az | en | ru

Bu gün: 15 Dekabr 2018, Şənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Əsgərlərimizlə coşqulu görüşlər
Əsgərlərimizlə coşqulu görüşlər
20.03.15.

 

 Martın 19-da QHT və media təmsilçiləri cəbhə bölgəsindəki “N” saylı hərbi hissənin zabit və əsgərlərilə görüşdülər. Xalqımızın milli bayramı-Novruz bayramına həsr edilən tədbiri şair, bədii qiraət ustası Elşən Sabiroğlu və istedadlı müğənni, “Ozan” mükafatı laureatı Zeynəb Məmmədzadə açdı.  
Tədbirdə  “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, Ana harayı” qəzetinin baş redaktoru Şamil Sabiroğlu və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədova, 20 Yanvar Cəmiyyəti sədrinin I müavini, Azərbaycan Respublikasının Prezidenti tərfindən müxtəlif mükafatlara layiq görülmüş Mustafa Əliyev, Respublika “Əsgər Ailəsi” Cəmiyyətinin sədri, ehtiyatda olan baş leytenant, jurnalist Roza Əliqızı (Hüseynova),  “Sosial Rifah və Tədqiqatlar” ictimai birliyinin sədri, “fact-info.az” saytının baş redaktoru Əkrəm Bəydəmirli, “Xebertv.az” saytının rəhbəri,"Ana harayı" qəzetinin şöbə müdiri, müharibə veteranı Əvəz Almədətov, Beyləqan rayonunun tanınmış ziyalılarından biri, “Xocalı Soyqırımını Tanıtma” ictmai birliyinin fəal üzvü Asif Quliyev, “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişaf” ictimai birliyinin sədri Zaur Quliyev və başqaları  çıxış etdilər.
 Əsgərlərimiz qarşısında  şairə Zeynəb Şahidqızı, Dilbər Sultan, Mustafa Əliyev və başqaları Vətənə, torpağa və Azərbaycan əsgərinə həsr olunan şeirlər söylədilər.  Səslənən  musiqi sədaları, milli ruhlu mahnılar  əsgərlərimizlə  coşqulu görüşlər  əsl bayram əhavalı yaşatdı.  

Fact-info.az

 

 

1 ... 1375 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.03117

 

Site by Webcoder