az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Sudan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
Sudan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
19.03.15.

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov martın 18-də Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, sədr Azərbaycanın və Sudanın dost ölkələr olduğunu bildirib. Sudanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyən Oqtay Əsədov qeyd edib ki, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının tarixi 20 ildən çox müddəti əhatə edir.

Siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən Milli Məclisin sədri Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən iqtisadi, humanitar, mədəni sahələrdə Sudanla əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulayıb. Oqtay Əsədov iki ölkə arasında beş sənədin imzalandığını, altı sənədin isə imzalanma mərhələsində olduğunu deyib. Sədr iqtisadiyyat sahəsində də əlaqələri inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin yaxşı əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Oqtay Əsədov Sudanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyinə və bu ölkənin Milli Assambleyasının xarici əlaqələr komitəsinin Xocalıda azərbaycanlılara qarşı törədilmiş faciəni soyqırımı kimi tanıyan sənədi qəbul etdiyinə görə minnətdarlığını bildirib.
Nazir Əli Əhməd Karti Azərbaycana səfərinin, keçirdiyi görüşlərin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyini deyib. O, Sudanın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyəcəyini vurğulayıb.

Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 ... 1372 1373 1374 ... 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.120157

 

Site by Webcoder