az | en | ru

Bu gün: 15 Dekabr 2018, Şənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

“Azərbaycan tarixi üçün çox əhəmiyyətli mədəniyyət nümunələri aşkarlanıb”
“Azərbaycan tarixi üçün çox əhəmiyyətli mədəniyyət nümunələri aşkarlanıb”
12.03.15.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ötən ilin yayında aparılan qazıntılar nəticəsində Azərbaycan tarixi üçün dəyərli olan bir çox maddi-mədəniyyət nümunələrini aşkar edib.

Modern.az xəbər verir ki,  son illərdə yaz və yay aylarında aparılan arxeoloji qazıntılar Azərbaycan tarixinə zənginlik gətirmək gücündə olsa da, əsas iş, yəni Azərbaycanın müxtəlif ərazilərində aşkarlanan həmin qazıntıların dünya miqyasında tanıdılması və onların təbliği problemi hələ də qalır.

Fact-info.az-ın məlumatına  görə İnstitutun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibov Modern.az-a açıqlamasında hazırda dünyada tapılan arxeoloji qazıntıları rəsmi olaraq qeydə alan və onu hansısa bir dövlətin adına patentləşdirən, bununla da onun qədimliyini müəyyən edən bir qurumun olmadığını bildirib. Lakin onu da qeyd edib ki, onlar Azərbaycan ərazisində aşkarladıqları maddi nümunələr haqqında beynəlxalq elmi jurnallarda, elmi konfranslarda çıxış etməklə bir növ onları öz adlarına rəsmiləşdirirlər.

Qazıntı zamanı meydana çıxan nümunələrin yaşını öyrənmək üçün isə xaricə  müraciət etməli olurlar:

“Xaricdəki radio-karbon analizlər nəticəsində abidənin yaşını müəyyən etmək olur. Radio-karbon analizlər orqonik qalıqlar,  yəni ağac parçası, daş, kömür qırıqları əsasında aparılır və abidənin yaşı müəyyən edilir”.

Direktor müavini son iki ildə ayrı-ayrı bölgələrdə xeyli sayda qazıntı nümunələri aşkarladıqlarını da qeyd edib. Onun fikrincə, həmin maddi-mədəniyyət nümunələri Azərbaycan tarixi üçün çox mühüm rol oynayır:

“Son illərdə aşkarlanan qazıntılar təbii ki, çoxdur. Onların hamısının adını sadalamaq çətindir. Yaxud hansınınsa adını çəkmək, hansının isə adını çəkməmək də doğru olmazdı. Çünki bütün arxeoloji qazıntılar tariximiz, mədəniyyətimiz və elmimiz üçün dəyərlidir. Həm də onların hər biri çətin araşdırmaların nəticəsində meydana gəlir. Amma onları etaplar, yəni, tarixi dövrlər üzrə nəzərdən keçirərək sadalamaq mümkündür:

Daş dövrünə aid Mingəçevir, Balakən, Qax, Zaqatala ərazilərində maddi-mədəniyyət nümunələri tapılıb. Orada ibtidai insanlara aid qədim yaşayış məskənlərinə rast gəlinib. Mingəçevir ətrafında tapılan məskənlərin yaşı təxminən təxminən 500 min il bundan əvvələ aiddir. Qax və Baləkən zonalarında tapılan arxeoloji qazıntıların da yaşı bu qədərdir. Daş dövrünə aid son iki ildə bu araşdırmalar aparılıb. Amma təkcə daş dövrü deyil, həmçinin neoloit, Eneolit dövrlərə aid də arxeoloji tapıntılarımız var.Sonrakı mərəhələlərlə bağlı qazıntı işləri isə Ağstafa və Tovuz rayonlarında aparılıb. Orada qədim azərbaycanlıların istehsal mədəniyyətinə aid maddi-mədəniyyət nümunələri aşkar edilib. Bu bizim üçün çox dəyərli nümunələrdir. Qəbələdə silsilə şəkilndə aparılıan qazıntı işləri də çox mühüm hadisələrdəndir. Orada da istehsal mədəniyyəti və ondan sonrakı dövr araşdırlıb. Eramızdan əvvəl IV minillyə aid olan maddi-məəniyyət nümunələri də qəbələdə aşka edilib. Bu qazıntılar zamanı Mesopatamiya, Şumer, Akkad mədəniyyət izlərinin bizim yerlərə də gəlib çatdığını görə bilərik. Tunc dövrünə aid olan nümunələr isə Qarabağ, Şimal Şərqi Azərbaycan, Gəncə-Qazax zonalarında rast gəlinib. Qəbələ-Şəmkir və Şabranda aparılan qazıntılar şəhər mədəniyyətini özündə əks etdirir”. 

Fəlsəfə doktoru tarixi Cənubi Azərbaycan ərazisində hər hansı qazıntı-ekspedisiya işlərinin aparıb-aparılmadığı barəsindəki suala isə belə cavab verib:

“Hazırda həmin tarixi ərazilər rəsmən bizim səlahiyyətimizdə yox, ayrı bir dövlətin səlahiyyətindədir. Biz yalnız ortaq layihə əsasında həmin ərazilərdə qazıntı işləri apara bilərik. Başqa bir dövlət də bizim ərazimizdə gəlib qazıntı aparmaq hüququna malik deyil. Bizim onlarla yalnız ortaq layihələrimiz ola bilər. Məsələn, biz Qəbələ və başqa ərazilərdə almanlar, yaponlar, amerikalılar, koreyalılar və digərləri ilə bərabər qazıntı işləri aparmışıq”

1 ... 1361 1362 1363 ... 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.046922

 

Site by Webcoder