az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Əcnəbi media Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurulmuş ziyan barədə yazır
Əcnəbi media Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurulmuş ziyan barədə yazır
10.03.15.

 

 Erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ regionunun işğal edilməsi nəticəsində Azərbaycanın üzləşdiyi itkilərin və ona vurulmuş ziyanın qiymətləndirilməsi üzrə Azərbaycanın İşçi Qrupu dünya birliyinin diqqətini bu məsələyə cəlb etmək məqsədilə beynəlxalq təsisatlara sənədli faktlar təqdim etmək üçün məruzə hazırlayır.

Bu məruzə haqda Misirin populyar “Almesryoon” elektron qəzetində dərc edilmiş məqalədə vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə küçən il yaradılmış İşçi Qrupa müxtəlif sahələrin mütəxəssisləri daxildir. Ekspertlərin işi başa çatandan sonra İşçi Qrupun məruzəsi əvvəlcə ölkə Prezidentinə təqdim olunacaq, sonra isə beynəlxalq təşkilatlara göndəriləcək.

Materialda qeyd edilir ki, İşçi Qrup tərəfindən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə Bakıda təşkil edilən “İşğal edilmiş torpaqlardakı abidələr: vurulmuş ziyanın qiymətləndirilməsi” mövzusunda konfransda İşçi Qrupun rəhbəri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı çıxış edib.

X.Kazımlı bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində bu günə qədər rəsmən qeydiyyata alınmış 901 tarix və mədəniyyət abidəsi - müsəlmanların müqəddəs ziyarətgahları, məscidlər, qalalar, məbədlər, körpülər, heykəllər vardır. Ermənilər bu abidələrin çoxunu ya tamamilə dağıdıb, ya da onlara ciddi ziyan vurublar. İşçi Qrupun rəhbərinin sözlərinə görə, ən çox ziyan çəkən müsəlman ziyarətgahları və mədəni abidələr olub. Həmin ərazilərdəki 67 məsciddən 63-ü işğalçı erməni silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb, 4 məscidə ciddi ziyan vurulub (onların yalnız divarları salamat qalıb) və yalnız beynəlxalq təşkilatların bu məsələyə müdaxiləsi sayəsində həmin 4 məscidin qalıqları xilas edilib.

Materialın sonunda qeyd edilir ki, Azərbaycanın əzəli ərazisi olan Dağlıq Qarabağ 1992-ci ildə Ermənistan tərəfindən işğal edilib. Ermənistanla Azərbaycan arasında bu münaqişə Sovet İttifaqı dağılandan sonra başlanıb. O vaxt separatçı ermənilər Ermənistanın dəstəyinə arxalanaraq Dağlıq Qarabağ regionunu ələ keçiriblər. Vurğulanır ki, 30 min insan bu münaqişənin qurbanı olub və münaqişənin tənzimlənməsinə dair aparılan danışıqlara baxmayaraq 1994-cü ildən bəri təmas xəttində atışmalar baş verir və hərbi əməliyyatların yenidən başlanması təhlükəsi hələ də qalır.

1 ... 1359 1360 1361 ... 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.082379

 

Site by Webcoder