az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Azərbaycana dair Kaliforniya Universitetində geniş mühazirə keçirilib
Azərbaycana dair Kaliforniya Universitetində geniş mühazirə keçirilib
18.03.15.

 

Azərbaycana dair Kaliforniya Universitetində geniş mühazirə keçirilib

 Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Kaliforniya Nortridc Ştat Universitetində (California State University, Northdrige) Azərbaycana dair geniş mühazirə ilə çıxış edib.

 Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, universitetin dəvəti ilə gerçəkləşən tədbirdə 120-dən çox tələbə iştirak edib.

 Baş konsul N. Ağayev çıxışında Azərbaycanın zəngin mədəni irsi, keçdiyi tarixi inkişaf yolu və yerləşdiyi coğrafi məkan, eləcə də Azərbaycanın multikultiralizmin mərkəzlərindən biri olması və ölkəmizin qədim tolerantlıq ənənələri barədə danışıb.

 N. Ağayev Azərbaycan torpaqlarının işğalı, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlər barədə danışaraq, bu səpkidə Xocalı soyqırımı haqda tələbələri geniş şəkildə məlumatlandırıb. Baş konsul qeyd edib ki, münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyinin yürütdüyü qeyri-konstruktiv siyasət ilk növbədə Ermənistanın və erməni xalqının özünün gələcəyinə zərbə vurur.

 “Təsadüfi deyil ki, məhz belə ziyanlı, uzaqgörməz siyasət nəticəsində Ermənistan son 24 ildə əhalisinin az qala yarısını itirib, böyük iqtisadi problemlərlə üzləşib və xarici yardımlardan asılı vəziyyətə düşüb”, – deyə diplomat bildirib.

 N. Ağayev münaqişənin həllinin yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasından sonra mümkün olacağını qeyd edib.

 Daha sonra baş konsul Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycanın 90-cı illərdə bir sıra təhlükələrdən xilas olaraq, inkişaf və yüksəliş yoluna qədəm qoyduğunu bildirib. Ötən dövr ərzində prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan mühüm nailiyyətləri qeyd edən diplomat, bu gün Azərbaycanın regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini söyləyib. Baş konsul Azərbaycanın yürütdüyü konstruktiv xarici siyasət barədə danışaraq, ölkəmizin ABŞ, region dövlətləri və ümumilikdə beynəlxalq birlik ilə münasibətləri barədə iştirakçılara məlumat verib. Tədbirin sual-cavab qismində baş konsul tələbələrin müxtəlif səpkili suallarını cavablandırıb

1 ... 1369 1370 1371 ... 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.045977

 

Site by Webcoder