az | en | ru

Bu gün: 15 Dekabr 2018, Şənbə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Leyla Əliyeva Xocalını Moskvada andı
Leyla Əliyeva Xocalını Moskvada andı
03.03.15.

 

Moskvada Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

ANS PRESS-in buro247.az-a istinadən verdiyi məlumata görə, tədbir "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, Rusiya-Azərbaycan Gənclər Təşkilatı (AMOR) və Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təşkil edilib.

Tədbirdə çıxış edən Leyla Əliyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatlarından, baş verdiyi şəraitdən və fəsadlarından danışıb. Leyla Əliyeva Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq, son illər bu hadisənin qlobal səviyyədə tanınması istiqamətində səylərin artmasını, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunmasını təqdirəlayiq hal adlandırıb. O, həmçinin iştirakçılara "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər haqda məlumat verib.

Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu da çıxış edib. Diplomat diqqəti Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə, inkişafa mənfi təsirinə, eləcə də regionda sülh və təhlükəsizliyin təmin edilməsinə yönəldib.

Tədbir zamanı Azərbaycanın və Rusiyanın tanınmış musiqiçilərinin - Alim Qasımov, Fərqanə Qasımova, Fərhad Bədəlbəyli, Dimitri Yablonski və Rain Sultanovun ifasında Xocalıya həsr olunmuş muğam və etno-caz janrında musiqi parçaları səslənib, işğal altında olan ərazilərə və Xocalı soyqırımına aid videomateriallar təqdim edilib.

Tədbirdə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində nəşr olunmuş yeni toplunun rus dilində buraxılışının təqdimatı da keçirilib. Tədbir çərçivəsində Leyla Əliyeva Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş gənclərlə görüşüb. Daha sonra azərbaycanlı və rusiyalı uşaqların Xocalı soyqırımı ilə bağlı rəsmlərinin sərgisi ilə tanışlıq olub. 

1 ... 1353 1354 1355 ... 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.035439

 

Site by Webcoder