Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 22 Avqust 2019, Cümə axşamı                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Erməni işğalının nəticələri
Erməni işğalının nəticələri
Ermənistan işğalçı müharibə nəticəsində Azərbaycanın 360 km-lik  sərhəddini pozmuş, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 kilometrlik Azərbaycan-İran sərhəddini nəzarət altına almışdır. Erməni işğalı nəticəsində Dağlıq Qarabağın 57 yaşayış məntəqəsində yaşayan 50 minədək azərbaycanlı öz yurdlarından qovulub çıxarılmışdır. Dağlıq Qarabağın ətrafında isə 7 rayon işğal edilmişdir. Erməni işğalçıları Ermənistandan, Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan 1 milyonadək Azərbaycan türkünü didərgin salmış, qaçqın və məcburi köçkünə çevirmişlər. İşğalçı Ermənistan müharibənin gedişində 890 şəhər, kənd və qəsəbəni, 102 min yaşayış evini, 7 min ictimai binanı, 693 ümumtəhsil məktəbini, 695 səhiyyə ocağını, 800 km uzunluğunda avtomobil yollarını, 160 körpünü, 23000 km-lik su kəmərini, 156 min ha əkin sahəsini, 464 tarixi abidə və muzeyləri zəbt etmiş, yandırmış, dağıtmışdır. Bundan başqa, Azərbaycanın civə, obsidan və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materilallarının 35-60 faizi, meşə fondunun 23,8 faizi, su ehtiyatlarının 7,8 faizi və s. işğal olunmuş ərazilərdə qalmışdır. Orada həmçinin 2 qoruq, 3 yasaqlıq, 3 iri su anbarı da yerləşir. İlkin hesablamalara görə, müharibə nəticəsində Azərbaycana 60 milyard ABŞ dolları həcmində zərər dəymişdir. 

Ermənistan işğalçı müharibə nəticəsində Azərbaycanın 360 km-lik  sərhəddini pozmuş, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 kilometrlik Azərbaycan-İran sərhəddini nəzarət altına almışdır. Erməni işğalı nəticəsində Dağlıq Qarabağın 57 yaşayış məntəqəsində yaşayan 50 minədək azərbaycanlı öz yurdlarından qovulub çıxarılmışdır. Dağlıq Qarabağın ətrafında isə 7 rayon işğal edilmişdir. Erməni işğalçıları Ermənistandan, Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan 1 milyonadək Azərbaycan türkünü didərgin salmış, qaçqın və məcburi köçkünə çevirmişlər. İşğalçı Ermənistan müharibənin gedişində 890 şəhər, kənd və qəsəbəni, 102 min yaşayış evini, 7 min ictimai binanı, 693 ümumtəhsil məktəbini, 695 səhiyyə ocağını, 800 km uzunluğunda avtomobil yollarını, 160 körpünü, 23000 km-lik su kəmərini, 156 min ha əkin sahəsini, 464 tarixi abidə və muzeyləri zəbt etmiş, yandırmış, dağıtmışdır. Bundan başqa, Azərbaycanın civə, obsidan və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materilallarının 35-60 faizi, meşə fondunun 23,8 faizi, su ehtiyatlarının 7,8 faizi və s. işğal olunmuş ərazilərdə qalmışdır. Orada həmçinin 2 qoruq, 3 yasaqlıq, 3 iri su anbarı da yerləşir. İlkin hesablamalara görə, müharibə nəticəsində Azərbaycana 60 milyard ABŞ dolları həcmində zərər dəymişdir. 

