az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Ermənilər Xocalıya görə azərbaycanlı rejissoru təhdid etdilər: “Başın ağrıyacaq”
Ermənilər Xocalıya görə azərbaycanlı rejissoru təhdid etdilər: “Başın ağrıyacaq”
17.03.15.

 

İtaliyanın Milan şəhərində Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə keçirilmiş “Xocalıdakı qırmızı mələk” tamaşasının rejissoru Nihad İsayev ermənilər tərəfindən təhdid edilir.

 Bu barədə  rejissorun özü bildirib.(lent.az)

 Onun sözlərinə görə, hələ tamaşadan əvvəl 3 nəfər naməlum şəxs onu izləyirmiş. Amma qətliamla bağlı apardığımız kampaniya, habelə Milan nəqliyyatında avtobuslarda Xocalı genosidiylə bağlı təbliğat posterlərindən sonra izləmə aşkar hala keçdi. N. İsayevin sözlərinə görə, tamaşa nümayiş olunan gün yenə həmin 3 nəfərlə qarşılaşıb: “Onların məni niyə izlədiyini də başa düşmürdüm. Maraqlıdır ki, tamaşadan sonra ermənilər elə teatr binasının qarşısında Azərbaycan əleyhinə vərəqələr paylayırdılar. Bu 3 nəfər isə onlara istiqamət verirdi”.

 Rejissorun dediyinə görə, cümə günü axsam həmin 3 nəfər onu yaşadığı evin yaxınlığında gözləyərək söhbətə çağırıblar. “Məni söhbət etməyə dəvət etdilər. Söhbət əsnasında onlardan biri (özünü Mika kimi təqdim edib) mənə dedi ki, cavan oğlansan, başını hər yerə soxma. Qarabağla bağlı tamaşalar nümayiş etdirib, başını ağrıtma. Mən ona incəsənətlə məşğul olduğumu və bu işi bundan sonra da görəcəyimi dedim. Mika adlı həmin erməninin axırıncı sözü bu oldu ki, bir də bu cür tədbirlər təşkil etsən, başın pis ağrıyacaq”.

 Rejissorun dediyinə görə, artıq baş verənlərlə bağlı Azərbaycanını İtaliyadakı səfirliyinə məlumat verib.  Milanın Porta Romana rayonunun Lodi ərazi polis idarəsinə də müraciət edən Nihad İsayev ərizə yazaraq təhdid olunduğunu bildirib.

1 ... 1367 1368 1369 ... 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.026396

 

Site by Webcoder