az | en | ru

Bu gün: 15 Dekabr 2018, Şənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Qarabağı almağa çox az qalıb
Qarabağı almağa çox az qalıb
13.03.15.

 

İlham Əliyev: Güclü siyasi mövqelərimiz hər gün bizim qələbəmizi yaxınlaşdırır

"Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, biz buna nail olmaq üçün daha da güclü olmalıyıq". 

Bu barədə bu gün Bərdə şəhərinə səfəri çərçivəsində “ASAN Xidmət” mərkəzinin açılışından sonra rayon ictimaiyyəti ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bütün beynəlxalq hüquq normalarının Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edib: “Tarixi ədalət də bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi dəstəkləyir. Dünən Pakistan prezidenti ilə imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməsi məsələsi öz əksini tapıb. Bu ayın əvvəlində mən Bolqarıstanda oldum, orada da strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Həmin bəyannamədə də eyni cümlələr öz əksini tapıb”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsas şərtdir: “Əgər bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunsaydı, çoxdan həll olunardı. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, qətnamələri icra etmir, belə olan halda biz ancaq öz gücümüzə güvənməliyik, və güvənirik. Ordu quruculuğu, güclü iqtisadiyyat, güclü siyasi mövqelərimiz hər gün bizim qələbəmizi yaxınlaşdırır”.

Dövlət başçısı qeyd edib ki, təmas xəttində son aylar ərzində Azərbaycan tam şəkildə üstünlüyünü təmin edib: “Bizim orduda xidmət edən gənclərimiz vətəni ləyaqətlə qoruyurlar və düşmənə çox güclü zərbələr vururlar. Belə də olmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlib. Cəmiyyətdə müşahidə olunan həmrəylik, səfərbərlik bizim qələbəmizi şərtləndirən amillərdən biridir, iqtisadi və hərbi gücüdür. Biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. “Asan Xidmət”i biz Şuşada da yaradacağıq”.

1 ... 1364 1365 1366 ... 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.033449

 

Site by Webcoder