az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Əli Həsənov: “Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirir”
Əli Həsənov: “Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirir”
03.03.15.

 

“Çox təəssüf edirik ki, Ermənistan qeyri-konstruktiv mövqeyini, beynəlxalq hüquq normalarına meydan oxumağı davam etdirir.

Bu ölkə faktiki olaraq beynəlxalq hüquq normalarının bütün prinsiplərini pozur və açıq-aşkar bu mövqeyini dünyaya çatdırır”.

 Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ermənistanın girov götürülmüş azərbaycanlılarla bağlı mövqeyinə münasibət bildirərkən deyib.

 Əli Həsənov qeyd edib ki, dünyada ikili standartların hökm sürdüyü belə bir zamanda Ermənistanın bu addımları cavabsız qalır. “Amma biz Azərbaycan dövləti olaraq Ermənistanı, o cümlədən onun arxalandığı bəzi dairələri xəbərdar edirik ki, bu tipli bəyanatlarla, bu tipli təfəkkürlə, bu tipli siyasi dünyagörüşü ilə dövlət qurmaq, dövləti idarə etmək olmaz. Əgər Ermənistan dövləti sözün həqiqi mənasında beynəlxalq hüquq normalarına azca da hörmətlə yanaşırsa, heç olmasa öz xalqının maraqlarını nəzərə alsın. Ermənistan xalqını öz ekstremist fəaliyyətinin girovuna çevirib qonşulara ərazi iddiaları üzərində meydan oxumaq bu dövlətin gələcəyini şübhə altına qoyur”.

1 ... 1355 1356 1357 ... 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.040515

 

Site by Webcoder