Ermənistan atəşkəsdən istifadə edərək, Dağlıq Qarabağ və ətraf rayonlarda işğalçı rejimi gücləndirməyə çalışır, bölgənin sərvətlərini vəhşicəsinə talayır. Rəsmi statistikaya görə, 1989-cu ildə Dağlıq Qarabağda 189 min nəfər, o cümlədən, 145,5 min nəfər (76,9%) erməni, 40,6 min nəfər (21,5%) azərbaycanlı və digər millətlərin nümayəndələri yaşayırdı. 2007-ci ilin əvvəlinə olan erməni məlumatlarına görə isə, orada 137 min nəfər əhali yaşayır. Ekspertlər bu rəqəmin xeyli şişirdildiyi, keçmiş vilayətin ərazisində 50-60 min nəfərdən artıq adamın yaşamadığı qənaətindədirlər. Dağlıq Qarabağın didərgin salınmış azərbaycanlı icmasının sayı isə bu gün 72 min nəfərə çatmışdır. Ekspertlərin hesablamalarına görə, Xankəndində 23,5 min, Şuşada 5 min nəfərə qədər əhali yaşayır. Laçın şəhərinin adı dəyişdirilərək Berdzor, rayonun adı isə Kaşataq qoyulmuşdur. Laçında evlərin 85 faizi bərpa edilmişdir. Burada 10 min nəfərə yaxın erməni məskunlaşdırılmışdır. Kəlbəcər və Ağdam rayonlarına da əhali köçürülmüşdür. Kəlbəcər şəhərində evlərin yarıdan çoxu bərpa edilmiş, yeni binalar tikilmişdir. Kəndlərin də bəzilərində yaşayış vardır. Kəlbəcər şəhərində “Şaumyan rayonunun icra hakimiyyəti” deyilən qondarma qurum yaradılmışdır. Burada əsasən Şaumyan rayonundan olan ermənilər məskunlaşmişlar. Ağdam şəhəri yaxınlığındakı kəndlərdən birində 280-300 erməni yerləşdirilmişdir. Onlar buraya Marağa kəndindən gətirilimiş və məskunlaşdıqları məntəqənin adını dəyişərək Nor Marağa (Yeni Marağa) qoymuşlar. Dağlıq Qarabağda məskunlaşan gəlmə əhali torpağı yalnız 25 illiyə icarəyə götürə bilərlər. Bu məsələ ilə bağlı Laçın istisna təşkil edir, orada torpaq özəlləşdirilmiş və əbədi istifadəyə verilir. Xarici müşahidəçilər Dağlıq Qarabağ ətrafındakı rayonlardan evlərin sökülərək kütləvi surətdə daşınmasının, çoxlu sayda ağacların qırılaraq aparılmasının, yeraltı sərvətlərin çıxarılaraq mənimsənilməsinin dəfələrlə şahidi olmuşlar.  

Erməni işğalı altında olan bəzi iri yaşayış məntəqələri haqqında qısa məlumat

Şuşa

Şuşa şəhəri 1992-ci il mayın 8-də işğal olunmuşdur. Müharibənin gedişində 196 şuşalı həlak olmuşdur. Şuşa rayonunun ərazisi 290 km2, əhalisi 24,9 min nəfər olmuşdur. Şuşanın 104 mədəniyyət və tarix abidəsi, 20 kitabxanası, 12 klubu, 6 mədəniyyət evi, 22 məktəbi, 7 uşaq baxçası işğal altında qalmışdır.  Mədəniyyət və tarixi abidələrindən Qala divarları, Gəncə qapısı, Pənahxan qəsri, Pənahxan kitabxanası, Gövhər ağa məscidi, Saatlı məscidi, Ağabəyim ağanın qəsri, Karvansara, Xan evi və digərləri qeyd olunur.

Laçın

1992-ci il mayın 18-də işğal olunmuşdur. Müharibənin gedişində 262 nəfər laçınlı həlak olmuşdur. İşğala qədər Laçın rayonunun ərazisi 1835 km2, əhalisi 64 min nəfər olmuşdur. İşğalçılar Laçının adını dəyişərək Kaşataq qoymuş, xeyli hissəsini bərpa etmiş və kənardan gələn 10 min nəfərə qədər ermənini buraya köçürmüşlər. Laçın rayonu 120 kənd, 1 qəsəbə, 1 şəhərdən ibarət olmuşdur. Rayonun 217 mədəniyyət müəssisəsi, 133 iri və orta təsərrüfat obyekti, 20 tibb ocağı işğal altında qalmışdır. Tarix və mədəniyyət abidələrinə Ağoğlan məbədi (IX əsr), Məlik Əjdər türbəsi (XV əsr), Minkənd körpüsü (XV əsr), Uşaq qalası (XV əsr), Qoç abidələri (XVI əsr), Həmzə Soltan sarayı (XVIII əsr) və digərləri aid edilir.

