az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Fransada Nizami Gəncəvi sərgisi açılıb
Fransada Nizami Gəncəvi sərgisi açılıb
27.06.14.

Strasburqda, Avropa Şurasının iqamətgahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “XII və XXI əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvi yaradıcılığı (1141-1209)” layihəsi çərçivəsində sərginin açılışı olub.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimində xarici işlər naziri Elmar Məmmədyarov, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizin üzvləri, eyni zamanda, quruma üzv ölkələrin deputatları, təşkilatın rəsmiləri iştirak ediblər.
Sərgidə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov, Şuranın demokratiya üzrə baş direktoru Sinejana Markoviç çıxış ediblər. Onlar Avropa Şurasında Heydər Əliyev Fondu tərəfindən təşkil edilən bu sərginin, eyni zamanda, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində keçirilən tədbirlərin böyük maraqla qarşılandığını vurğulayıblar.
Çıxışlarda Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsinin qorunması, təbliği, dünyada tanıdılması istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Burada böyük şair və filosof Nizami Gəncəvinin yaradıcılığından bəhs edən kitablar, broşürlərlə yanaşı, Azərbaycan xalçaları da nümayiş etdirilir

1 ... 91 92 93 ... 135 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.026834

 

Site by Webcoder