az | en | ru

Bu gün: 15 Dekabr 2018, Şənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Azərbaycan Müdafiə Nazirliyi erməni valideynlərə müraciət edib
Azərbaycan Müdafiə Nazirliyi erməni valideynlərə müraciət edib
05.03.15.

 

Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın bəyanatı vicdanını və şərəfini günahsız dinc insanların qanı ilə ləkələmiş cəlladın növbəti uydurmasıdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Xocalıda, digər işğal olunmuş Azərbaycan ərazilərində mülki əhaliyə, o cümlədən körpələrə, qadınlara və ahıllara divan tutan bir şəxsin, öz torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşən Azərbaycan xalqını təhqir edərək insaniyyətdən danışmağa mənəvi haqqı və hüququ yoxdur: 

“Yüzlərlə uşaqları qanına qəltan edən bir cani və varvar valideyn olaraq öz övladlarının və Azərbaycanın işğal olunmuş ərazilərində nahaq yerə məhv edilən, yaralanaraq şikəst olan ermənilərin uşaqları və yaxınlarının gözünə baxa bilirsə, bu onun psixi cəhətdən anormal olmasını açıq-aydın sübut edir. Bu gün və illərdir S.Ohanyanın və cinayətkar erməni rəhbərliyinin ağlasığmaz təkəbbürünün əvəzini erməni xalqı hər gün qapılarına gətirilən tabutlarla ödəyir.

Biz erməni valideynlərə müraciət edərək övladlarını mənasız xəyallar uğrunda ölümə yollamamağa çağırırıq. Çünki son erməni işğalçısı Azərbaycan torpaqlarını tərk edən günədək siz bundan da ağır və sarsıdıcı itkilərlə qarşılaşacaqsınız”. 

Qeyd edək ki, fevralın 28-də işğal edilmiş ərazilərdə Azərbaycan Ordusu tərəfindən məhv edilmiş erməni hərbçilərinin martın 3-də keçirilən dəfn mərasimində çıxış edən Ermənistanın Müdafiə naziri Seyran Ohanyan Azərbaycanın ünvanına hədə-qorxu və təhqirəmiz ifadələrlə dolu fikirlər söyləyib.

1 ... 1356 1357 1358 ... 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.020647

 

Site by Webcoder