az | en | ru

Bu gün: 22 Oktyabr 2018, Bazar ertəsi                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Bir boy, bir soy, bir soyqırım...
Bir boy, bir soy, bir soyqırım...
02.03.15.

 

Fevral təqvimin ən qısa ayıdır. 28, uzağı 29 gün çəkir. Amma 1992-ci ilin fevral ayı Azərbaycan üçün ən uzun ayı kimi bəlkə də heç vaxt bitməyəcək.

Bu il Xocalıya ədalət çağırışları daha geniş arenaya səs saldı. Açıq söyləmək lazımdır ki, Xocalı ilə bağlı həqiqətləri çatdırmaq üçün görülən işlər, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, nümayəndəlikləri daxilində baş tutan tədbirlər çərçivəsini aşdı. Və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Paris, London, Nyu-Yorkun, Vaşiqtonun küçələrində, Ağ evin qarşısında ədalət axtarışı ilə aksiyalar, yürüşlər təşkil edildi. İnsanların sıx olduğu yerlərdə, metro, avtobus, binaların üzərində Xocalı ilə bağlı statistik məlumatları əks etdirən bannerlər, Azərbaycana qarşı Bəşər faciəsi başlıqlı görüntülər yayımlandı. 

Ən irimiqyaslı tədbirlər bu dəfə də Türkiyənin ayrı-ayı şəhərlərində baş tutdu. Taksim meydanında məktəblilər fləşmob keçirdilər.

Türkiyənin ayrı-ayrı şəhərlərində erməni vəhşiliklərini pisləyən, çoxminlik aksiya və yürüşlər keçirildi. Bu il türklərin Xocalıya diqqəti həmişəkindən daha artıq oldu. Ermənilər apreldə qondarma soyqırımın 100 illiyini qeyd etməyə aktiv hazırlaşırlar. Türkiyə də qarşıda ona dəyəcək zərbələrin fərqindədir. Rəsmi Ankara bu zərbələri qabaqlamaq istəyir və bunun yolların da biri azərbaycanlılara qarşı Xocalıda törədilmiş soyqırımın qabardılmasıdır. Bu baxımdan Türk-Azərbaycan Diasporunun birlik nümayişi, bu günlərdə Türkiyə prezidenti RəcəbTayyib Ərdoğanın Xocalı şəhidlərini anması təsadüfi deyildi.

“1992-ci ildə qətlə məruz qalan qardaşlarımız yandırılaraq, gözləri oyularaq, başları kəsilərək vəhşicəsinə öldürülüblər”.

Hətta Türkiyə Böyük Millət Məclisində CHP, MHP, AKP-li millət vəkillərinin iclasa əllərində qərənfil, Türk-Azərbaycan bayraqları ilə qatılması da Türkiyənin Xocalı soyqırımını öz faciəsi kimi qəbul etməsi və dünyaya mesajlar çatdırmasının bir nişanəsi idi.

“Təəssüflər olsun ki, dünya buna göz yumur. Soyqırıma məruz qalan, məcburən öz doğma torpaqlarından didərgin salınan bir milyon azərbaycanlı türklərin səsi diqqətə alınmır”, - deyə millət vəkili Rəşad Doğru bildirib.

Hesab edilir ki, iqtidarlı-müxalifətli türkiyəli millət vəkillərinin Xocalı soyqırımına şərik olması, hətta 26 fevralın Türkiyədə də soyqırım günü kimi qeyd olunması təklifi də tədbirlərin bir hissəsidir. Türklər yaxşı anlayır ki, güclü lobbinin dəstəyilə ermənilər Birləşmiş Ştatlarda qurama soyqırıma abidə qoymağa imkan tapıblarsa və dünya liderlərini İrəvana toplamaq üçün dəridən-qabıqdan çıxırlarsa, türklər də buna mütləq qarşılıq verməlidir. Elə azərbaycanlı millət vəkilləri, həmçinin spiker də soyqırımı məsələsində türk-azərbaycan birliyindən söz açması bu ərəfəyə təsadüf etdi.

Millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, qondarma erməni soyqırımının yalan olmasını dünyaya sübut etdirə biləcək yeganə bir hadisə Xocalı soyqırımıdır.

Milli Məclisin spikeri Oqtay Əsədov: “Onlar başa düşürlər ki, qarşıdan Çanaqqalanın 100 illiyi gəlir. Yəni biz işlərimizi bu istiqamətdə aprel ayına kimi çox güclü şəkildə aparmalıyıq”.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun da Bakıya səfəri Xocalının ildönümünə təsadüf etdi. O, Azərbaycan prezidenti, dövlət və hökumət rəsmilərilə birgə “Ana harayı” abidəsi önündə soyqırım qurbanlarını yad etdi.

Türkün Türkdən başqa dostu yoxdu! misalı əbəs yerə deyilməyib. Rəsmi Ankara türk dövlətlərini bir yerə toplamaq və ermənilərin qondarma soyqırımı qeyd edəcəyi günlərdə Çanaqqalada möhtəşəm türk marşı keçirmək arzusundadır. Türk dövlətlərini bir yerdə toplamaqda isə Ankara Bakıya böyük ümidlər bəsləyir. Çünki Rəcəb Tayyib Ərdoğandan fərqli olaraq İlham Əliyev postsovet məkanında yerləşən bir çox türk dövlətlərilə onların dilində danışmağı bacarır.
ANS TV

1 ... 1351 1352 1353 ... 1376 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.044232

 

Site by Webcoder