az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Azərbaycan alimlərinin yazıları xarici jurnalda
Azərbaycan alimlərinin yazıları xarici jurnalda
09.01.15.

Dünya offşor təcrübəsində ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları tərəfindən Xəzər regionunun aktual problemlərindən olan kontrakt sahənin ətraf mühitinə daxili və xarici ekoloji təsirlərin ayrılmasının həlli təklif edilib.

Bu elm müəssisəsinin ekoloji proseslərin modelləşdirilməsi laboratoriyasının rəhbəri, professor R.Qarayev və əməkdaşları N.Sadıqova və X.İmamverdiyevanın həmmüəllifləri olduqları məqalə “Current World Environment” (Thomson ISİ) jurnalında dərc edilib.

“Xəzər dənizində kontrakt sahələrin ekoloji monitorinqi üçün biliklərə əsaslanan sistem” sərlövhəli məqalədə kontrakt sahə operatorunun antropogen təsirinin və xarici çirklənmə mənbələrinin təsirinin diferensasiyası məsələsinin qoyuluşu və həll üsulu təklif olunub. Xarici mənbələr qonşu neft-qaz işləmələri, munisipal, sənaye və kənd təsərrüfatı tullantıları, palçıq vulkanları, dampinqlər ola bilər. Bu məsələ SSRİ-nin süqutu, Xəzər dənizinin qapalı olması, Xəzər şelfində neftqazçıxarma miqyasının böyüməsi, regionda mürəkkəb geopolitik şəraitin mövcudluğu ilə əlaqədar olaraq son dərəcə aktualdır. Dünya offşor təcrübəsində bu məsələnin analoqu yoxdur.

1 ... 85 86 87 ... 93 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.012706

 

Site by Webcoder