Kəlbəcər

1993-cü il aprelin 2-də işğal olunmuşdur. Müharibənin gedişində 511 nəfər kəlbəcərli həlak olmuşdur. İşğala qədər Kəlbəcər rayonunda 58 min nəfər əhali yaşamışdır. Ərazisi 1936 km2 olan rayonda 119 kənd, 1 şəhər, 1 qəsəbə olmuşdur. Rayonun işğal altında 13 min yaşayış evi, 500 ictimai bina, 96 məktəb, 76 səhiyyə ocağı, 37852 ha meşə sahəsi, 172 mədəniyyət müəssisəsi qalmışdır. Kəlbəcər rayonu ərazisində 7 arxeoloji, 36 memarlıq, 87 tarix abidələri, o cümlədən, Xudəvənd məbədi (XIII əsr), Gəncəsar məbədi (XIII əsr) olmuşdur. Tarix muzeyindən 13 min qiymətli eksponat işğalçılar tərəfindən talan edilmişdir.

Ağdam

1993-cü il iyulun 23-də işğal edilmişdir. Müharibənin gedişində 5823 nəfər ağdamlı həlak olmuşdur. Işğala qədər Ağdam rayonunda 160 min nəfər yaşamış, 1094 kv.km-lik ərazidə, 1 şəhər, 121 kənd olmuşdur. 44 kənd–Qaradağlı, Rzalar, Evoğlu, Mahrızlı, Zəngişalı, Əhmədağalı, Quzanlı, Eyvazlı, Çullu, İmamqulubəyli, Sarıcalı, Əfətli, Hacıməmmədli, Hacıturalı, İsalar, Qəhrəmanbəyli, Küdürlü, Məmmədbağırlı, Üçoğlan, Ağalarbəyli, Alıbəyli, Orta Qışlaq, Yusifli, Kiriklu, Böyük Bəyli, Baharlı, Ballar, Xındırıstan, Sarıçoban, Bəybabalar, Kəlbəhüseynli, Dadaşlı, Paşabəyli, Birinci Yüzbaşılı, İkinci Yüzbaşılı, Baharlı (İtbaharlı), Çəmənli, Sarıcalı, Şükürağalı, Çıraqlı kəndləri işğal altında deyil. Ağdamın 27 tarixi, 40 memarlıq, 103 arxeoloji abidəsi işğal altında qalmışdır. Bu abidələrdən Qutlu Musa türbəsi (XIV əsr), Kəngərli kəndindəki Məqbərə (XIV əsr), Şahbulaq qalası, Pənah xanın İmarəti, Şəhər Məscidi (XIX əsr), Papravənd kəndindəki Başıkəsik məscid, bir çox kəndlərdəki türbələr xüsusi əhəmiyyət kəsb edirlər.

Füzuli

1993-cü il avqustun 23-də işğal edilmişdir. Müharibənin gedişində rayonun 873 sakini həlak olmuşdur. İşğala qədər Füzuli rayonunda 139 min nəfər əhali yaşamış, ərazisi 1386 kv.km-lik ərazidə, 1 şəhər, 1 qəsəbə, 70 kənd olmuşdur. 72 məktəb, 26 uşaq baxçası, 69 kitabxana, 45 klub, 1 tarix–diyarşünaslıq muzeyi, 9 musiqi məktəbi, 7 xəstəxana işğal altında qalmışdır. 1994-cü ildə rayonun 23 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. İşğaldan azad edilmiş  ərazilərdə 54 min nəfər əhali yaşayır. Bu ərazilərdə köçkünlər üçün 13 qəsəbə salınmışdır.Rayonun Mirzənağılı, Mollaməhərrəmli, Əhmədallar, Böyük Bəhmənli, Bala Bəhmənli, Araz Dilağarda, Kürdmahmudlu, Arayatlı, Əhmədbəyli, Kərimbəyli, Alxanlı kəndləri, Horadiz qəsəbəsi və daha 11 yaşayış məntəqəsi işğal altında deyil. Füzulinin 87 memarlıq və arxeoloji, 15 tarixi abidəsi, o cümlədən Azıx mağarası, Mirzəli türbəsi, Hacı Qiyasəddin məscidi (XVII əsr), Hacı Ələkbər məscidi (XIX əsr) işğal altında qalmışdır.

