az | en | ru

Bu gün: 15 Dekabr 2018, Şənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Azay Quliyev Azərbaycanın iqtisadi durumunu qiymətləndirdi
Azay Quliyev Azərbaycanın iqtisadi durumunu qiymətləndirdi
18.03.15.

 

Azay Quliyev Azərbaycanın iqtisadi durumunu qiymətləndirdi “Hökumət ötən il iqtisadi artım tempini saxlaya bildi və 3 faizlik artıma nail olundu”.

 Bu barədə millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı deyib.

 Millət vəkili son illər dövlət qarşısında ən mühüm məsələlərdən biri olan qeyri-neft sektorunun inkişafına da toxunub: “Nəhayət ki, 2014-cü ildə ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 60 faizlik limiti keçərək 62 faizə çatdı. Eyni zamanda, büdcədə 30 faiz limit keçildi və 34 faiz büdcə gəlirləri qeyri-neft sektoru hesabına formalaşdı”.

A.Quliyev əlavə edib ki, çox sevindirici haldır ki, Azərbaycanın dövlət rezervləri xarici borclarından 8 dəfə çoxdur: “Bu da çox ciddi makroiqtisadi göstərici hesab oluna bilər. Bu rəqəm bütövlükdə Ermənistanın dövlət rezervlərindən 25 dəfə, Gürcüstanın dövlət rezervlərindən 17 dəfə, Belarusun dövlət rezervlərindən isə 6 dəfə çox olmaqla, hətta neft ölkəsi olan Qazaxıstanı 40 faiz üstələyir”.

 O bildirib ki, əhalinin məmnunluğunu təmin edən son mühüm layihələrdən biri də "ASAN xidmət"dir: “Ötən il 7 "ASAN xidmət" mərkəzi tərəfindən 6,5 milyon vətəndaşa xidmət etmək üçün şərait yaradılıb. Ötən ildə ən vacib məsələlərdən biri də I Avropa Oyunlarına hazırlıq idi. Əminəm ki, hökumət bunun öhdəsindən layiqincə gələ bildi, çoxlu sayda infrastruktur layihələri həyata keçirdi. Bu Oyunlar ölkəmizdə yüksək səviyyədə həyata keçiriləcək”.

 A.Quliyev əlavə edib ki, ötən il kənd təsərrüfatı sahəsində də ciddi nailiyyət əldə edilib.(trend)

1 ... 1368 1369 1370 ... 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.181122

 

Site by Webcoder