az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Azərbaycanın sürətli inkişafı qaçqın və məcburi köçkünlərin həyatında da özünü büruzə verir
Azərbaycanın sürətli inkişafı qaçqın və məcburi köçkünlərin həyatında da özünü büruzə verir
14.02.15.

 

Azərbaycanın Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov fevralın 13-də Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun ilə görüşüb.

Komitədən AzərTAc-a bildiriblər ki, görüşdə ölkəmizdəki qaçqın və məcburi köçkünlərin ümumi vəziyyəti və gələcək əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Əli Həsənov bildirib ki, iki dost və qardaş ölkənin rəhbərləri və xalqları arasında bu cür münasibətlərin olmasının tarixi kökləri var. “Bu gün dünyada Azərbaycan və Türkiyə qədər yaxın əlaqələrə malik olan başqa dövlət yoxdur”, - deyən Əli Həsənov münasibətlərin məhz həmin tarixi kökə və qardaşlığa söykəndiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu əlaqələrin yüksək səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərləri, ölkələrimizin daim bir-birinin yanında olması mühüm rol oynayır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Baş nazirin müavini bu məsələdə də qardaş Türkiyənin ölkəmizə dəstəyini yüksək qiymətləndirib. Komitə sədri öz havadarlarına arxalanan Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsinin təəssüf doğurduğunu bildirib, bu münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulayıb. Lakin bunlara, eləcə də dünyada cərəyan edən ictimai-siyasi proseslərin gərginliyinə, hökm sürən iqtisadi böhrana baxmayaraq, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi balanslaşdırılmış siyasət nəticəsində ölkəmizdə sürətli inkişaf proseslərinin getdiyini bildirən Baş nazirin müavini Azərbaycanda son illər ərzində güclü iqtisadi inkişaf fonunda sosial durumun xeyli dəyişdiyini, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin kifayət qədər yaxşılaşdığını diqqətə çatdırıb, bu sahədə işlərin indi də uğurla davam etdiyini bildirib.

Əli Həsənov, həmçinin doğmalarının məzarlarını ziyarət etmək məqsədilə Kəlbəcərə gedərkən Ermənistan silahlı qüvvələrinin girov götürdüyü və Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən qondarma ittihamlarla “məhkəmə”yə çəkilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə qardaş Türkiyə tərəfinin biganə qalmadığına və bununla bağlı verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Ermənistanın girovlarımıza qarşı davranışlarının dünyanın gözü qarşısında baş verdiyini diqqətə çatdıran Baş nazirin müavini hər zaman işğalçı Ermənistanın maraqlarını müdafiə edən beynəlxalq qurumların Azərbaycan tərəfinin müraciətlərinə obyektiv cavab verməməsinin təəssüf doğurduğunu deyib.

İsmayıl Alper Coşqun Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əlaqələrin, o cümlədən humanitar əməkdaşlığın inkişafı üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb. O, bundan sonra da mövcud imkanlardan səmərəli istifadə olunacağına əminliyini bildirib, bu baxımdan qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinin böyük önəm daşıdığını qeyd edib.

1 ... 89 90 91 ... 93 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.015893

 

Site by Webcoder