Cəbrayıl

1993-cü il avqustun 23-də işğal edilmişdir. Müharibənin gedişində 351 cəbrayıllı həlak olmuşdur.İşğala qədər bu rayonda 61 min nəfər əhali yaşamış, ərazisi 1050 kv.km-lik ərazidə, 1 şəhər, 76 kənd olmuşdur. Hazırda yalnız bir kəndi–Cocuq Mərcanlı işğal altında deyil. Rayonun 73 məktəbi, 132 tarixi abidəsi, 2 muzeyi, 149 mədəniyyət ocağı, 8 xəstəxanası işğal altında qalmışdır. Xüsusi əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Xudafərin körpüsü (XII əsr), Qız qalası, Hacı Qaraman, Cəbrayıl ata, Mazannənə ziyarətgahları qeyd olunur.

Qubadlı

1993-cü il avqustun 31-də işğal olunmuşdur. Müharibənin gedişində 238 nəfər Qubadlı sakini həlak olmuşdur. İşğala qədər Qubadlı rayonunda 34 min nəfər əhali yaşamış, 826 kv.km-lik ərazidə, 1 şəhər, 93 kənd və qəsəbə olmuşdur. Rayonun 61 məktəbi, 60 kitabxanası, 10 mədəniyyət evi, 28 klubu, 205 mədəni-məişət müəssisəsi, 12 tarix, 5 memaqrlıq, 11 arxeoloji abidəsi işğal altında qalmışdır. Tarix–diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli eksponatı işğalçılar tərəfindən talan edilmişdir. Gavur dərəsi ibadətgahı (IV əsr), Qalalı abidəsi (V əsr), Dəmirçilər türbəsi (XIV əsr), Hacı Bədəl körpüsü kimi tarix və mədəniyyət abidələri düşmən tapdağında qalmışdır.

Zəngilan

1993-cü il oktyabrın 29-da işğal edilmişdir. Müharibənin gedişində 188 nəfər zəngilanlı həlak olmuşdur. İşğala qədər Zəngilan rayonunda 35 min nəfər  əhali yaşamış, 707 kv.km-lik ərazidə, 1 şəhər, 1 qəsəbə, 83 kənd olmuşdur. Rayonun 3 sənaye, 12 tikinti, 142 ictimai-iaşə, 38 məişət müəssisəsi, 255 sosial bina, 24 məktəb, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub, 11 memarlıq, 13 tarix, 7 arxeoloji abidəsi işğal altında qalmışdır. Rayonun ərazisində XIII-XIV əsrlərə aid türbə və sərdabələr, tarixi abidələri olmuşdur. Dünyada analoqu olmayan 100 hektarlıq Çinar meşələri işğalçılar tərəfindən məhv edilmişdir. 

