az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

 İkinci  Azərbaycan  Kənd  İnvestisiya  Layihəsinin  uğurlu nəticələri
 İkinci  Azərbaycan  Kənd  İnvestisiya  Layihəsinin  uğurlu nəticələri
12,.02.15.                      

 

Beynəlxalq Maliyyə İnstitutları ilə  Azərbaycan Hökümətinin  birlikdə həyata keçiridiyi  layihələr öz səmərəli nəticələrini göstərməkdədir. Belə  önəmli iqtisadi proqramlardan biri də Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidməti tərəfindən idarə olunan İkinci Azərbaycan  Kənd  İnvestisiya  Layihəsidir (AzKİL-2). 

AzKİL fəaliyyətə  başladığı  ilk  gündən  daim  öz  əməkdaşlarının bacarıqlarının  artıtılması  və  layihələrin  təkmilləşdirilməsi  üçün  oxşar  və  fərqli  layihələrlə  əlaqələr  yaradır,  təcrübə  mübadilələrinin  keçirilməsinə  böyük  üstünlük  verir.  Həm  ölkə  daxilində,  həm  də  xaricdə belə  iş  görüşlərinin  təşkili  nəticəsində  əldə  olunan  təcrübələr  AzKİL  layihələrinin  uğurlarına böyük  təkan  verir.

Azərbaycan  Kənd  İnvestisiya  Layihəsinin ekspertlərinin xarici ölkələrə səfərləri, təcrübə mübadiləsi: 

 Onu da qeyd edək ki,  əvvəlki illərdə Filippin  və  İndoneziyada  keçirilən  təcrübə  mübadiləsi  görüşlərindən  sonra  2014-cü  ilin dekabr ayında  Hindistanda  fəaliyyət  göstərən  Tamil-Nadu  və  Bihar  əyalətlərində  olan  layihələrə təcrübə  mübadiləsi  səfəri  təşkil  olundu.

Layihələrin  məqsədi yoxsul  və  imkansız  insanlara bərabər  imkanlar  yaradılması ,  kəndlərdə  bərabərsizliyin  minimum  səviyyəyə  çatdırılması, gənclər  üçün  iş  yerlərinin  yaradılması  və  peşə  təhsillərinin  verilməsi ,  qadınları  ictimai  və  sosial  həyata  cəlb  etməklə ailələrin  yaşayış  səviyyəsini  yaxşılaşdırmaqdır.

2014 -cü  ildə Hindistanın Çennay  şəhərində  Tamil-Nadu  “ Pudhu-Vaazhu” Layihə İdarəetmə Qrupu işçiləri  ilə  baş  ofisdə  təşkil  olunan  tanışlıq  görüşü  keçirildi. Görüşdə qarşılıqlı  əməkdaşlıq məsələləri müzakirələr olundu.  Yekunda  Tamil- Nadu Layihə İdarəetmə Qrupunun  əməkdaşları  ofisdə  hind  qonaqpərvərliyi  göstərərək  yerli  təamlara  AzKİL  əməkdaşlarını  qonaq  etdilər. Görüş səmimi  əhval - ruhiyyə  ilə  yekunlaşdı.  Görüş  zamanı  AzKİL-ə  aid  broşuralar və təqdimatın  nümunəsi  qonaqlara  təqdim  olundu.

Daha sonra  2014 –cü  il 2  dekabr tarıxində  Pançayat əyalətinin Modikuppam  icmasına  səfər  olundu.  İcmaya daxil  olan  AzKİL  əməkdaşları  yerli  adət-ənənəyə  uyğun  xüsusi  qonaqpərvərliklə  qarşılandı. Layihə  əməkdaşları  isə  icma və  qrup  seçimində  istifadə  etdikləri  bütün  alətlərlə  görüş  iştirakçılarını  tanış  etdilər. 2014-cü  il 3 dekabr tarixdə  isə  Madhanur  icmasına  səfər  olundu. Daha sonra  2014-cü  il  5  dekabr  tarixdə  Patna  şəhərində  JEEVİKA  Layihə İdarəetmə Qrupu ilə  görüş  keçirildi.  Görüşdə  layihə  rəhbəri  və layihənin  bir  neçə  əməkdaşı  iştirak  edirdi. 

Nəhayət, 12 dekabr  2014-cü  il  tarixdə  AzKİL  əməkdaşları  Azərbaycan  səfirliyinə  səfər  etdilər. Görüş  zamanı  Azərbaycan  səfiri , çox  qonaqpərvər  və böyük  bilgilərə  sahib  İbrahim  Hacıyev, səfirliyin  digər  əməkdaşları  ilə  görüşümüz  az  zaman  içərisində  olduğumuz  ölkəni  unutmağa , öz  doğma  vətənimizin  əhval-ruhiyyəsini  hiss  etməyə  imkan  yaratdı.  Görüş  zamanı  Gülbəniz  xanım  AzKİL  barədə  səfirlik  əməkdaşlarına  məlumat verərək ,  hələ  İndoneziyada  da  İbrahim  Hacıyevlə  görüşdüklərini  qeyd  etdi.  Layihə  barədə  geniş  məlumat  alan  səfirimiz  Hindistan  haqqında  maraqlı  faktları  açıqladı.  Hindistanla  barəbər  hal-  hazırda  5 ölkənin  səfiri olan  İbrahim  Hacıyev  və  digər  səfirlik  əməkdaşları qısa  zaman  çərçivəsində  Azərbaycan  qonaqpərvərliyini  bir  daha  göstərdi.  Çox  maraqlı  müzakirələrlə  davam  edən  görüş  vaxtından  xeyli  artıq  davam  etdi.  Sonda  Azərbaycan  bayrağı  fonunda səfirlik əməkdaşları  ilə  şəkil  çəkdirən  qrupumuz  böyük  Hindistanda  yerləşən  kiçik  Azərbaycan  guşəsindən  kiçik  bir  yadigarla  görüşü  bitirdilər.  Qrup  əməkdaşları  səfirlik  tərəfindən  hədiyyələrlə  təltif  olundu.

Hindistan  səfər zəngin fikirlərlə xatirələrimizdə  qaldı.  İcmalara  səfər  zamanı  hələ  sosial  problemlər  içərisində  yaşayan, amma  yaşama  sevgilərini  itirməyən  insanları  gördükcə  onların  gözlərində  olan  maraq  və  ətrafında  gördüyü  yeniliyi  öyrənmə  sevgisi  onların  problemlərə  qalib  gələcəyinə  inandırır. Öz  yaşadıqları ərazidən  başqa  yeri  görmədən  yaşayan  bu  yoxsul  insanlarla  görüşümüz  onların  həyatında  baş  verən  böyük  bir  tarixə  hadisəyə  bənzəyirdi.  Tamil-Nadu  layihəsinin  icmalarında gördüyümüz  gülər  üzlər,  Bihar  layihələrində  isə  gördüyümüz  kədərli  gözlər  uzun illər  yaddaşımızda  izlər  qoydu.

 

1 ... 88 89 90 ... 93 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.015099

 

Site by Webcoder