Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 8 Dekabr 2019, Bazar                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Məcburi köçkünlərin köçürülməsi prosesi başa çatıb
Məcburi köçkünlərin köçürülməsi prosesi başa çatıb
27.12.2013.
 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş Əlavələrə uyğun olaraq ötən illər ərzində məcburi köçkün soydaşlarımızın məşğulluq və digər sosial problemlərinin həlli, yaşayış səviyyəsinin yüksəldilməsi, xüsusilə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlərin icrası uğurla davam etdirilmiş və bu gün də davam etdirilməkdədir.
Müxtəlif ərazilərdə bütün sosial-texniki infrastrukturu ilə birlikdə yeni-yeni qəsəbələr salınmış, hündür mərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Qeyd olunan sahədə işlər bu gün də müvəffəqiyyətlə davam etdirilir. Bunlar isə özlüyündə bir daha sübut edir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli həmişəki kimi, bu gün də dövlətin, xüsusilə Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahələrdəndir.
Ümumilikdə götürdükdə yeni qəsəbələrin salınması, orada məskunlaşdırılması nəzərdə tutulan soydaşlarımızın bu yaşayış sahələrinə köçürülməsi, paytaxtdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər üçün hündür mərtəbəli yaşayış binaları kompleksinin tikintisi və ilk növbədə, şəraiti daha ağır olan yataqxanaların boşaldılması və digər məsələlər Dövlət Proqramının və ona edilmiş Əlavələrin müvafiq maddələrinə uyğun və mərhələli şəkildə həyata keçirilir.
İmişli rayonu ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş qəsəbə də Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına 2007-ci il 31 oktyabr tarixli Sərəncamla təsdiq edilmiş Əlavələrin müvafiq bəndinə əsasən inşa olunmuşdur.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilmişdir ki, həmin ərazidə 550 evdən ibarət qəsəbədə ilkin mərhələdə 325 ailə üçün inşa edilən məhəllənin hələ ötən il noyabrın 14-də açılış mərasimi keçirilmiş və Dövlətqaçqınkomun Repatriasiya Departamenti tərəfindən qısa müddət ərzində həmin qəsəbəyə köçürülməsi nəzərdə tutulmuş məcburi köçkün soydaşlarımız yeni mənzillərə köçürülmüşdür.
Bu günlərdə isə ikinci mərhələdə tikintisi nəzərdə tutulmuş 225 ailəlik qəsəbənin inşası başa çatdırıldıqdan sonra İmişli rayonu ərazisindəki fin tipli qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərin yeni qəsəbədəki mənzillərə köçürülməsi başa çatdırılmışdır.
Ümumilikdə 100 hektar sahəni əhatə edən bu qəsəbənin ərazisində də digər yerlərdə olduğu kimi, müasir standartlara tam cavab verən 360 yerlik yaraşıqlı məktəb binası, digər zəruri obyektlər tikilmişdir.

1 ... 1038 1039 1040 ... 1074 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.006248

 

Site by Webcoder