İrəvan

İrəvan qalası XVI əsrin əvvəlində Şah İsmayıl Səfəvinin sərkərdəsi Rəvanqulu xan tərəfindən salınmışdır. Bir müddət sonra qala böyüyərək iri yaşayış məntəqəsinə, şəhərə çevrilmişdir. Şəhər Rəvanqulu xanın adı ilə “Rəvan” adlandırılmış, sonralar isə danışıq ənənəsinə uyğun olaraq, “İrəvan” formasını almışdır. Şəhər müxtəlif dövrlərdə İrəvan mahalının, İrəvan xanlığının, 1827-ci ildə rus imperiyası tərəfindən işğal olunduqdan sonra isə İrəvan  quberniyasının mərkəzi olmuşdur. Şəhər və quberniya əhalisinin böyük əksəriyyətini həmişə Azərbaycan türkləri təşkil etmişlər. Çünki bu ərazilər Azərbaycan türklərinin qədim torpaqları olmuşdur. Böyük dövlətlərin təzyiqləri qarşısında Azərbaycan parlamenti 29 may 1918-ci il tarixli qərarı ilə İrəvanı Ermənistana verməyə məcbur olmuşdur. 1932-ci ildə Ermənistanda çap olunmuş “Sovet Ermənistanının əhalisi. 1831-1931” statistik məlumatlar kitabında erməni müəlliflər özləri göstərirlər ki, XIX əsrin əvvəllərində indi Ermənistan adlandırılan ərazilərdəki 2310 kənddən 2 mindən çoxunda azərbaycanlılar yaşayırdı. Yenə həmin kitabda bildirilir ki, həmin vaxt İrəvan şəhərində yaşayan 10 min nəfərdən 7 min nəfəri azərbaycanlı idi. Tanınmış tarixçi  M. Neymanın yazdığına görə, 1828-1896-cı illər ərzində ruslar tərəfindən Qafqaza, 1,2 milyon nəfər erməni köçürülmüş , onlardan 985460 nəfəri indi Ermənistan deyilən ərazilərə, qalanları isə Qarabağ və Gəncə ərazilərinə yerləşdirilmişlər. Ermənistan Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə  çap etdiyi “Statistik toplu”da isə göstərilir ki, 1831-ci ildə İrəvan şəhərində yaşayan 18766 nəfər əhalinin 15992 nəfəri, 1866-cı ildəki 27246 nəfərin isə 23627 nəfəri azərbaycanlı olmuşdur. Azərbaycan Demokratik Respublikasının Baş naziri Fətəlixan Xoylunun 1919-cu ilin avqustunda Paris Sülh Konfransına  göndərdiyi məktubda göstərilirdi ki, həmin vaxt üçün Naxçıvanda azərbaycanlılar 62,5 %, ermənilər 36,7%, Şərur–Dərələyəzdə müvafiq olaraq 72,3 və 27,3%, Sürməlidə 66 və 31,4%, İrəvanda isə 60,2 və 37,4% təşkil edirdilər. 

Burada erməni işğallarının qısa xronologiyasını veririk:

  • 29 may 1918-ci il. Azərbaycan parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edır.

  • 01 dekabr 1920-ci il. Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı  ilə Ermənistana verilir.

  • 07 iyul 1923-cü il. Moskva rəhbərliyinin qərarı ilə Dağlıq Qarabağa muxtar vilayət statusu verilir.

  • 18 sentyabr 1923 cü il. Xankəndinın adı dəyişdirililərək, “Stepanakert” adlandırılır.

  • 18 fevral 1929-cu il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kv.km ərazi–Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilir.

  • 1930-cu il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Əldərə, Lehvaz, Astazur və digər yaşayış məntəqələri Ermənistana verilir və bu ərazilər üzrə Mehri rayonu yaradılır.

  • 1938-ci il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verilir.

  • 28 noyabr 1945-ci il. Ermənistan rəhbəri H.Arutinov Stalinə müraciət edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir.

  • 1947-1953-cü illər. Ermənistanda toplum şəkildə yaşayan 150 min nəfərdən artıq azərbaycanlı SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycana köçürülür. 

  • 1969-cu il. Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir.

  • 1982-ci il. Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsi Ermənistana verilir.

  • 1986-cı il. Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun 2500 hektarlıq ərazisi Ermənistana verilir.

  • 15 iyun 1988-ci il. Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir.

  • 25 dekabr 1988-ci il. Ermənistandan 250 mindən çox azərbaycanlının deportasiya edilməsi əsasən başa çatdırılır.

  • 01dekabr1989-cu il. Ermənistanın Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda qərar qəbul edir.

  • 18 yanvar 1990-cı il. Ermənistanın silahlı birləşmələri tərəfindən Naxçıvan Muxtar Respublikasının Kərki kəndi  işğal edilir.

  • 20 avqust 1990-cı il. Ermənistan silahlı qüvvələri Qazax rayonun Bağanis Ayrım kəndini işğal edirlər. 5 nəfər kənd sakini öz evlərində diri-diri yandırılır.

  • 08 avqust 1991-ci il. Ermənistan hakimiyyəti tərəfindən orada azərbaycanlıların yaşadıqları sonuncu Nüvədi kəndi boşaldılır, əhalisi döyülərək Ermənistandan qovulur.

  • 15 yanvar 1992-ci il. Kərkicahan qəsəbəsi işğal edilir.

  • 10 fevral 1992-ci il. Quşçular və Malıbəyli kəndləri işğal edilir.

  • 13-17 fevral 1992-ci il. Dağlıq Qarabağın Xocavənd rayonunun Qaradağlı kəndi işğal edilir.

