az | en | ru

Bu gün: 15 Dekabr 2018, Şənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Əcnəbi QHT “Şuşaya Azadlıq” kampaniyasına qoşuldu
Əcnəbi QHT “Şuşaya Azadlıq” kampaniyasına qoşuldu
17.03.15.

 

 Yunanıstanda fəaliyyət göstərən “Gənclər üçün Üfüq” Qeyri – Hökumət Təşkilatı rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə irəli sürülən və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı tərəfindən aparılan “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasına qoşulması haqqında bəyanat yayıb.

 Bəyanatda deyilir ki, Azərbaycanın qədim şəhərlərindən olan Şuşa şəhəri öz mədəni irs sərvətləri, gözəl təbiəti, zəngin tarixi abidələri ilə yanaşı, çoxşaxəli musiqi mədəniyyəti ilə də bütün regionda tanınıb. Buna görə də Şuşanı “Qafqazın musiqi beşiyi”, “Qafqazın Konservatoriyası” və “Qafqazın cənnəti” adlandırırlar: “Şuşa şəhəri 18-ci əsrin 50-ci illərində Qarabağ xanı Pənah Əli xan tərəfindən salınmış və uzun müddət Qarabağ xanlığının mərkəzi olmuşdur”.

 Şuşa şəhərinin  8 may 1992-ci ildə Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmasını və 23 ildir işğalda saxlandığını təəssüflə bildirən bəyanat müəllifləri 

Şuşa şəhərində işğala qədər 100-lərlə coxsaylı qədim tarixi, mədəni abidələr, qalalar, körpülər, məscidlər, ziyarətgahlar, məqbərələr, muzeylər, məktəblər, kitabxanalar və digər mədəni mərkəzlər olduğunu da xatırladıblar. 

 Bəyanatda daha sonra deyilir: “Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər.

 “Şəhərin tarixi” muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına,  “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

1 ... 1366 1367 1368 ... 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.01875

 

Site by Webcoder