az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

İsveç parlamentinin deputatları Azərbaycan həqiqətləri barədə məlumatlandırılıbl
İsveç parlamentinin deputatları Azərbaycan həqiqətləri barədə məlumatlandırılıbl
03.03.15.

 

İsveçdə fəaliyyət göstərən “Azərbaycan naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrand bu ölkənin parlamentinin deputatları, ziyalılar, KİV nümayəndələri ilə görüşüb.

N.Hollenbrand Azərbaycan həqiqətləri haqqında məlumat verib. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, zəbt edilmiş torpaqlarda etnik təmizləmə siyasəti aparması və 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması barədə faktları görüş iştirakçılarının diqqətinə çatdırıb.

N. Hollenbrand Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə başlayan Qarabağ müharibəsinin dəhşətləri və bu müharibənin ən qanlı hadisəsi, bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımından bəhs edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini bir gecədə yer üzündən silməsi, yüzlərlə insanı işgəncələrlə qətlə yetirməsi barədə danışan cəmiyyətin rəhbəri artıq dünyanın bir sıra ölkələrinin bu faciəni soyqırımı kimi tanıdığını vurğulayıb. O, İsveç parlamentini də Xocalı soyqırımını tanımağa çağırıb, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı narahatlığı diqqətə çatdırıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb. Görüş iştirakçıları ölkəmizin iqtisadi inkişafını, son illərdə Bakının bir sıra genişmiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsini xüsusi vurğulayıblar.

1 ... 1354 1355 1356 ... 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.035412

 

Site by Webcoder