  • 25-26 fevral 1992-ci il. Erməni quldur dəstələri Rusiyanın 366-cı polku ilə birlikdə Xocalı şəhərini   darmadağın edir, dəhşətli soyqırım törədirlər.

  • 08 mart 1992-ci il. Qazax rayonunun Xeyrimli kəndi işğal edilir.

  • 12 mart 1992-ci il. Qazax rayonunun Aşağı Əskipara kəndi işğal edilir.

  • 12 mart 1992-ci il. Dağlıq Qarabağın Sırxavənd, Qaraşlar, Bəşirlər, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, Manikli kəndləri işğal edilir.

  • 07 aprel 1992-ci il. Kəlbəcər rayonunun Ağdaban kəndi zəbt edilir və yandırılır.

  • 27 aprel 1992-ci il. Qazax rayonunun Sofulu kəndi işğal edilir.

  • 08 may 1992-ci il. Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir.

  • 11 may 1992-ci il. Qazax rayonunun Qızıl Hacılı kəndi işğal edilir.

  • 18 may 1992-ci il. Ermənistan silahlı qüvvələri tərəfindən Laçın işğal edilir.

  • 08 iyun 1992-ci il.  Qazax rayonunun Yuxarı Əskipara kəndi işğal edilir.

  • 10-12 dekabr 1992-ci il. Ermənistanın işğalçı qoşunları Qubadlı və Zəngilan rayonlarının Şayıflı, Seyidlər, Ərkənd, Bərəli, Qazançı, Günqışlaq, Pirveyisli, Canbar, Yuxarı Qayalı kəndlərini zəbt edirlər.

  • 27-28 mart 1993-cü il. Kəlbəcər rayonunun Ağqaya, Mərcimək, Təzəkənd, Ağcakənd, Narışlar kəndləri işğal edilir.

  • 02 aprel 1993-cü il. Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal   edilir.

  • 12-15 iyun 1993-cü il. Ağdam rayonunun Əliağalı, Əlimədədli, Qalayçılar kəndləri işğal edilir.

  • 25 iyun 1993-cü il. Ağdam rayonunun Boyəhmədli, Papravənd kəndləri işğal edilir.

  • 26 iyun 1993-cü il. Ermənilər Ağdərə şəhərini işgal edirlər.

  • 04 iyul 1993-cü il. Füzuli rayonunun Arış, Qoçəhmədli, Qaracalı, Xatınbulaq, Gorazilli kəndləri işğal edilir.

  • 05 iyul 1993-cü il. Ağdam rayonunun Şelli kəndi işğal edilir.

  • 21 iyul 1993-cü il. Ağdam rayonunun Muğanlı və Şıxbabalı kəndləri işğal edilir.

  • 22 iyul 1993-cü il. Ağdam rayonunun Mərzili, Novruzlu, Yusifcanlı, Qiyaslı, Xıdırlı, Sarıcalı, Muradbəyli kəndləri işğal edilir.

  • 23 iyul 1993-cü il. Ermənistan silahlı qüvvələri Ağdamı işğal  edirlər.

  • 24 iyul 1993-cü il. Füzuli rayonunun Cuvarlı kəndi işğal edilir.

  • 15 avqust 1993-cü il. Füzuli rayonunun Aşağı Veysəlli, Yuxarı Yağlıvənd kəndləri, Cəbrayıl  rayonunun Sur, Banazur, Quşçular, Qışlaq kəndləri işğal edilir.

  • 23 avqust 1993-cü il. Ermənistan silahlı qüvvələri Füzulini işğal edirlər.

  • 23 avqust 1993-cü il. Ermənistan silahlı qüvvələri Cəbrayılı işğal edirlər.

  • 31 avqust 1993 cü il. Ermənistan silahlı qüvvələri Qubadlını işğal edirlər.

  • 28 oktyabr 1993-cü il. Zəngilan rayonunun Mincivan qəsəbəsi işğal edilir.

  • 29 oktyabr 1993-cü il. Ermənistan silahlı qüvvələri Zəngilanı işğal edirlər.

 

Mənbə: http://karabakh-doc.azerall.info

1 ... 5 6 7 ... 1000

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.008514

 

Site by Webcoder