Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 8 Dekabr 2019, Bazar                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

 Azərbaycan müəlliflərinin əlyazmaları Mərkəzi  Asiya kitabxanalarında
 Azərbaycan müəlliflərinin əlyazmaları Mərkəzi  Asiya kitabxanalarında
24.12.2013.


 Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nadir kitablar və kitabxana muzeyi şöbəsinin müdiri Səidə Abdullayeva, şöbənin elmi işçisi Aygün Hacıyeva və elektron resursların yaradılması şöbəsinin redaktoru Aytən Məhərrəmova Özbəkistanda olublar.
Azərbaycan Milli Kitabxanasının əməkdaşları qədim Azərbaycan daşbasmalarının və əlyazmalarının axtarılması, onların elektron versiyalarının hazırlanması və Vətənə qaytarılması məqsədi ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası, həmçinin Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunun elmi kitabxanasında Azərbaycan elminə, mədəniyyətinə dair kitablarla və klassik müəlliflərimizin əsərləri ilə maraqlanmışlar.
Səidə Abdullayeva AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində bildirmişdir ki, Özbəkistanın kitabxanaları Azərbaycan müəlliflərinin daşbasmaları və əlyazmaları ilə zəngindir. Biz işlədiyimiz iki kitabxanadan başqa, Özbəkistan Elmlər Akademiyasının Elmi Kitabxanasında, Səmərqənd və Buxaranın kitabxanalarında da alim və şairlərimizin çoxsaylı əsərləri vardır. Müvafiq kitabxanalardan Azərbaycana aid əsərlərin böyük bir siyahısını da tutmuşuq.
Səidə Abdullayevanın sözlərinə görə, Şərqşünaslıq İnstitutunun kitabxanasından Nizami Gəncəvinin 1848-ci və 1880-ci illərdə farsca olan Bombey nəşri, Məhəmməd Füzulinin 1884 və 1900-cü ildə Daşkəndə bir kitabda yer almış “Divan”ı və “Leyli və Məcnun” poeması, Saib Təbrizinin 1873-cü ildə Konpurda çap olunmuş “Divani-Saib” və digər kitabların elektron versiyalarını özümüzlə aparırıq. Əminəm ki, Özbəkistanın kitabxanalarında olan Azərbaycan daşbasmaları və əlyazmalarının elektron versiyalarının Vətənə aparılması istiqamətində dövlət səviyyəsində iş aparılacaq və əsərlər Azərbaycanda tədqiqata cəlb olunacaqdır.

1 ... 1026 1027 1028 ... 1074 A

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007669

 

Site by Webcoder