az | en | ru

Bu gün: 15 Dekabr 2018, Şənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Azərbaycanın ABŞ-dakı səfiri Ermənistanı öz xalqının müstəqilliyi haqqında düşünməyə çağırıb
Azərbaycanın ABŞ-dakı səfiri Ermənistanı öz xalqının müstəqilliyi haqqında düşünməyə çağırıb
10.03.15.

ABŞ-da nəşr olunan “Tribune Review” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun müsahibəsini dərc edib.

Müəllif Salena Zito E.Süleymanovdan sitat gətirərək yazır ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi işğal olunub. Səfir deyib: “Birləşmiş Ştatlar separatizmin və ekstremizmin hər hansı formada təzahürünün pislənilməsi üzrə aydın, ardıcıl və təsirli siyasəti yürütməli, beynəlxalq sərhədlərin zorakılıq yolu ilə dəyişdirilməsini rədd etməlidir”.
Onun sözlərinə görə, Azərbaycan həmişə Vaşinqtonun dostu olub və regionda sabitliyin bərpasında ABŞ-ın dəstəyinə güvənir.
Vurğulanır ki, “Amnesty International” hüquq-müdafiə təşkilatının və BMT-nin Qaçqınların İşləri üzrə Agentliyinin məlumatlarına əsasən, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində təxminən 600 min azərbaycanlı doğma evlərindən qovulub. Həmçinin qeyd edilir ki, ABŞ Konqresində Azərbaycan ilə əlaqələr üzrə işçi qrupunun Pensilvaniyadan olan həmsədri Bill Şuster ABŞ hökumətinə müraciətlə Azərbaycan kimi strateji müttəfiqlə sıx əlaqələrin əhəmiyyətini vurğulayır və bu əlaqələri gələcəkdə də dəstəkləməyə çağırır.
Səfir öz müsahibəsində bildirib ki, Azərbaycan çiçəklənən ölkə kimi, öz pullarını düşünülmüş şəkildə xərcləyir, qonşu ölkələrin də cəlb edildiyi layihələrə sərmayələr qoyur. Azərbaycan regionda Ermənistanla da tərəfdaşlıq edə bilər, bu ölkəyə də investisiya qoyuluşlarını həyata keçirə bilərdi. Lakin Ermənistan başqa yol seçməklə özünü regional layihələrdən təcrid edir və öz xalqının müstəqilliyini məhdudlaşdırır.

1 ... 1358 1359 1360 ... 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.090626

 

Site by Webcoder