərbaycan Opera və Balet Teatrının solistləri. Birinci dəfə türkdilli xalqların geyim və musiqi defilesi keçirildi, fikir verirsiniz, palitra nə qədər genişdir. 

Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov festivalın Şəkinin mədəni həyatında çox mühüm hadisə olduğunu dedi: “Bu festival qurtarandan sonra, iyulun 20-də Beynəlxalq Musiqi Festivalı keçiriləcək və sentyabrın 20-də şəhər gününü də biz MDB dövlətlərinin rəqs və musiqi festivalı ilə birgə keçirəcəyik”.

Festivalın bağlanışına 12 dövlətin ölkəmizdəki diplomatları, Avropa Şurasının Bakı ofisinin rəhbəri və digər rəsmi qonaqlar qatılmışdı. 

1 ... 92 93 94 ... 135 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.031335

 

Site by Webcoder