Qarabağ əlilləri ilə bağlı təklif
Qarabağ əlilləri ilə bağlı təklif
 19.03.15.
"Təklif edirəm ki, stajı az olan əlillərə verilən müavinət artırılsın" "Hesab edirəm ki, ötən ildə Azərbaycan hökumətinin fəaliyyəti qənaətbəxş olub. Bununla sosial sahənin inkişafına da şərait yaradılıb”. Bunu Mill Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Milli Məclisin plenar iclasında deyib. Deputat baş nazir Artur Rasizadənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən qeyd edib ki, ölkəmiz bir çox uğurlara imza atıb. Onun sözlərinə görə, baş nazirin hesabatı hərtərəfli hazırlanıb və sosial məsələlər bu məruzədə ətraflı şəkildə təhlil olunub. Musa Quliyev bununla yanaşı, Azərbaycanda olan problemlərə də toxunub: “Əsas problemlərdən biri də Qarabağ əlillərinin pensiya təminatı ilə bağlıdır. Pensiya-sığorta sisteminə keçid zamanı bəzi uyğunsuzluqlar yarandı. Hansı Qarabağa əlilinin 5 illik əmək stajı var idi, onlar pensiya alırdılar. 5 il stajı olmayanalar isə pensiya yox, müavinət alır. Bu müavinət 60 manat məbləğindədir. Təklif edirəm ki, stajı az olan Qarabağ əlillərə də verilən müavinət minimum pensiya həddinə çatdırılsın”. Milli Məclis üzvü ölkədə sosial evlərin tikilməsinin vacibliyini də vurğulayıb. Musa Quliyev orta tibb təhsilində olan problemlər barədə də danışıb: “Orta tibb təhsilli kadrların yetişdirilməsi qənaətbəxş deyil. Dünyanın heç bir yerində orta tibb təhsili ilə bağlı belə bir sistem yoxdur. Xarici ölkələrdə onların bilik və bacarıqları təkmilləşdirilir”.
|